Məhkəmə qərarları › İş №2(027)-1162/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1162/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1162/2020 04.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 2-2(102)-433/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş 70068,87 (yetmiş min, altımış səkkiz manat, səksən yeddi qəpik) manat məbləğin «xxxxxxxx» ASC-dən tutularaq ona ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X3 Məhkəməsinin 2-2(85)-37/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, cavabdeh (borclu) tərəfindən onun mülkiyyətində olan Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarına yazılmış 70068,87 manat borc silinmişdir. Həmin qətnamədən cavabdeh «xxxxxxxx» ASC tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin X1 2-2(105)-71/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, X3 Məhkəməsinin 2- 2(85)-37/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən «xxxxxxxx» ASC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin X1 2-2(102)- 433/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə «xxxxxxxx» ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin X1 2-2(105)-71/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. «xxxxxxxx» ASC tərəfindən xx xxxxxxxx 2018-ci il tarixli akta əsasən yazılmış 70068,87 manat məbləği soyuducu anbara verilən elektrik enerjisinin dayandırılmasının «xxxxxxxx» ASC-yə qadağan olunmasına dair məhkəmə qərardadı olmasına baxmayaraq, elektrik enerjisinin verilməsinin dayandırılmamasına görə «xxxxxxxx» ASC tərəfindən ona məcburi surətdə ödətdirilmişdir. «xxxxxxxx» ASC tərəfindən qanunsuz tərtib edilmiş və məhkəmələr tərəfindən ləğv olunmuş akta əsasən ödədiyi 70068,87 manat «xxxxxxxx» ASC-nin hesabında əsassız olaraq qalmışdır. Buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 2-2(102)-433/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş 70068,87 manat məbləğin «xxxxxxxx» ASC-dən tutularaq ona ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Quba rayon Məhkəməsinin 2(027)-1162/20 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə əmri ilə, «xxxxxxxx» ASC-dən 70068,87 (yetmiş min, altımış səkkiz manat, səksən yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi əmr edilmişdir. «xxxxxxxx» ASC xx.xx.2020-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, 2(027)-1162/20 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə əmrinin ləğv edilərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Ərizə təmin edilərək əmr ləğv edilmiş işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək, 70068,87 manat pulun nəğd olaraq ödənilməsinin qanuni olmadığını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)- 37/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən «xxxxxxxx» ASC tərəfindən İddiaçı mülkiyyətində olan Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarına yazılmış 70.068,87 manat borcun silinməsi qət edilmişdir. İş materillarından görünür ki, ərizəçi akt əsasında yazılmış borcu ödəmişdir. Həmin məhkəmə qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişrilmədən saxlanılmışdır. Məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, borcla bağlı aparılmış hesablamanın hansı müddətləri əhatə etdiyi müəyyən edilməmiş, hesablamalar təxmini aparılmış və cavabdeh tərəf hüquqlarından sui-istifadə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 385.1-385.2-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Mülki Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla təsdiq edilmişdir ki, X3 Məhkəməsinin 2-2(85)-37/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, cavabdeh «xxxxxxxx» ASC tərəfindən onun mülkiyyətində olan Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarına yazılmış 70068,87 manat borc silinmişdir. Həmin qətnamədən cavabdeh «xxxxxxxx» ASC tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin X1 2- 2(105)-71/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, X3 Məhkəməsinin 2-2(85)-37/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən «xxxxxxxx» ASC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin X1 2-2(102)-433/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə «xxxxxxxx» ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin X1 2-2(105)-71/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. «xxxxxxxx» ASC tərəfindən xx xxxxxxxx 2018-ci il tarixli akta əsasən yazılmış 70068,87 manat məbləği soyuducu anbara verilən elektrik enerjisinin dayandırılmasının «xxxxxxxx» ASC-yə qadağan olunmasına dair məhkəmə qərardadı olmasına baxmayaraq, elektrik enerjisinin verilməsinin dayandırılmamasına görə «xxxxxxxx» ASC tərəfindən ona məcburi surətdə ödətdirilmişdir. «xxxxxxxx» ASC tərəfindən qanunsuz tərtib edilmiş və məhkəmələr tərəfindən ləğv olunmuş akta əsasən ödədiyi 70068,87 manat «xxxxxxxx» ASC-nin hesabında əsassız olaraq qalmışdır. Cavabdeh tərəf iddianı təkzib edəcək hər-hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının cavabdehdən tələb etdiyi 70068,87 manat məbləğində pul barədə iş materillarında təkzib edilməz sübutlar movcuddur.Ona görə də, iddiaçı tərəfindən cavabdehin hesabına ödənilmiş 70068,87 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «xxxxxxxx» ASC-dən 70068,87 (yetmiş min, altımış səkkiz manat, səksən yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar