Məhkəmə qərarları › İş №2(027)-1121/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1121/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1121/2021 16.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, 1. 02.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********70491 olan X1 7 markalı telefon üçün 408 (dörd yüz səkkiz) manat ödənilməmiş hissə, 122 (yüz iyirmi iki) manat dəbbə, 2. 25.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann Paltaryuyan üçün 603 (altı yüz üç) manat ödənilməmiş hissə, 180 (yüz səksən) manat dəbbə, 3. 11.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********35279 olan Xiaomi Mi 9 Lite markalı telefon üçün 649 (altı yüz qırx doqquz) manat ödənilməmiş hissə, 195 (yüz doxsan beş) manat dəbbə, 4. 15.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann Mini soba üçün 264 (iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat dəbbə, 5. Ümumilikdə 632 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 662 manat Cavabdeh alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizənin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək, 02.08.2019-cu il tarixli müqaviləsi üzrə İMEİ kodu **********70491 olan X1 7 markalı telefon üçün 408 (dörd yüz səkkiz) manat ödənilməmiş hissə, 122 (yüz iyirmi iki) manat dəbbə pulu, cəmi 530 manat, 25.09.2019-cu il tarixli müqaviləsi üzrə, Paltaryuyan HOFFMANN üçün 603 (altı yüz üç) manat ödənilməmiş hissə, 180 (yüz səksən) manat dəbbə pulu, cəmi 783 manat, 11.10.2019-cu il tarixli müqaviləsi üzrə, İMEİ kodu **********35279 olan Xiaomi Mi 9 Lite markalı telefon üçün 649 (altı yüz qırx doqquz) manat ödənilməmiş hissə, 195 (yüz doxsan beş) manat dəbbə pulu, cəmi 844 manat, 15.11.2019-cu il tarixli müqaviləsi üzrə, Mini soba HOFFMANN üçün 264 (iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat dəbbə pulu, cəmi 343 manat, Ümumilikdə, 2500 (iki min beş yüz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2530 (iki min beş yüz otuz) manat Cavabdeh alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə 02.08.2019-cu il, 25.09.2019-cu il, 11.10.2019-cu il və 15.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********70491 və **********35279 olan X1 7 və Xiaomi Mi 9 Lite markalı telefon, Hoffmann Paltaryuyan, Hoffmann Mini soba almış və nəticədə 2500 (iki min beş yüz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.08.2019-cu il tarixli müqaviləsinin əsasən, alqı-satqı qiyməti 616 (altı yüz on altı) manat İMEİ kodu **********70491 olan X1 7 markalı telefon üçün ümumilikdə, 530 (beş yüz otuz) manat olmaqla ondan, 408 ( dörd yüz səkkiz) manat ödənilməmiş hissə, 122 (yüz iyirmi iki) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 737 (yeddi yüz otuz yeddi) manat Hoffmann Paltaryuyan üçün ümumilikdə, 783 (yeddi yüz səksən üç) manat olmaqla ondan, 603 (altı yüz üç) manat ödənilməmiş hissə, 180 (yüz səksən) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 939 (doqquz yüz otuz doqquz) manat İMEİ kodu **********35279 olan Xiaomi Mi 9 Lite markalı telefon üçün ümumilikdə 844 (səkkiz yüz qırx dörd) manat olmaqla ondan, 649 (altı yüz qırx doqquz) manat ödənilməmiş hissə, 195 (yüz doxsan beş) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.11.2019-cu il tarixli müqaviləsinə əsaəsən, alqı-satqı qiyməti 264 (iki yüz altmış dörd) manat Hoffmann Mini soba üçün ümumilikdə, 343 (üç yüz qırx üç) manat olmaqla ondan, 264 (iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 632 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, məhkəmə iclasına təkrar gəlməyən İddiaçı» MMC-nin baş direktoru H.F.İsrafilzadə məhkəməyə teleqram göndərərək, həmin teleqramda iddia tələbini tam müdafiə etdiyini, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və sözügedən mülki işə mahiyyəti üzrə məhkəmədə baxılıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. Eynilə məhkəmə iclasının vaxtı və yeri haqqında lazıim qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1, 185.4 və185.5-ci maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02.08.2019-cu il tarixli, 00820676 saylı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 616 manat məbləğində mobil telefonun alınması barədə müqavilə bağlanmış, Cavabdeh 616 manat məbləği 9 ay müddətinə, 68 manat olmaqla İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 25.09.2019-cu il tarixli, 00937276 saylı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 737 manat məbləğində məişət avadanlığının alınması barədə müqavilə bağlanmış, Cavabdeh 737 manat məbləği 11 ay müddətinə, 67 manat olmaqla İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.10.2019-cu il tarixli, 00974408 saylı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 939 manat məbləğində mobil telefonun alınması barədə müqavilə bağlanmış, Cavabdeh 939 manat məbləği 12 ay müddətinə, 59 manat olmaqla İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 15.11.2019-cu il tarixli, 01053700 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 264 manat məbləğində məişət avadanlığının alınması barədə müqavilə bağlanmış, Cavabdeh 264 manat məbləği 12 ay müddətinə, 22 manat olmaqla İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 04 may 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan 15.04.2021-ci il tarixli, mədaxil Qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 02.08.2019-cu il tarixli, 00820676 saylı müqavilə bağlanmış, həmin müqavilə üzrə Cavabdeh iddiaçıdan X1 7 markalı mobil telefon almaqla 616 manat məbləği 9 ay müddətinə, ayda 68 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, 25.09.2019-cu il tarixli, 00937276 saylı müqavilə bağlanmış, həmin müqavilə üzrə Cavabdeh iddiaçıdan Paltaryuyan HOFFMANN almaqla 737 manat məbləği 11 ay müddətinə, ayda 67 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, 11.10.2019-cu il tarixli, 00974408 saylı müqavilə bağlanmış, həmin müqavilə üzrə Cavabdeh iddiaçıdan Xiaomi Mi 9 Lite markalı mobil telefon almaqla 939 manat məbləği 12 ay müddətinə, ayda 59 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, həmçinin 15.11.2019-cu il tarixli, 01053700 saylı müqavilə bağlanmış, həmin müqavilə üzrə isə Cavabdeh iddiaçıdan Mini HOFFMANN markalı soba almaqla 264 manat məbləği 12 ay müddətinə, ayda 22 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüş, Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməyərək, İddiaçı-yə İMEİ kodu **********70491 olan Xiaomi Redmi Note 7 markal telefona görə ödənilməmiş əsas borcu 408 manat və dəbbə pulu 122 manat olmaqla, ümumi borcu 530 manat, HOFFMANN Paltaryuyana görə 603 manat əsas borcu, 180 manat dəbbə pulu olmaqla ümumi borcu 783 manat, İMEİ kodu **********35279 olan Xiaomi Mi 9 Lite markalı telefona görə ödənilməmiş əsas borcu 649 manat və dəbbə pulu 195 manat olmaqla, ümumi borcu 844 manat, HOFFMANN Mini sobaya görə ödənilməmiş əsas borcu 264 manat və dəbbə pulu 79 manat olmaqla, ümumi borcu 343 manat, ümumilikdə cəmi borcu 2500 manat təşkil etmişdir. Həmçinin hazırki iddianın qaldırılması üçün İddiaçı 30 (otuz) manat dövlət rusumu ödəmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, müqavilə üzrə iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətldər üzrə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissəhissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02.08.2019-cu il, 25.09.2019-cu il, 11.10.2019-cu il və 15.11.2019-cu il tarixli müqavilələr üzrə sonuncunun üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməyərək, müqavilə şərtlərini pozduğundan, Cavabdeh 02.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********70491 olan Xiaomi Redmi Note 7 markal telefon üçün 408 manat əsas borcu və 122 manat dəbbə pulu olmaqla, cəmi 530 manat, 25.09.2019-cu il tarixli müqavilə üzrə Paltaryuyan HOFFMANN üçün 603 manat əsas borcu və 180 manat dəbbə pulu olmaqla cəmi 783 manat, 11.10.2019-cu il tarixlli müqavilə üzrə İMEİ kodu **********35279 olan Xiaomi Mi 9 Lite markalı telefon üçün 649 manat əsas borcu və dəbbə pulu 195 manat olmaqla, cəmi 844 manat, 15.11.2019-cu il tarixli müqavilə üzrə Mini soba HOFFMANN üçün 264 manat əsas borcu və 79 manat dəbbə pulu olmaqla cəmi 343 manat, ümumilikdə 2500 (iki min beş yüz) manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 02.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********70491 olan X1 7 markal telefon üçün 408 manat əsas borcu və 122 manat dəbbə pulu olmaqla, cəmi 530 manat, 25.09.2019-cu il tarixli müqavilə üzrə Paltaryuyan HOFFMANN üçün 603 manat əsas borcu və 180 manat dəbbə pulu olmaqla cəmi 783 manat, 11.10.2019-cu il tarixlli müqavilə üzrə İMEİ kodu **********35279 olan Xiaomi Mi 9 Lite markalı telefon üçün 649 manat əsas borcu və dəbbə pulu 195 manat olmaqla, cəmi 844 manat, 15.11.2019-cu il tarixli müqavilə üzrə Mini soba HOFFMANN üçün 264 manat əsas borcu və 79 manat dəbbə pulu olmaqla cəmi 343 manat, ümumilikdə 2500 (iki min beş yüz) manat və 30 manat dövlət rüsumu alınaraq, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar