Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1180/2021 03.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4485 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışlar ki, Cavabdeh 22 iyul 2019-cu il tarixdə, saat 17:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan və spirtli içki qəbul edərək, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində özünə məxsus “Nazlifan” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib, Quba-Qonaqkənd yolunun 11 Nügədi kəndi ərazisindən keçən hissəsində, eyni əhəmiyyətli yollar hesab olunan Azadlıq küçəsi ilə Xəzər İsgəndərov küçələrinin kəsişməsindəki yol ayrıcına daxil olaraq yolu düzünə keçmək üçün hərəkətə başlayan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol verməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək, qanunun qeyd olunan tələblərinə əməl etməyib yol ayrıcına daxil olmuş, bu zaman avtomobilin qabaq sağ tərəfi ilə Quba şəhərindən Qonaqkənd istiqamətində hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi “Mersedes Benz C’ 280” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilini qabaq sol tərəfindən vuraraq toqquşmuş, nəticədə ehtiyyatsızhqdan özünün idarə etdiyi avtomobildə olan sərnişinlər X5 baş beyinin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan sağ təpə nahiyyəsinin epidural hemotoması, sağ təpə sümüyünün xətti sınığı, sağ təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol kürəkdə səthi əzilmiş yarasından ibarət sağlamlığa ağır zərər vuran, X1 çiynində qançır və sol bazu oynağının çıxığından ibarət sağlamlığa az ağır zərər vuran, “Mersedes Benz. C 280” markalı, 51- BD-837 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X2 dirsəkdə və sağ dizdə qançırdan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər almasına və “Mersedes Benz C 280” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə sahibi İddiaçı 4485 (dörd min dörd yüz səksən beş) manat maddi ziyan vurulmasına səbəb olaraq, sərxoş halda və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyyatsızlıqdan bir nəfər şəxsin ağır və bir nələr şəxsin az ağır dərəcəli bədən xəsarətləri ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Quba Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 1(027)-14/2020 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o cümlədən zərərçəkmiş şəxs İddiaçı vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Qeyd olunan hökm qanun qüvvəsini almış və icra olunması üçün Quba rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına 4485 (dörd min dörd yüz səksən beş) manat məbləğində maddi zərər dəymişdir. Qeyd olunan maddi ziyanın məbləğinin 4485 (dörd min dörd yüz səksən beş) manat olması “xxxx” MMC-nin 24.07.2019-cu il tarixli, 1553 nömrəli ziyan aktında və Quba Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 1(027)-14/2020 saylı hökmündə öz əksini tapmışdır. Ziyanın ödənilməsini Cavabdeh tələb etsə də, ona dəymiş ziyanı ödəməkdən imtina elmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçılar İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 1(027)-14/2020 saylı, 16.06.2020-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və təqsirləndirilən şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Həmin hökmdə İddiaçı sahibliyində olan “Mercedes-Benz-280.C” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4485 (dörd min dörd yüz səksən beş) manat maddi ziyan dəydiyi sübuta yetirlmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh barəsində cinayət işi üzrə qəbul edilmiş hökmlə müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsiri səbəbindən zərərçəkmiş şəxs İddiaçı avtomobilinə ümumilikdə 4485 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 4485 manat məbləğində maddi ziyan vurması qanuni qüvvəyə minmiş Quba rayon Məhkəməsinin 1(027)-14/2020 saylı, 16.06.2020-ci il tarixli hökmü ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4485 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1180/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1180/2021
03.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver