Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1134/2023 27.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı məlumatların həqiqətə uyğun olmayan hesab edilməklə dəymiş mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun barəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Prezident aparatına, Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və digər orqanlara etdiyi şikayətlərin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə həqiqətə uyğun olmayan hesab edilməsi, həmin məlumatların cavabdeh tərəfindən həmin orqanlara müraciət vasitəsilə təkzib edilməsi, ona dəymiş mənəvi ziyanın və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 10000 (on min) manat pulun (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılmış “YAŞAT” Fondunun hesabına köçürmək məqsədilə) onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmişdır ki, o uzun illərdir X4 xidmət edir. 2020-ci il isə Baş Dövlət Yol Polisi İdarəsinin Xaçmaz rayonunda 2 saylı rayonlarası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsində işləyir. İşlədiyi müddətdə daim Dövlətinə sadiq olmuşdur. Dövlətinin və Nazirliyin adını uca tutmuşdur. Dövləti və Nazirliyi barəsində böhtan və yalan xarakterli məlumat yayanlara qarşı daima mübarizə aparmışdır. Bir müddətdir ki, Quba rayonu Gədikqışlaq kənd sakini Cavabdeh onun barəsində Azərbaycan Respublikasının Prezidentinə, Prezident aparatına, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, o cümlədən cənab X5 və digər orqanlara saysız-hesabsız böhtan və yalan dolu şikayətlər edir. Cavabdeh onun barəsində edilən şikayətlərdə guya onun ona “səni öldürüb basdıraram, tapan olmaz”, “mən sənin üçün Müşfiq deyiləm, başına oyun açaram” dediyini, “pullu sürücülük vəsiqəsi verdiyimi” digər hədsiz böhtan və yalan dolu məlumatlar verir. Guya onun gecə vaxtı onu öldürəcəyindən qorxduğu üçün qorxudan gecələr yata bilmir. Qeyd etmək istəyir ki, Cavabdeh məqsədi onun barəsində böhtan və yalan şikayətlər etməklə, onun cəmiyyət arasında işgüzar nüfuzuna xələl gətirmək, onun şərəf və ləyaqətini alçaltmaq, ona böhtan atmaqdır. Cavabdehin bu böhtan, yalan dolu əsassız şikayətləri nəticəsində o əsəb, stres keçirtmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Ona dəymiş mənəvi ziyanı 10000 (on min) manat məbləğində qiymətləndirir. Həmin pulu cavabdehdən alaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılmış “YAŞAT” Fondunun hesabına keçirəcəkdir. Heç olmasa cavabdehdən Dövlətinə, millətinə və cəmiyyətinə xeyir gəlsin. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, göstərmişdir ki, Cavabdeh daimi olaraq onun işlədiyi idarəyə gəlmiş, istədiyi məlumatları tələb etmiş, verməyəcəyi təqdirdə barəsində internet informasiya resuslarında özünün istədiyi formada məlumatları paylaşacağını bildirmişdir. Əlavə olaraq onu da qeyd etmək istəyir ki, Cavabdeh hədə-qorxu ilə tələb etmə ilə bağlı Xaçmaz Rayon Məhkəməsində hökmü çıxmışdır. Göründüyü kimi Cavabdeh daimi olaraq bu tip işlərlə məşğuldur. Məhkəmə iclasında İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək, Cavabdeh onun barəsində Azərbaycan Respublikasının Prezident aparatına, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova etdiyi şikayətlərin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə həqiqətə uyğun olmayan hesab edilməsi, həmin məlumatların cavabdeh tərəfindən həmin orqanlara müraciət vasitəsilə təkzib edilməsi, ona dəymiş mənəvi ziyanın və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 10000 (on min) manat pulun (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılmış “YAŞAT” Fondunun hesabına köçürülməsi məqsədilə) onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh Hüseyn Kərimli İddiaçı barəsində əsassız şikayətlər edib, onun nüfuzuna, şərəf, ləyaqətinə xələl gətirmişdir. Həmin şikayətlər və göstərdiyi məlumatlar ətraflı araşdırılmış, şikayətlərin əsası olmamışdır, iddiaçıya bununla bağlı hər hansı nöqsan, töhmət, irad olunmayıb. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı həyəcan, stress, əsəb gərginliyi və mənəvi sıxıntı keçirmişdir. Cavabdehin törətdiyi bu hüquqa zidd hərəkətlər nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezident Aparatına ünvanlanmış məktubların surətindən görünür ki, Cavabdeh sözügedən məktublarda fevral ayının 15-də 2023-cü il tarixdə Xaçmaz rayonunda yerləşən 2 saylı İmtahan və Qeydiyyat Bölməsinə qohumu üçün sürücülük vəsiqəsi almaq üçün getdiyini, bölmənin rəisi polis mayoru İslam müəllimin onu görən kimi nəlayiq söyüşlər söyməyə, təhqir etməyə başladığını və “mən sənin üçün nə Qulu deyiləm nə də ki, Müşfiq, səni öldürüb basdırtaram, tapanda olmaz. Birdə ayağın bura dəyməsin” kimi sözlər deməsini, qorxu içində yaşadığını, evdən bayıra çıxa bilmədiyini, nəvəsini məktəbə aparıb gətirə bilmədiyini, İslamın onu öldürəcəyini, axşam qapısı döyüləndə, İslamın adamlarının onu öldürməyə gəldiyini bildiyini göstərmişdir. Ölkəni tərk edib, bir yerdə məskunlaşması üçün ona kömək edilməsini xahiş etmişdir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli, 7 saylı qərarının 3-cü bəndinə əsasən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaq prisipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məhkəmə hazırki işlə bağlı qeyd edir ki, fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin əsas dayaqlarından biridir və bu azadlığın qorunması demokratiyanın özəyidir. Fikri ifadə azadlığı ictimaiyyəti maraqlandıran məsələlər barədə müzakirələrə şərait yaradır və hər bir fərdin hərtərəfli inkişafını həvəsləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi hər kəsin fikir və söz azadlığını təsbit etməklə buna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 10-cu maddəsi hər kəsin öz fikrini ifadə etmək azadlığını təsdiq edir. «X1rşı» işdə Avropa Məhkəməsi bildirmişdir ki, ifadə azadlığı hüququ demokratik cəmiyyətin mühüm dayaqlarından birini, habelə onun tərəqqisinin və hər kəsin inkişafının əsas şərtlərindən birini təşkil edir. Lakin həm Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, həm də Avropa Konvensiyası fikri ifadə etmək azadlığını mütləq bir hüquq kimi qəbul etmirlər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə görə fikri ifadə etmək azadlığının həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndindən görünür ki, fikri ifadə etmək azadlığını məhdudlaşdırmağa yönəlmiş əsaslardan biri də digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsidir. «Bladet Tromso və Stensaas Norveçə qarşı» işdə Avropa Məhkəməsi qərara aldı ki, fiziki şəxslərin nüfuzuna qarşı hücum baş verdikdə və digər şəxslərin hüquqlarına xələl gətirildikdə ifadə azadlığını müşayiət edən vəzifə və öhdəliklər xüsusi əhəmiyyət kəsb edir. «Kastells İspaniyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etdi ki, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə digər şəxslərin hüquqlarını qorumaq məqsədi güdüb. Məhkəmə hesab edir ki, fikri ifadə etmək azadlığının məhdudlaşdırılması ilə əlaqədar diffamasiya qanunlarının tətbiqi üçün faktual rəyləri və qiymətləndirici mülahizələri fərqləndirmək lazımdır. Faktual rəylər faktları ifadə edən fikirlər, qiymətləndirici mülahizələr isə faktlara qiymət verən fikirlərdir. Faktual rəylərdən fərqli olaraq qiymətləndirici mülahizələrin həqiqətə uyğunluğunu sübut etməyi tələb etmək olmaz. Lakin burada da istisnalar vardır. «Yerusəlim Avstriyaya qarşı» işdə Avropa Məhkəməsi nəzərə çatdırdı ki, qiymətləndirici mülahizələr hər hansı faktual bazaya malik olmadıqda, yəni faktlara söykənmədikdə, zəruri həddi aşan mülahizələr hesab oluna bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ləkələyici məlumatlar iki qrupa bölünür: 1ci qrupa aid olan məlumatlara kontekstativ ləkələyici məlumatlar deyilir. Belə ki, bu zaman yayılan məlumatlar özlüyündə ləkələyici omaya bilər, ancaq onların hər hansı ləkələyici şəkil, məqalə başlığı və sair sistematikləşdirici ifadənin altında verilməsi və bununla da həmin ləkələyici fon və ifadələrin bu şəxsə aidiyyəti təəssüratını yaratması ümumən ləkələyici məlumat sayıla bilər. 2-ci qrupa aid olan məlumatlar isə per se ifadəsi altında olan məlumatlardır ki, onlar ümumi anlamda, yəni cəmiyyət tərəfindən birmənalı şəkildə şərəf və ləyaqəti alçaldan ləkələyici məlumatlar kimi qəbul olunur. İşdəki sübutlardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezident Aparatına və Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova yazdığı ərizələrində İddiaçı pullu sürücülük vəsiqəsi verdiyini və onu öldürəcəyi ilə hədələməsini göstərmişdir. Cavabdeh İddiaçı haqqında yaydığı bu məlumatlar faktual bazaya malik olmamış, yəni o, həqiqətə uyğun olmayan məlumatlara söykənmişdir. Belə olan halda, yəni qiymətləndirici mühakimə həqiqətə uyğun olmayan faktlara söykəndiyi zaman cavabdeh söylədiyi fikrin həqiqiliyini sübut etməlidir. Lakin Cavabdeh İddiaçı vətəndaşlara sürücülük vəsiqələrini pul müqabilndə verdiyini, Cavabdeh söyüb təhqir etməsi və onu öldürəcəyi ilə hədələməsi barədə yaydığı məlumatların həqiqətə uyğun olduğunu, konkret faktlara söykəndiyini və faktual rəyi ifadə etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki belə sübutu (sübutları) məhkəməyə təqdim etmək və həmin halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə qeyd edir ki, İddiaçı haqqında yayılan bu ləkələyici məlumatlar heç bir fakta söykənməmiş, həqiqətə uyğun olmamış və onun şərəf və ləyaqətinin alçalmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Prezident Aparatına və Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova yazdığı ərizələrində İddiaçı vətəndaşlara pullu sürücülük vəsiqələrini verdiyini, Cavabdeh söyüb təhqir etməsi və onu öldürəcəyi ilə hədələməsi barədə yaydığı ləkələyici məlumatlar həqiqətə uyğun olmayan hesab edilməlidir. Həmin məlumatlar cavabdeh tərəfindən həmin orqanlara müraciət vasitəsilə təkzib edilməlidir. Hazırki iddianın predmetindən həmçinin görünür ki, İddiaçı Cavabdeh şərəf və ləyaqətini alçaldan hərəkətlərinə görə vurulan mənəvi zərərin əvəzi kimi 10000 manat pulun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» qərarında qeyd olunur ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Zərər tələb edilərkən, zərər tələb edən şəxs, yəni iddiaçı bu zərərin göstərilən məbləğdə olması, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş yaranması, zərərlə cavabdehin qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin olması və zərər vurulmasında cavabdehin təqsirli olmasını sübut etməlidir. Bu halları da qanun görə iddiaçı sübut etməlidir. İddiaçı Cavabdeh 10000 manat məbləğində mənəvi zərər tələb etsə də, iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, bunun nəticəsində ona cavabdeh tərəfindən 10000 manat məbləğində mənəvi zərər vurulması, cavabdehin hansısa qanunsuz hərəkətləri ilə bu mənəvi zərər arasında səbəbli əlaqənin olması və bu məbləğdə mənəvi zərərin vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də 10000 manat mənəvi ziyan tələbi hissəsində iddia əsassızdır və təmin olunmamalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə məhkəmə iclasında təsdiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, göstərilən maddi hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı barəsində Azərbaycan Respublikasının Prezident aparatına, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova etdiyi şikayətlər şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə həqiqətə uyğun olmayan hesab edilməli, həmin məlumatlar cavabdeh tərəfindən həmin orqanlara müraciət vasitəsilə təkzib edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı barəsində Azərbaycan Respublikasının Prezident aparatına, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova etdiyi şikayətlər şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə həqiqətə uyğun olmayan hesab edilsin; həmin məlumatlar cavabdeh tərəfindən həmin orqanlara müraciət vasitəsilə təkzib edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1134/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1134/2023
27.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver