Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1181/2022 13.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh Quba Rayon Məhkəməsinin 30 noyabr 2011-ci il tarixli qətnaməsi ilə 16 sentyabr 2008-ci il təvəllüdlü X1 və 06 fevral 2010-cu il təvəllüdlü İnci Eldost qızının saxlanması üçün ona verilməsi qət edilmiş hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat aliment miqdarının hər bir uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdehla 29.05.2008-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan 16.09.2008-ci ildə Eşqin və 06.02.2010-cu il tarixdə İnci adlı uşaqları anadan olmuşdur. Uşaqlar hal-hazırda onun himayəsindədirlər. O, Cavabdehla aralarında olan narazılıqlara görə ayrılmış, aralarında olan nikah Quba Rayon Məhkəməsinin 30 noyabr 2011-ci il tarixli qətnaməsi ilə pozulmuş və Cavabdeh iki azyaşlı övladlarını saxlanması üçün hər bir uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qərara alınmışdır. Cavabdeh ona ödəməli olduğu aliment miqdarı olduqca azdır, iki azyaşlının dolanışığının yarı hissəsini belə təşkil etmir. Cavabdeh özü də uşaqların maddi rifahı və digər problemləri ilə maraqlanmır. Uşaqları maddi cəhətdən təmin etməyə çətinlik çəkir, ona görə də aliment miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, ikinci dəfə ailə həyatı qurduğunu, bu evliliyindən övladının olduğunu, maddi vəziyyətinin yaxşı olmadığını, aylıq qazancının 300 manat təşkil etdiyini və ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 16 sentyabr 2008-ci il təvəllüdlü X2 və 06 fevral 2010-cu il təvəllüdlü İnci Eldost qızı anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah 21.09.2012-ci il tarixdə Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən 81 nömrəli akt qeydi ilə ləğv edilmişdir. İş materillarında olan Quba rayon Məhkəməsinin 2(027)-170/2011 saylı, 30.11.2011ci il tarixli qətnaməsi ilə, tərəflər arasında olan nikah pozulmuş və 16 sentyabr 2008-ci il təvəllüdlü X1 və 06 fevral 2010-cu il təvəllüdlü İnci Eldost qızının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər bir uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan iş yerinə dair elektron arayışdan görünür ki, Cavabdeh bərbər olaraq fəaliyyət göstərir və onun aylıq əmək haqqısı 300 manat təşkil edir. İş materiallarında olan 34 saylı şəhər polikninikasının arayışından görünür ki, Cavabdeh bel fəqərələrinin osteoxondrozu xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşaqların saxlanmasında çətinlik çəkdiyi nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 2(027)-170/2011 saylı, 30.11.2011-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq 16 sentyabr 2008-ci il təvəllüdlü X1 və 06 fevral 2010-cu il təvəllüdlü İnci Eldost qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 41,60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 16 sentyabr 2008-ci il təvəllüdlü X1 və 06 fevral 2010-cu il təvəllüdlü İnci Eldost qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)- 170/2011 saylı, 30.11.2011-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 41,60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1181/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1181/2022
13.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver