Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1119/2021 25.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacığa qızından və Cavabdeh3 26 noyabr 2019-cu il tarixli, QUFS-3889_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3364.25 (üç min üç yüz atmış dörd manat 25 qəpik) manat, faiz borcuna görə 10,74 (on manat 74 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 3374,99 (üç min üç yüz yetmiş dörd manat 99 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş 30 manat döblət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış 26 Noyabr 2019-cu il tarixli, QUFS-3889_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 3364,25 (üç min üç yüz altmış dörd tam yüzdə iyirmi beş) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 26 Noyabr 2019-cu il tarixdə İddiaçı-nin Quba filialı ilə digər cavabdeh(lər) X1, Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 26 Noyabr 2019-cu il tarixli, QUFS-3889_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 26 Noyabr 2019-cu il tarixli, QUFS-3889_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliynin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 26 Noyabr 2019-cu il tarixli, QUFS-3889_KMP saylı kredit müqviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayırlmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 26-dan gec olmayaraq hər ay 57.51 (əlli yeddi manat 51 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 26 Noyabr 2019-cu il tarixli, QUFS-3889_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3364.25 (üç min yüz altmış dörd manat 25 qəpik) manat, faiz borcuna görə 10.74 (on manat 74 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 3374,99 (üç min üç yüz yetmiş dörd manat 99 qəpik) manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, məhkəmə iclasına gəlməyən İddiaçı-nin nümayəndəsi Xəyalə Məmmədova məhkəməyə teleqram göndərərək, həmin teleqramda iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və sözügedən mülki işə mahiyyəti üzrə məhkəmədə baxılıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. Eynilə məhkəmə iclasının vaxtı və yeri haqqında lazıim qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1, 185.4 və185.5-ci maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26.11.2019-cu il tarixli, QUFS-3889 KMP saylı Kredit müqaviləsindən, həmin tarixli faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, İddiaçı-nin Quba filialı tərəfindən 60 ay müddətinə illik 1% ödəmək şərti ilə Cavabdeh1 3364,25 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 26.11.2019-cu il tarixli Zaminlik müqavilələrindən görünür ki, İddiaçıdən kredit götürmüş «Borc alan» Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zaminlər Cavabdeh3 və Cavabdeh2 öz üzərinə götürmüşlər. İş materiallarında olan 09.02.2021-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı tərəfindən cavabdehlərə 3 gün müddətində banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan İddiaçı-nin 09.04.2021-ci il tarixli, RB-02/PK-3808 saylı arayışından görünür ki, Cavabdeh1 02 aprel 2021-ci il tarixə İddiaçı-yə olan əsas borcu 3364,25 manat, 10,74 manat faiz, cərimə 0 manat, cəmi borc 3374,99 manat təşkil edir. İş materiallarında olan 16 aprel 2021-ci il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı-nin Quba filialı ilə Cavabdeh1 arasında QUFS-3889 KMP saylı, 26.11.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Cavabdeh1 bankdan 60 ay müddətinə illik 1 faiz ödəmək şərtilə 3364.25 manat məbləğində kredit almış, 26.11.2019-cu il tarixli Zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh3 və X1 bank qarşısında öhdəliklərinin tamamilə icra edilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüş, Cavabdeh1 müqavilə öhdəliklərini yerinə yetirməyərək, iddiaçı təşkilata 3364,25 manat əsas borc və 10.74 manat faiz borcu yaranmışdır. Həmçinin hazırki iddianın qaldırılması üçün İddiaçı 30 manat dövlət rusumu ödəmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə X3 arasında bağlanmış 26 Noyabr 2019-cu il tarixli Kredit müqaviləsi üzrə sonuncunun üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməyərək, müqavilə şərtlərini pozduğundan, Cavabdeh1n, Cavabdeh2 və Cavabdeh3 26 Noyabr 2019-cu il tarixli, QUFS-3889_KMP saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 3364,25 manat, faiz borcuna görə 10.74 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 3374,99 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat İddiaçı-nin xeyinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. İddiaçı-nin xeyrinə 26.11.2019-cu il tarixli QUFS-3889-KMP saylı kredit müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3364,25 manat, faiz borcuna görə 10.74 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi məbləği 3374,99 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1119/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1119/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver