Məhkəmə qərarları › İş №2(027)-1112/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1112/2023

17.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1112/2023 17.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Həsənov Rahim Təşəkkül oğlu, iddiaçı Quba Regional X3nin Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı Quba Regional X3 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 tərəfindən Meşə Fonduna vurulmuş 405,05 manat ziyanın X2 Agentliyindəki Benifisiarın adı : Quba Regional X3, Benifisiarın Benifisiarın hesabı hesabı AZ95CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142330, Büdcə səviyyə kodu : 1 hesaba ödənilməsi üçün qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, xx.xx.2021-ci il tarixində Mərkəzin Rustov meşəbəyliyinin 7 saylı dolayısının 25- ci kvartalının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılışı orderi olmadan müxtəlif cins və diametrlərdə 26 ədəd yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna 405,05 manat ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.İş materiallarını hərtərəfli araşdıraraq hesab edirəm ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Regional X3nin xx.xx.2021-ci il tarixli, 000584 nömrəli aktından görünür ki, Girdah kənd sakini Cavabdeh ot çalğı sahəsinin ətrafından Fıstıq cinsindən müxtəlif diametrdə 10 ədəd, vələs cinsindən 16 ədəd, cəmi 26 ədəd ağacların gecə saatlarında qəsdən yaş kök üstə kəsilməsi aşkar edilmiş və həmin ağaclardan vələs cinsindən 4 ədədi aparılmış qalan 22 ədədi isə yerində qalmışdır. Yerində qalan ağaclar tədbir görülənədək qorunması üçün meşə gözətçisi Rahib Vahabova təhvil verilmişdir. İş materiallarında olan həcm-qiymət cədvəlindən görünür ki, Rustov meşəbəyliyinin 7 saylı dolayında xx.xx.2021-ci il tarixli yoxlama zamanı aşkar edilmiş qanunsuz qırıntıya görə meşə fonduna 451,10 manat məbləğində ziyan hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 405,05 (dörd yüz beş manat beş qəpik) manat məbləğində pul alınaraq, Quba Regional X3, Benifisiarın hesabı AZ95CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu 142330, Büdcə səviyyə kodu 1 hesaba ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar