Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1184/2020 11.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, xxxxxxx-nin nümayəndəsi Turabov Rövşən Qəzənfər oğlunun və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakı ilə xxxxxxx-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xxxxxxx iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər MERSEDES SPRİNTER markalı ** VD *** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edən Cavabdeh1 Ağalı oğlu, Cavabdeh2, Cavabdeh3, onlara dəstək olan Cavabdeh4, Cavabdeh5 tərəfindən "xxxxxxx" X1 dəymiş 15.036 ( on beş min otuz altı) manat ziyan və eləcə də dövlət büdcəsinə ödənilən 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 15 066 (on beş min altımış altı) manat pulun "xxxxxxx" X2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə xxxxxxx-nin nümayəndəsi Turabov Rövşən Qəzənfər oğlu iddia tələbini müdafiə edərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək olan müddətdə Quba şəhərindəki “xxxxxxx" MMC-nin 1 saylı marşrut xəttinə tamah məqsədilə qabaqcadan əlbir olaraq qanunsuz müdaxilə edən Quba rayon sakinləri Cavabdeh1. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 da daxil olmaqla Çingiz, Rəşid və Rövşən hər biri ayrı-ayrı günlərdə idarə etdikləri MERSEDES SPRİNTER markalı ** VD *** dövlət qeydiyyat nişanlı mikroavtobusla qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olaraq xxxxxxx-nin Quba şəhəri üzrə 1 saylı marşrut xəttinə qanunsuz müdaxilə edib qanunsuz sərnişin daşımaqla xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci ilədək 30 gün müddətində xxxxxxx-yə 15.036 (on beş min otuz altı) manat məbləğində ziyan vurmuşlar. Belə ki, Quba şəhəri üzrə xxxxxxx-nin 1 saylı marşrut xəttində 22 ədəd QAZA64R42 MİKROAVTOBUS markalı avtobusların fəaliyyət göstərməsi üçün Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli qurumu olan Dövlət Avtomobil Nəqliyyat Xidməti ilə xxxxxxx arasında Avtomobil nəqliyyatı ilə marşurut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında xx xxxx 2020-ci il tarixli Müqavilə N 4002 bağlanmış və həmin müqavilə üzrə də fəaliyyət göstərir. xx xxx 2020-ci il tarixli tərtib edilmiş Aktdan görünür ki, xx xxxx 2020-ci ildən xx xxxxx 2020-ci il də daxil olmaqla 30 gün ərzində xxxxxxx-nin 1 saylı marşurut xəttinə qanunsuz müdaxilə edib sərnişindaşıma faəliyyəti ilə məşğul olub fəaliyyət göstərməklə 30 gün ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 idarə etdikləri MERSEDES SPRİNTER markalı ** VD *** dövlət qeydiyyat nişanlı mikroavtobusla xxxxxxx-yə cəmi 15.036 (on beş min otuz altı) manat ziyan vurmuşdur. MERSEDES SPRİNTER markalı ** VD *** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə Quba şəhəri Ə Nərimanov küçəsində xxxxxxx MMC-nin əməkdaşı Bəhrəm Məmmədovu təhqir edib vurduğuna görə Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tenbeh tədbiri tətbiq edilmişdir. MERSEDES SPRİNTER markalı ** VD *** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edən Cavabdeh2 iradlara məhəl qoymayaraq qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2020-ci il tarixdə Quba şəhəri Gənclər parkının qarşısında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarını təhqir etmiş, bundan başqa Cavabdeh2 15.04 2020-ci il tarixdə Quba şəhəri Ə.Nərimanov küçəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarını təhqir etmiş və onlara təzyiq göstərmişdir. Ona görə də Cavabdeh2 Quba rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibatı həbs növündə inzibati tenbeh tədbiri tətbiq edilmişdir. MERSEDES SPRİNTER markalı ** VD *** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edən Cavabdeh3 iradlara məhəl qoymayaraq qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuş. xx.xx.2020-ci il tarixdə Quba şəhəri Heydər Əliyev prospektində xxxxxxx-nin əməkdaşı X5 vurmuş. Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibatı Xəta ar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 5 (beş) gün müddətində inzibati həbs növündə inzibati tenbeh tədbiri tətbiq edilmişdir. MERSEDES SPRİNTER markalı ** VD *** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edən Cavabdeh2 sürdüyü maşında olan Cavabdeh1 və Cavabdeh5 iradlar bildirilmiş, lakin bunlara məhəl sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuş, xx xxxxx 2020-cı il tarixdə saat 10:20 radələrində Quba şəhəri, Ə.Nərimanov küçəsində Qəşəng Ağasıyeva aralarında yaranmış mübahisə zamanı X7 xxxxxxx-nin sürücüsü X7 vuraraq sifətində sağda sıyrıq xəsarəti yetirərək sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarət yetirdiyinə görə Cavabdeh5 Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə K.Qəribovla barışdığından barəsində Azərbaycan Respublikası ,İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam məsuliyyətdən azad edilmişdir. xx xxx 2020-ci il tarixli X3 X4 ilə Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs seçilməsinə dair Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 3(***)*******0 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. MERSEDES SPRİNTER markalı ** VD *** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edən Cavabdeh3 sürdüyü maşında olan Cavabdeh4 xx xxxx 2020-ci il tarixdə saat 10-00 radələrində Quba şəhərində Gənclər parkının qarşısında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarına qarşı nəlayiq söyüşlər söyməklə ictimai qaydanı pozmuş, sonrada Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh4 barəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Quba rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. MERSEDES SPRİNTER markalı ** VD *** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edən Cavabdeh1. Cavabdeh2, Cavabdeh3, onlara dəstək olan Cavabdeh4, Cavabdeh5 hazırkı günə qədər 15.036 (on beş min otuz altı) manat ziyanı “xxxxxxx' MMC-yə ödəməmişlər. Göstərilənləri nəzərə alaraq, cavabdehlər “MERSEDES SPRİNTER” markalı ** VD *** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edən Cavabdeh1 Ağalı oğlu, Cavabdeh2, Cavabdeh3, onlara dəstək olan Cavabdeh4, Cavabdeh5 tərəfindən "xxxxxxx" X1 dəymiş 15.036 ( on beş min otuz altı) manat ziyan və eləcə də dövlət büdcəsinə ödənilən 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 15 066 (on beş min altımış altı) manat pulun "xxxxxxx" X2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək, bildirdi ki, o, özünə məxsus “MERSEDES SPRİNTER” markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh4 etibarnamə əsasında satmış, lakin sonuncunun borcu qaldığından avtomobili Cavabdeh4 adına rəsmiləşdirməmişdir. Avtomobil Cavabdeh4 istifadəsində olduğundan, sonuncunun həmin avtomobillə harada və neçə idarə etdiyindən xəbəri olmamışdır. Qətnamə qəbul edilərkən göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmədə Cavabdeh4 iddianı qəbul etməyərək bildirdi ki, “MERSEDES SPRİNTER” markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 etibarnamə əsasında almış, Cavabdeh1 borcu qaldığından avtomobili adına rəsmiləşdirməmişdir. Aldığı avtomobildə karantin dövründə ödənişsiz şəkildə gündə iki saat işləmişdir. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmədə Cavabdeh3 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmədə Cavabdeh5 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Avtomobil nəqliyyatı ilə marşurut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında xx xxxx 2020-ci il tarixli 4002 nömrəli müqavilədən görünür ki, Quba şəhəri üzrə xxxxxxx-nin 1 saylı marşrut xəttində 22 ədəd “QAZA64R42 MİKROAVTOBUS” markalı avtobuslar fəaliyyət göstərir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli Aktdan görünür ki, xx xxxx 2020-ci ildən xx xxxxx 2020-ci il də daxil olmaqla 30 gün ərzində xxxxxxx-nin 1 saylı marşurut xəttinə qanunsuz müdaxilə edib sərnişindaşıma faəliyyəti ilə məşğul olub fəaliyyət göstərməklə 30 gün ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 idarə etdikləri MERSEDES SPRİNTER markalı ** VD *** dövlət qeydiyyat nişanlı mikroavtobusla xxxxxxx-yə cəmi 15.036 (on beş min otuz altı) manat ziyan vurmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarlardan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barələrində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tenbeh tədbiri tətbiq edilmişdir. X3 Cinayat Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs seçilməsinə dair Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 3(***)*******0 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti 3 saylı X9 xx.xx.2020-ci il tarixli **********160300 nömrəli sorğuya cavab məktubundan görünür ki, vergi orqanlarında olan baza məlumatlarına əsasən xxxxxxx tərəfindən xx.xx.2020-ci il tarixdə hər biri üzrə 32,4 manat ödəniş etməklə 22 ədəd sərnişin daşımalara görə “Fərqlənmə nişanı” alınmışdır. Vergi ödəyicisi tərəfindən müvafiq ödənişləri təsdiq edən sənədlər vergi orqanına daxil olmadığı üçün təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. xxxxxxxnın hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər xxxxxxxnın hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin xxxxxxxnın əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Belə ki, sübuetmə yükü baxımından xxxxxxx cavabdehlər Cavabdeh1. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Quba şəhərindəki xxxxxxx “xxxxxxx" MMC-nin 1 saylı marşrut xəttində idarə etdikləri “MERSEDES SPRİNTER” markalı ** VD *** dövlət qeydiyyat nişanlı mikroavtobusla qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olaraq xxxxxxx-yə ziyan vurmalarını göstərsə də, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, xxxxxxx tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, xxxxxxxnın iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: xxxxxxx-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1184/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1184/2020
11.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver