Məhkəmə qərarları › İş №2(027)-1113/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1113/2022

21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1113/2022 21.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı Quba Regional X5 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Quba Regional X5 Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Quba Regional X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərəfindən Meşə Fonduna vurulmuş 90.20 manat ziyanın X1 adı : Quba Regional X7, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN : **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu : 3 hesaba ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı Quba Regional X5 nümayəndəsi X4 iddianı müdafiə edərək göstərdi ki, cavabdeh xx.xx.2022-ci il tarixində Mərkəzin Vəl-Vələ meşəbəyliyinin 5 saylı dolayısının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan palıd cinsli müxtəlif diametrlərdə 8 ədəd quru, 4 ədəd yaş köküstə cins ağacları özbaşına kəsərək, Meşə Fonduna 90.20 manat ziyan vurmuşdur. İddiaçı Quba Regional X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 90.20 manat ziyanın Mərkəzin hesabına ödənilməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və bu barədə heç bir üzrlü səbəb məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı Quba Regional X5 nümayəndəsi X3 dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Regional X7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Həcm-Qiymət cədvəlindən görünür ki, Cavabdeh tərəfindən Meşə Fonduna 90.20 manat ziyan vurulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 153 saylı xəbərdarlığ məktubundan görünür ki, Cavabdeh tərəfindən ziyan ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; İş materiallarında olan xx.xx.2022-ci il tarixli 000699 nömrəli akta əsasən, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində Mərkəzin Vəl-Vələ meşəbəyliyinin 5 saylı dolayısının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan palıd cinsli müxtəlif diametrlərdə 8 ədəd quru, 4 ədəd yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna ziyan vurması barədə tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 90 (doxsan) manat 20 qəpik məbləğdə ziyan tutulub, Quba Regional X5 bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 90 (doxsan) manat 20 qəpik məbləğdə pul vəsaiti tutulub Quba Regional X5 bank hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar