Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-117/2022 21.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X2 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh, onun təqsirli əməli nəticəsində ona dəymiş 410 (dörd yüz on) manat məbləğində maddi zərərin 20 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstəmişdi ki, 27 may 2021-ci il tarixində saat 22:00 radələrində, yaşadığı Quba rayonunun Ağbil kəndində avtomobiliylə evə gedərkən, yolun yoxuş hissəsində qarşı istiqamətdə yuxarıdan aşağı gələn VAZ 2106 markalı, ** BS *** nömrə nişanlı avtomobili idarə edən Cavabdeh idarə etdiyi maşını qəsdən maşının üzərinə sürməsi nəticəsində, avtomobilinin qapısı açılaraq onun avtomobilinin sol qanadını əzib. Elşad maşınını saxlamadan sürüb gedib. Onu tanıdığı üçün, arxasınca getməyib, düşünüb ki, səhvini anlayıb etdiyi əmələ görə bəlkə üzr istəyər. Hadisədən bir müddət keçməsinə baxmayaraq Elşad üzrxahlıq istiqamətində heç bir hərəkət etməyib. Bu barədə Quba rayon Polis şöbəsinə müracət edib, araşdırma aparılıb, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilib. Həmin qərarla cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilməsi haqqında inzibati tənbeh növü seçilmişdir. Cavabdehin əməli nəticəsində avtomobilinin ön kapotu yararsız vəziyyətə düşmüşdür. Yeni kapotun alınmasına 200 manat, quraşdırılmasına 100 manat, təmir olunmuş hissələrin rənglənməsinə, malmaterialı ilə birlikdə xidmət haqqına 80 manat, avtomaşına keçirilmiş texniki baxışa və qiymətləndirməyə görə 30 manat pul xərcləmişdir. Onun təqsirli hərəkəti nəticəsində ümumilikdə 410 (dörd yüz on) manat məbləğində maddi zərər dəymişdir. Cavabdehə ona dəymiş zərərin ödənilməsi tələbi ilə müraciət etsə də bunun heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gələrək, cavabdeh Cavabdeh, onun təqsirli əməli nəticəsində ona dəymiş 410 (dörd yüz on) manat məbləğində maddi zərərin 20 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, dəymiş zərərə görə onun iştirakı olmadan ziyan aktı tərtib edilib, sonradan da ekspertiza keçirilib, həmin ekspertizanın keçirilməsində o iştirak etməyib, ona görə ziyanla razılaşmır. Qətnamə qəbul edilən zaman göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili X1 və Cavabdeh dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsi ilə təqsirli bilinərək, inzibati tənbehvermə haqqında 21.08.2021-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilmiş, 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28.01.2022-ci il tarixli 9/9057 nömrəli rəyindən görünür ki, 2006-cı il buraxlışlı “VAZ- 21124” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 380.0 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh idarə etdiyi « VAZ 2106 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirərək İddiaçı özünə məxsusVAZ- 21124” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən üzərinə sürməsi nəticəsində, avtomobilinin qapısı açılaraq onun avtomobilinin sol qanadını əzib və avtomobilə ziyan vurmuşdur. Ziyanın müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, nəticədə yol-nəqliyyat hadisəsi zamanı « VAZ-21124” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 380.0 məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə və ekspert rəyinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 380 (üç yüz səksən) manat və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsmumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 380 (üç yüz səksən) manat və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-117/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-117/2022
21.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver