Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1171/2020 06.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh və müstəqil tələb irəli sürməyən “xxxxxxx” KB ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin Yasamal mağazasının (X7 filialı) “google” internet axtariş sistemində dərc edilməsi qanunsuz hesab edilməsi, “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin Yasamal mağazasının (X7 filialı) “google.az” internet axtariş sistemində qanunsuz dərc edilməsi Cavabdeh qadağan edilməsi, “google” internet axtariş sistemində dərc olunmuş “X6 filialı” elanının, eləcə də həmin elanın məzmununda olan “*** *** ** **” saylı telefon nömrəsinin dərcinin dayandırılması vəzifəsi Cavabdeh həvalə edilməsi, İddiaçı-nin işgüzar nüfuzuna vurduğu zərərə görə Cavabdeh 100.000 (yüz min) manat pul tutularaq İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman iddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X11 bildirmişdir ki, İddiaçı “Bosch”, “Samsung”, "Vestel”, “Sony” kimi dünya üzrə məhşur istehsalçıların Azərbaycan Respublikasında olan nümayəndəsidir. İddiaçı-nin Bakı şəhərində 38, bölgələrdə isə 40 mağazası var. Cəmiyyətin əsas fəaliyyəti məişət texnikası avadanlıqları və mebelin nağd və nisyə üsulla pərakəndə satışından ibarətdir. Cavabdeh “Google” axtarış sisteminin fərdi elanlar sistemində “X6 filialı” adı ilə elan yerləşdirərək şirkətin adından istifadə etmiş və əlaqə nömrəsi bölməsində özünə məxsus ***-***-**-** mobil telefon nömrəsini qeyd etmişdir. Bu səbəbdən Cəmiyyətdə nisyə alqı-satqı müqaviləsi bağlayaraq mal almış bir neçə müştəri ona bilmədən zəng etmiş və nəticədə onun qanunsuz göstərişləri əsasında “xxxxxxx” ASC-də olan bank hesabına aşağıdakı ödənişlər edilmişdir. Belə ki, X8 xx.xx.2020 tarixli izahatından və ona əlavə olunmuş ödəniş qəbzlərinin surətindən görünür ki, sonuncu xx.xx.2020 tarixində Cavabdeh «xxxxxxx” KB ASC-də olan kart hesabına dələduzluğun qurbanı olaraq cəmi 667 manat pul ödəmişdir. X5 xx.xx.2020 tarixli izahatından və ona əlavə olunmuş ödəniş qəbzin surətindən görünür ki, xx.xx.2020-ci il tarixində sonuncu Cavabdeh «xxxxxxx” KB ASC-də olan kart hesabına dələduzluğun qurbanı olaraq cəmi 70 manat pul ödəmişdir. X1 xx.xx.2020 tarixli izahatından və ona əlavə olunmuş ödəniş qəbzin surətindən görünür ki, xx.xx.2020-ci il tarixində sonuncu Cavabdeh «xxxxxxx” KB ASC-də olan kart hesabına dələduzluğun qurbanı olaraq cəmi 26 manat pul ödəmişdir. Nuruzadə Samit Böyükkişi oğlunun xx.xx.2020 tarixli izahatından və ona əlavə olunmuş ödəniş qəbzin surətindən görünür ki, xx.xx.2020-ci il tarixində sonuncu Cavabdeh «xxxxxxx” KB ASC-də olan kart hesabına dələduzluğun qurbanı olaraq cəmi 53 manat pul ödəmişdir. X2 tarixli izahatından və ona əlavə olunmuş ödəniş qəbzin surətindən görünür ki, xx.xx.2020 tarixində sonuncu Cavabdeh «xxxxxxx” KB ASC-də olan kart hesabına dələduzluğun qurbanı olaraq cəmi 53 manat pul ödəmişdir. Cavabdeh barəsində Quba rayon Prokurorluğuna, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə, Yasamal rayon Prokurorluğuna, Nəsimi rayon Polis İdarəsinə, Yasamal rayon Polis idarəsinin 26-cı Polis Bölməsinə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis bölməsinə və digər yerlərə məlumat verilmişdir. “Google” axtarış sistemininn baş ofisinə edilmiş müraciət nəticəsində məlum olmuşdur ki, elanın silinməsi (dəyişdirilməsi) üçün məhkəmənin qərarı vacibdir. İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi məhkəməyə göndərdiyi teleqrammada iddia tələbini müdafiə etdiyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən etiraf qəbul edərək, bildirdi ki, iddianı qismən qəbul edir. İddia tələbinin İddiaçı-nin işgüzar nüfuzuna vurduğu zərərə görə ondan 100.000 (yüz min) manat pul tutularaq İddiaçı-yə ödənilməsi hissəsi ilə razı deyildir. Qətnamə çıxarılarkən bunların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdehdinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan saytdan çıxarışdan görünür ki, “GOOGLE” axtarış sisteminin fərdi elanlar sistemində “X6 filialı” adı ilə elan mövcuddur və əlaqə nömrəsi bölməsində ***-***-**- ** mobil telefon nömrəsini qeyd edilmişdir. İş materiallarında olanX8 xx.xx.2020 tarixli izahatından və ona əlavə olunmuş ödəniş qəbzlərinin surətindən görünür ki, X13 xx.xx.2020-ci il tarixdə Cavabdeh «xxxxxxx” KB ASC-də olan kart hesabına cəmi 667 manat pul ödəmişdir. İş materiallarında olan X5 xx.xx.2020 tarixli izahatından və ona əlavə olunmuş ödəniş qəbzin surətindən görünür ki, X12 xx.xx.2020-ci il tarixdə Cavabdeh «xxxxxxx” KB ASC-də olan kart hesabına 70 manat pul ödəmişdir. İş materiallarında olanX1 xx.xx.2020 tarixli izahatından və ona əlavə olunmuş ödəniş qəbzin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Cavabdeh «xxxxxxx” KB ASC-də olan kart hesabına 26 manat pul ödəmişdir. İş materiallarında olan Nuruzadə Samit Böyükkişi oğlunun xx.xx.2020 tarixli izahatından və ona əlavə olunmuş ödəniş qəbzin surətindən görünür ki, Nuruzadə Samit Böyükkişi oğlu xx.xx.2020-ci il tarixdə Cavabdeh «xxxxxxx” KB ASC-də olan kart hesabına 53 manat pul ödəmişdir. İş materiallarında olan X2 xx.xx.2020-ci il tarixli izahatından və ona əlavə olunmuş ödəniş qəbzin surətindən görünür ki, X4 xx.xx.2020 tarixdə Cavabdeh «xxxxxxx” KB ASC-də olan kart hesabına 53 manat pul ödəmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, Cavabdeh “GOOGLE” axtarış sisteminin fərdi elanlar sistemində “X6 filialı” adından yerləşdirdiyi elan vasitəsilə ilə elan şirkətin adından istifadə etməklə, müəyyən qədər şəxslə nisyə alqı-satqı müqaviləsi bağlayaraq qanunsuz göstərişlər verərək, şirkətə ziyan vurmuşdur. Cavabdeh məhkəmə zalında iddianı təzminat hissəsində qəbul etməsə də, əməlini etiraf etdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin Yasamal mağazasının (X7 filialı) “google” internet axtariş sistemində dərc edilməsi qanunsuz hesab edilməli, “xxxxxxxxxxxxxxxxxxx” MMCnin Yasamal mağazasının (X7 filialı) “google.az” internet axtariş sistemində qanunsuz dərc edilməsi Cavabdeh qadağan edilməli, “google” internet axtariş sistemində dərc olunmuş “X6 filialı” elanının, eləcə də həmin elanın məzmununda olan “*** *** ** **” saylı telefon nömrəsinin dərcinin dayandırılması vəzifəsi Cavabdeh həvalə edilməlidir. Bundan başqa «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarında izah olunmuşdur ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə, hesab edir ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin iddia etdiyi kimi Cavabdeh etdiyi hərəkətlərin iddiaçının işgüzar nüfuzunu ləkələyən hal kimi qiymətləndirilmədiyi üçün iddia tələbi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin Yasamal mağazasının (X7 filialı) “google” internet axtariş sistemində dərc edilməsi qanunsuz hesab edilsin. “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin Yasamal mağazasının (X7 filialı) “google.az” internet axtariş sistemində qanunsuz dərc edilməsi Cavabdeh qadağan edilsin. “Google” internet axtariş sistemində dərc olunmuş “X6 filialı” elanının, eləcə də həmin elanın məzmununda olan “*** *** ** **” saylı telefon nömrəsinin dərcinin dayandırılması vəzifəsi Cavabdeh həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1171/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1171/2020
06.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver