Məhkəmə qərarları › İş №2(027)-1120/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1120/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1120/2023 25.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1240 (bir min iki yüz qırx) manat pulun və 35 (otuz beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona oğlu X1 guya ləğv edilmiş gözdən zəifliyinə görə ona Xaçmaz notariat idarəsinin müqavilə yolu ilə 3025 manat bir də 115 manat bank xidməti olaraq pulu onun ünvanına köçürmüş, 2 aya kimi yəni xx.xx.2022ci il xx.xx.2022-ci ilə kimi ödəmişdir. Lakin onun dediyinə uyğun bu işi onun üçün 4200 manata düzətməyə söz vermiş, lakin yaşadığı ünvandan guya Bakı şəhəri, Abşeron rayonu Masazır qəsəbəsinə küçmüş, bütün əlaqəsini kəsmiş, telefonlarını bloka atmışdır. xx.xx.2023-cü il Quba rayon probasiya şöbəsindən depozit pul kimi onun ünvanına Dəyanət yox onun qayını Əvəz adlı şəxs pul köçürmüşdür. 3025 (üç min iyirmi beş) manat, o, da kart vasitəsilə həmin pulu almışdır. Lakin keçən 1 il 1 aya yaxın nə oğlunun xəstəlik sənədləri, nə də 1000 (min) manat pulu hansı ki, qəbzlərlə təqdim etdiyinə görə 35 manat Quba rayon məhkəməsinə rüsum, 1000 (min) manat hansı ki, bu işə 3025 manatdan əlavə Dəyanətin rabitə kartına Şabran rayonu H.Əliyev prospektində yerləşən ödəmə terminal vasitəsilə onun maaş kartına pulu oğlu X2 tərəfindən köçürülüb. Bu da təqdim etdiyi qəbzlər şərtilə istər qayını, istər Dəyanət bu il bu ay ərzində onu aldatmaq, dələduzluq etməklə yaxasını kənara çəkməklə kimlərsə buna şərait yaradıblar. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 3000 (üç min) manat məbləğində pulun notariusun depozit hesabı vasitəsilə borc verməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 185377 №-li qəbzdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh hesabına 1000 AZN məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 11243022 №-li qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə bağlı 35 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı məxsus 1000 manat məbləğində pulu əldə etməklə, qaytarmaması və qaytarmaqdan imtna etməsi, İddiaçı 1000 manat məbləğində maddi zərər vurması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddiaçı, 1240 manat əsas borc tələb etsə də, məhkəmə araşdırması zamanı, həmçinin iddiaçının özünün izahatından və iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 185377 №-li qəbzlə müəyyən olunur ki, Cavabdeh İddiaçı 1000 manat borcu qalmışdır. 240 manat məbləğində pulun isə iddiaçı tərəfindən poçt, nəqliyyat və digər xərclər çəkdiyini bildirsə də həmin xərclərin çəkilməsinə aid sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh tələb olunan 1000 manat məbləğdən artıq tələb məbləği hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq ediməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 35 manat alınaraq, İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 35 manat alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar