Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-111/2022 19.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Quba rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı Quba rayon İcra və Probasiya Şöbəsi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunun ekran şüşəsini sındıraraq işlək vəziyyətdə olmadığına görə onun 1346,03 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Quba rayon İcra və Probasiya Şöbəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Quba rayon Məhkəməsinin 22.07.2019-cu il tarixli, 1(027)-96/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 28.12.2019-cu il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) X3 və məhkum Cavabdeh iştirakı ilə müvafiq 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 28.12.2019-cu il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) X3 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd sadə elektron qolbaq, üç ədəd ev siqnal ötürücüsü məhkum, hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilərək, iltizamı alınmışdır. Cavabdeh Quba rayon İcra və Probasiya Şöbəsinə gələrək, mobil nəzarət qurğusunun ekran şüşəsinin qaraldığını bildirmişdir. Bu barədə verdiyi izahatında mobil qurğuya müdaxilə etmədiyini, ekranın qaraldığını bildirmişdir. Belə olan halda hesab edir ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusunun ekranını qeyri işlək vəziyyətə salmış və onlara maddi ziyan Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun qiyməti 1346,03 manat təşkil edir. Məhkum Cavabdeh vurulmuş ziyanın dəyərini könüllü ödəməsi üçün vaxt verilsə də ekran şüşəsinin qaraldığını bildirmişdir. Bu barədə verdiyi izahatında mobil qurğuya müdaxilə etmədiyini, ekranın qaraldığını bildirmişdir. Belə olan halda hesab edirik ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusunun ekranını qeyri işlək vəziyyətə salmış və onlara maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun qiyməti 1346,03 manat təşkil edir. Məhkum Cavabdeh vurulmuş ziyanın dəyərini könüllü ödməsi üçün vaxt verilsə də ödəməkdən imtina etmişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı Quba rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək, məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-185.4-cü maddələrinə əsasən hazırki mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, o, Quba Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il, 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun iştirakı ilə şöbənin böyük icra məmuru Umud Məhsimov tərəfindən müvafiq protokol tərtib edilmiş və üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Ona təhvil verildiyi vaxtdan qurğu yaxşı işləmirdi, telefon sönüb yanırdı. Qurğunun nasaz işləməsi barədə şöbənin böyük icra məmuru Umud Məhsimova məlumat vermişdir və buna görə qurğu ondan götürülərək yenisi ilə əvəz edilmişdir. Tərəflərindən qurğuya heç bir müdaxilə zədələmə halı olmamışdır. Göstərdiklərini nəzərə alaraq iddia əsassız olduğundan rədd olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 22.07.2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 1 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin yerinə yetirilməsi qoyulmuş, Cavabdeh üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 22.07.2019-cu il tarixli hökmündən görünür ki, elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranı qeyri işlək vəziyyətə salınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2021-ci il tarixli, 3/729 saylı ekspert rəyindən görünür ki, təhqiqata təqdim edilmiş elektron nəzarət vasitəsinin üzərində kənar müdaxilə nəticəsində yaranmağa xaraterik iz və zədə yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanun normasının tələbinə görə iddia tələbini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Bu qanun normasında söhbət tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Mülki məhkəmə icraatında tərəfləri sübut etmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İddiaçı cavabdeh tərəfindən mobil nəzarət qurğusunun ekran şüşəsini sındıraraq işlək vəziyyətdə olmadığına görə ondan 1346,03 manat vəsaitin ödənilməsi tələbini irəli sürsə də, bu ziyanın Cavabdeh müdaxiləsi nəticəsində vurulması, cavabdehin hansısa müdaxiləsi ilə bu ziyan arasında səbəbli əlaqənin olması və ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki yuxarıda istinad olunan Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2021-ci il tarixli, 3/729 saylı ekspert rəyində də elektron nəzarət vasitəsinin üzərində kənar müdaxilə nəticəsində yaranmağa xaraterik iz və zədənin olmaması nəticəsinə gəlinmişdir. İş üzrə iddiaçı tərəfindən qeyd edilən halı aradan qaldıran, yəni cavabdehin təqsirli olmasını və bununla da mobil nəzarət qurğusuna 1346,03 manat məbləğində ziyan vurmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Beləliklə, məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia əsassız olduğundan iddia təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2021-ci il tarixli, 3/1729 saylı bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə-trasoloji ekspertizasının dəyəri 64 (altmış dörd) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nın 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğ işə baxılması ilə əlaqədar məsrəflərə daxil edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd olunduğu üçün, iddiaçı Quba rayon İcra və Probasiya Şöbəsindən 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunmasın. İddiaçı Quba rayon İcra və Probasiya Şöbəsindən 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-111/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-111/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver