Məhkəmə qərarları › İş №2(027)-1147/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1147/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1147/2020 13.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, vəkili və nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə saat 22:30 radələrində baş etibarnamə əsasında idarə etdiyi “Chanqan” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurmuş, nəticədə o, sol təpə nahiyyəsində əzilmiş-cırılmış yara, baş beynin əzilməsi və subdural hemotomo ilə müşayiət olunan kəllə beyin travması, kürəküstü və sol dirsək nahiyyələrində əzilmiş yaraları kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Nəticədə aldığı yaralardan epilepsiya xəstəliyinə tutulmuşdur. Ona İİ qrup əlillik verilmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2018-ci il tarixdən hal-hazıra kimi əməliyyatlara, müalicəyə çəkilmiş xərc (ziyan) və ona vurulmuş mənəvi zərərə görə 50000 manat, həmçinin İİ qrup əlil olaraq fəaliyyət qabiliyyətini itirdiyi ailəsinə qazanc gətirə bilmədiyi üçün hər ay 300 manat məbləğində aliment və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı ərizəsinə əlavə verərək, Cavabdeh xx.xx.2018-ci il tarixdə 22:30 radələrində idarə etdiyi “CHANQAN” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurmuş, törətdiyi əmələ görə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(027)-57/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qəza nəticəsində kürək və baş nahiyyələrindən ağır xəsarət almış, epilepsiya xəstəliyinə tutulmuş, dəqiqləşdirilmiş şəxsiyyət və davranış pozğunluğu, psixooqranik sindrom ilə ona xx.xx.2020-ci il tarixdə İİ qrup əlillik təyin edilmişdir. Həmin xəsarətlərə o, işləyə bilmir. Əmək qabiliyyətini itirdiyi üçün cavabdehdən aliment tələb edir. Bundan başqa əməliyyat olunduqdan sonra başında ağrılar davam etdiyindən, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müalicə almışdır. Mülaicəyə ümumilikdə 650 manat pul xərcləmişdir. Həmçinin o, Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən Neyrocərrahlıq xəstəxanasına dörd dəfə müayinəyə və kompüter tomoqrafiyasına getmişdir. Dörd dəfə Neyrocərrahlıq xəstəxanasına gedib gəlmək pulu 70 manat təşkil edir, bunun bir dəfəsini cavabdeh ödəmiş, qalan pulu yəni 3 dəfə yetmiş manatı yəni cəmi 210 manatı ondan tələb edir. Onu Bakı şəhərinə Neyrocərrahlıq xəstəxanasına yeznəsi aparıb gətirmişdir. Bundan başqa ona əlillik təyin olunması ilə bağlı Respublika xəstəxanasına iki dəfə gedib gəlmiş hər dəfəsi də ən azı 150 manat xərci çıxmışdır. Bundan başqa Qusar rayon Mərkəzi xəstəxanasına kompüter tomoqrafıyasına getmiş və kompüter tomoqrafıyasından keçmişdir. Həmin vaxtı onun 140 manat xərci çıxmışdır. Bundan əlavəqəza zamanı cavabdehin idarə etdiyi avtomobil onu kürək nahiyyəsindən vurduğundan nəticədə o, böyrək və ciyərlərindən xəsarət almışdır. Bununla bağlı Quba rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş və orada 150 manat məbləğində pul xərcləmişdir. Bundan başqa böyrəklərinin və ciyərinin yoxlanılması üçün Bakı şəhərində yerləşən Cavadzadə adına xəstəxanaya müraciət etmiş oradan 160 manat dərman və 132 manat uziyə xərcləmişdir. Bundan başqa keçiridyi avtoqəzadan sonra Quba rayon Mərkəzi xəstəxanasında ona beyin gücləndirici və kəskin ağrılara qarşı müalicə təyin edilmişdir. Bununla bağlı onun 115 manatdan pulu çıxmışdır. Bundan başqa həkimlər tərəfindən ona yazılmış iynələrin və sistemlərin bəzilərini evdə vurdurduğundan tibb bacılarına 230 manatdan çox xərc çəkmişdir. Bundan başqa cavabdehin Sığorta şirkəti tərəfindən onun sağlamlığına dəymiş ziyanla bağlı ona ödənilmiş 1500 manat sığorta pulunu cavabdeh ondan almışdır ki, o, hazırda həmin pulu da tələb edir. Bundan başqa sonuncu yoxlamadan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Komisyon ekspertizalar şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli göndərişdə də göründüyü kimi almış olduğu travma və keçirilmiş cərrahiyyə əməliyyatından sonra onun müalicəyə ehtiyacı vardır. Müalicə xərcləri ilə əlaqədar cavabdehdən 10000 manat məbləğində pul tələb edir. Bundan əlavə o, xəsarət almamışdan əvvəl Rusiya Federasiyasında satmaq üçün 4700 manatlıq gilas meyvəsi almış, lakin qəza nəticəsində xəsarət aldığından meyvənin dalınca Rusiya Federasiyasına gedə bilməmiş və ziyan etmişdir. O, cavabdehdən götürəcəyi gəliri də tələb etmir. Yalnız 4700 manatlıq meyvənin ona qayıdan 1200 manatdan başqa yerdə qalan 3500 manatını tələb edir. Bundan başqa xəsarət aldıqdan sonra İİ qrup əlil olduğundan, yaddaşı itdiyindən hüquqi yardımla bağlı vəkillə müqavilə bağlamış və vəkilə 300 manat pul ödəmişdir. Həmin pulu da cavabdehdən tələb edir. Göstərilənləri nəzərə alaraq, o, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xəstəliklə bağlı çəkdiyi 2483 manat (iki min dörd yüz səksən üç manat) məbləğində pulun, qəza keçirməyi ilə bağlı ona verilmiş sığorta ödənişi pulu 1500 manat (bir min beş yüz manat), bundan sonra daimi olaraq müalicə almalı olduğu üçün 10000 manat (on min manat) pulun, həmin vaxt Rusiya Federasiyasında sata bilmədiyi gilas meyvəsinin pulu olan 3500 manat (üç min beş yüz manat) pulu, mənəvi zərərə görə 10000 manat (on min manat) pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinə dəqiqləşmə verərək, xəstəliklə bağlı çəkdiyi 2483 manat (iki min dörd yüz səksən üç manat) məbləğində pulun, qəza keçirməyi ilə bağlı ona verilmiş sığorta ödənişi pulu 1500 manat (bir min beş yüz manat), bundan sonra daimi olaraq müalicə almalı olduğu üçün 10000 manat (on min manat) pul, həmin vaxt Rusiya Federasiyasında sata bilmədiyi gilas meyvəsinin pulu olan 3500 manat (üç min beş yüz manat) pulu, mənəvi zərərə görə 10000 manat (on min manat) pulun, hüquqi yardıma görə vəkilə ödədiyi 300 (üç yüz manat) manat məbləğində pulun Cavabdeh alınıb ona barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək iddinın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, 2018-ci ildə idarə etdiyin avtomobillə törətdiyi yol nəqliyyat hadisə ilə bağlı Quba Rayon Məhkəməsinin 1(027)-57/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü, həmçinin həmin cinayət işində iddiaçının Quba rayon Polis şöbəsinə yazdığı və notarial qaydada verildiyi ərizələr mövcuddur. Hər iki ərizədə iddiaçı ona dəymiş zərərin tərəfindən tam ödənildiyi və ona qarşı hər hansı şikayətinin olmadığı qeyd etmişdir. Həmin ərizələrdən sonra da o, iddiaçıya dəfələrlə maddi yardım etmiş, lakin sonuncunun ona qarşı şikayətinin olmadığına dair ərizələr verdiyindən o, həmin yardımlara dair sübutları saxlamamış, əksər hallarda pulları şəxsən özünə vermiş və öndan bu barədə ərizə və ya qəbz almamışdır. Lakin iddiaçı onun hər dəfə ona yardım etməyindən sui-istifadə edərək ondan mütəmadi pul tələb etməyə başlamış, o imtina etdikdə isə ona və qardaşına zərər yetirəcəyi barədə açıq-aşkar hədə-qorxu gəlməyə başlamışdır. İddiaçı ondan xəstəliklə bağlı çəkdiyi 2483 manat pulu tələb edir, halbuki iddiaçının iddia ərizəsində qeyd etdiyi rəqəmləri topladıqda cəmi 2157 manat edir ki, 326 manat fərq verir. O cümlədən iddiaçının qeyd etdiyinə əsasən onun ödədiyi məbləği çıxılsa 596 manat fərq verir. İddiaçı heç bir əsas olmadan xərcləmədiyi pulları ondan tələb edir və həmin məbləğlərlə bağlı (taksi, dövlət xəstəxanalarında, həkim və tibb bacılarına) sübutları iddia ərizəsinə əlavə etməmişdir. Olmayan xərclərin qəbzlərini təqdim etmək mümkün deyil, çünki iddiaçını hər dəfə Bakıya özü aparmış və bütün xərclərini, hətta müalicədən kənar şəxsi xərclərini də ödəmişdir. Onun cəmi 270 manat xərc çəkdiyi halda dəymiş zərəri tam ödənilməsi barədə ərizənin yazılması ağlabatan deyil. Bundan başqa daimi müalicə almalı olduğu üçün 10000 manatla bağlı tələbin heç bir hüquqi əsası olmadığından təmin edilməməlidir. İddia ərizəsindən göründüyü kimi iddiaçıya xx.xx.2020-ci il tarixdən İİ qrup əlillik təyin edilmiş və dövlət tərəfindən müvafiq pensiya təyin edilmişdir. İddiaçının digər, Rusiya Federasiyasında satmağa aldığı, xəsarət aldığı üçün sata bilmədiyi gilas meyvəsinin pulu olan 3500 manat bağlı hesab edir ki, bu tələb də əsassız və uydurma bir tələbdir. Belə ki, əgər iddiaçı 4700 manatlıq meyvə alıb Rusiya Federasiyasına göndəribsə o məhkəməyə alınan malın dəyərini təsdiq edən sənədləri, yol və görmük sənədlərini sübut kimi məhkəməyə təqdim etməli olduğu halda bunu da etməmişdir. Göründüyü kimi iddiaçı dəfələrlə ona dəymiş zərərin tam ödənilməsi barədə ərizə verdiyi halda, iddia ərizəsinə hər hansı bir sübut əlavə etmədən ondan 28000 yaxın pulun tələb etməsi əsassız və qanunsuz hesab edilərək rədd edilməlidir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək, iddianın qismən sığorta ödənişi pulu 1500 (bir min beş yüz) manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləği hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını, onun vəkili və nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı aldığı travma ilə əlaqədar müxtəlif tarixlərdə müalicələr almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Tarif Şurasının xx.xx.2020-ci il tarixli İN- X/O-9831/2020 saylı məktubuna əlavə olunmuş siyahıdan görünür ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş dərman vasitələrinin qiymətləri ümumilikdə 2451,67 (iki min dörd yüz əlli bir manat altmış yeddi qəpik) təşkil edir. İş materiallarında olan 036562 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup əlildir. İş materiallarında olan notarial təsdiqli ərizədən görünür ki, Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən Cavabdeh ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Cavabdeh qarşı heç bir şikayət və tələbi yoxdur. X1 barəsində olan cinayət işi materialına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında 112 nömrəli müqavilənin surətindən görünür ki, hüquqi yardımın göstərilməsi ilə bağlı İddiaçı tərəfindən vəkil bürosunun büdcəsinə 300 (üç yüz) manat ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh təqsirindən baş vermiş yolnəqliyyat hadisəsi zamanı İddiaçı xəsarət almışdır. Hazırda İddiaçı iddia edir ki, həmin hadisədə almış olduğu xəsarətlərlə bağlı uzun müddət müalicələr almış, nəticədə müəyyən qədər xərci çıxmışdır. Hazırda iddiaçı xərclədiyi vəsaitin, həmçinin ona dəymiş ziyanı cavabdehdən alınıb ona verilməsini tələb edir. Cavabdeh isə iddianı əsassız hesab edir. İş materiallarından göründüyü kimi, iddiaçı həqiqətəndə müxtəlif tarixlərdə həkim qəbulunda olaraq müəlicə olunmuşdur. Həmçinin iş materiallarınan göründüyü kimi, iddiaçının müalicə zamanı istifadə etdiyi dərman preparatlarının ümumi məbləği 2451,67 (iki min dörd yüz əlli bir manat altmış yeddi qəpik) manat təşkil etmişdir.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəməyə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Odur ki, iddiaçı məhkəmədə iddia tələbinin qalan hissəsinə dair zəruri mötəbər sübutlar təqdim etmədiyini, istinad etdiyi halları sübuta yetirə bilmədiyini nəzərə alaraq, iddia tələbi həmin hissədə əsassız sayılmaqla təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlər nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı xəstəliyi ilə bağlı çəkdiyi 2451,67 (iki min dörd yüz əlli bir manat altmış yeddi qəpik) manat məbləğində pul, qəza keçirməyi ilə bağlı ona verilmiş sığorta ödənişi pulu 1500 (bir min beş yüz) manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı xəstəliyi ilə bağlı çəkdiyi 2451,67 (iki min dörd yüz əlli bir manat altmış yeddi qəpik) manat, qəza keçirməyi ilə bağlı ona verilmiş sığorta ödənişi pulu 1500 (bir min beş yüz) manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar