Məhkəmə qərarları › İş №2(027)-1117/2021

Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-1117/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1117/2021 24.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödəniş günü valyuta məzənnəsinə uyğun olaraq, 9000 (doqquz min) ABŞ dolları əsas pul məbləğinin 630 (altı yüz otuz) ABŞ dolları faiz borcunun, ümumilikdə 9630 (doqquz min altı yüz otuz) ABŞ dolları məbləğində pul vəsaitinin və iddia ərizəsilə bağlı ödədiyi 30(otuz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddianı ərizəsini onunla əsaslandırmışdır ki, o, uzun müddət Bakı şəhərində Lazer Studia gözəllik və kosmetoloji xitmətindən istifadə edib. Lazer Studianı işlədən Cavabdeh ilə yaxın münasibətləri olub. İ. Hüseynova 2019-cu ilin dekabr ayının əvvəllərində işlərinin daha da təkmilləşdirilməsi üçün Aleksandria Lazer aparatı almaq istədiyini, bunun üçün kifayət qədər maddi imkanı olmamasını bildirib. O, Cavabdeh ilə yaxşı münasibətləri olduğu və xidmətindən razı qaldığı üçün ona kömək etmək qərarına gəlib və ona müəyyən qədər kömək edib ki, işləri düzəltsin. 2019cu ilin dekabr ayının 16-da 9000 (doqquz min ) ABŞ dollarını onun işlətdiyi Lazer Studia gözəllik salonunda Cavabdeh verib. O isə, sadə yazılı formada 9000 (doqquz min) ABŞ dollar məbləğində pulu altı ay ərzində geri qaytarmağına zəmanət verib. Altı ay keçdikdən sonra Cavabdeh pulu geri qaytarmasını tələb etddikdə, ondan bir ay gözləməyi xahiş edib. Bundan sonra isə telefonlarına cavab verməyib. Bir müddət keçdikdən sonra isə pulu tələb etmək üçün zəng etdikdə telefonlarını söndürüb, cavab verməyib, pulu qaytarmaq fikrində olmadığını hiss edib və ona görə də məhkəməyə müraciət etmək qərarına gəlib. Qeyd edib ki, hal-hazırda onun Bakı Şəhəri, “İçəri şəhər” metrostansiyası yaxınlığında yerləşən Lazer Studia kosmetoloji salonu başqa tanımadığı şəxslər tərəfindən işlədilir. Hazırda cavabdehin harada və hansı salonu işlətməsi barədə məlumatı yoxdur, bütün əlaqələr kəsilib. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ödəniş günü valyuta məzənnəsinə uyğun olaraq, 9000 (doqquz min) ABŞ dolları əsas pul məbləğinin 630 (altı yüz otuz) ABŞ dolları faiz borcunun, ümumilikdə 9630 (doqquz min altı yüz otuz) ABŞ dolları məbləğində pul vəsaitinin və iddia ərizəsilə bağlı ödədiyi 30(otuz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə yazılı formada müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmalıdır. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16.12.2019-cu il tarixli əlyazmadan görünür ki, Cavabdeh 16 dekabr 2019-cu il tarixində İddiaçı 9000 (doqquz min) ABŞ dolları pul borc aldığını və həmin borcu altı ay ərzində qaytaracağını qeyd edib. İş materiallarında olan Azərbaycan Respublikası DİN-yi BPQQMİ-nin MAPS şöbəsinin arayışından məlum olur ki, Cavabdeh Quba rayonu Amsar kəndində qeydiyyatdadır.. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh cəmi 9000 (doqquz min) ABŞ dolları qaytarmaq şərti ilə borc pul vermiş, cavabdeh həmin borcu altı ay ərzində qaytaracağını boyun alsa da, sonuncu üzərinə düşən öhdəliyi icra etməmiş, aldığı borc pulu qaytarmamışdır. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9000 (doqquz min) ABŞ dolları, 9000 (doqquz min) ABŞ dolları əsas borc, 630 (altı yüz otuz) ABŞ dolları faiz borcu, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9000 (doqquz min) ABŞ dolları əsas borc, 630 (altı yüz otuz) ABŞ dolları faiz borcu, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaiti alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin surətini aldıqdan sonra, 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Quba Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar