Məhkəmə qərarları › İş №2(027)-1125/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1125/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1125/2023 05.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 6482 saylı 27 yanvar 2010-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 6482 saylı 27 yanvar 2010-cu il tarixli kredit müqaviləsi üzrə 1434,18 manat əsas kredit borcu, 644,72 manat faiz borcu, 500 manat hesablanmış cərimə borcu, 644,72 dəbbə pulu borcu, Dövlət Notariat konturunda sənədlərin təsdiqlənməsi üçün verilən 35 manat rüsum borcu, iddiaçı bank tərəfindən məhkəməyə verilən 30 manat dövlət rüsumu, ümumilikdə isə 19 avqust 2013-cü il tarixə olan 3288,62 manat pulun tutularaq İddiaçı-nə ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhərində bağlanmış 6482 saylı 27 yanvar 2010 cu il tarixli müqaviləsinə əsasən Cavabdeh mənzil təmiri məqsədi ilə 18 ay müddətinə 4000 manat məbləğində 24% faizlə kredit verilmişdir. Keçən müddət ərzində borcalan Cavabdeh 6482 saylı 27 yanvar 2010cu il tarixli kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı-nə 1434,18 manat əsas kredit borcu, 644,72 manat faiz borcu 500 manat hesablanmışcərimə borcu, 644,72 manat dəbbə pulu borcu, Dövlət Notariat Konturunda sənədlərin təsdiqlənməsi üçün verilən 35 manat borc yaranmışdır. Borcalanlara müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən idiaçı bank tərəfindən məhkəməyə verilən 30 manat dövlət rüsumu onlardan tutulmalıdır. Borcalan Cavabdeh İddiaçı qarşısında 6482 saylı 27 yanvar 2010-cu il tarixli kredit müqaviləsi üzrə ümumi yaranan borcunun cəmi məbləği 19 avqust 2013-cü il tarixədək olan kredit müqaviləsi üzrə cəmi 3288,62 manat təşkil etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, maddi vəziyyəti yaxşı deyil. Ona görə də, borcu hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhərində bağlanmış 6482 saylı 27 yanvar 2010 cu il tarixli müqaviləsinə əsasən Cavabdeh mənzil təmiri məqsədi ilə 18 ay müddətinə 4000 manat məbləğində 24% faizlə kredit verilmişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 1434,18 manat əsas, 644,72 manat faiz, 500 manat cərimə və 644,72 manat dəbbə pulu olmaqla, cəmi 3223,62 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.3 və 449.4-cü maddələrinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmçinin, iddiaçı Cavabdeh 6482 saylı 27 yanvar 2010-cu il tarixli kredit müqaviləsi üzrə 500 manat məbləğində hesablanmış cərimə pulunu tələb edir. Lakin, iddiaçı tərəfindən həmin məbləğin hansı meyarlarla hesablanması əsaslandırılmamış və buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də, iddia tələbi 500 manat məbləğində cərimə hissəsində təmin edilə bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Beləliklə onun iddiaçı bank olmayan kredit təşkilatı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 6482 saylı 27 yanvar 2010-cu il tarixli kredit müqaviləsinin ləğv edilməli, Cavabdeh 27 yanvar 2010-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 1434,18 manat məbləğində əsas və 644,72 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulunun məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış dəbbə pulunu 5 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, Dövlət Notariat konturunda sənədlərin təsdiqlənməsi üçün ödənilmiş 35 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 6482 saylı 27 yanvar 2010-cu il tarixli kredit müqaviləsinin ləğv edilsin. Cavabdeh 1434,18 manat əsas, 644,72 faiz borcu və 5 manat cərimə olmaqla, cəmi 2083,9 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsait və Dövlət Notariat konturunda sənədlərin təsdiqlənməsi üçün ödənilmiş 35 manat dövlət rüsumu İddiaçı-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar