Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1187/2021 10.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 20 dekabr 2019-cu il tarixli, QUFS-3906_KMP saylı kredit müqaviləsi üzrə 6121 (altı min yüz iyirmi bir) manat 81 qəpik, faiz borcuna görə 10 (on) manat 03 qəpik, cəmi 6131 (altı min yüz otuz bir) manat 84 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı” ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı-nin iddia ərizəsində göstərilmişdir ki, İddiaçı-nin Quba filialı ilə cavabdeh - Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli, QUFS-3906 KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 6217,41 (altı min iki yüz on yeddi) manat 41 qəpik məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 20 dkabr 2019-cu il tarixdə İddiaçı-nin Quba filialı ilə digər cavabdeh(lər) Cavabdeh2, Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 20 dekabr 2019-cu il tarixli, QUFS-3906 KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 20 dekabr 2019-cu il tarixli, QUFS- 3906 KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli, QUFS-3906 KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 20-dan gec olmayaraq hər ay 106,28 (bir yüz altı manat 28 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə Cavabdeh1 20 dekabr 2019-cu il tarixli, QUFS-3906 KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 6121,81 (altı min bir yüz iyirmi bir manat 81 qəpik) manat, faiz borcuna görə 10,03 (on manat 03 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi məbləği 6131,84 (altı min bir yüz otuz bir manat 84 qəpik) manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 20 dekabr 2019-cu il tarixli, QUFS-3906_KMP saylı kredit müqaviləsi üzrə əsa borca görə 6121 (altı min yüz iyirmi bir) manat 81 qəpik, faiz borcuna görə 10 (on) manat 03 qəpik, cəmi 6131 (altı min yüz otuz bir) manat 84 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmədə Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, krediti o götürüb, Ödənişi etməkdən imtina etmir, yaxın vaxtlarda ödəniş edəcək və göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddianı qəbul edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh3 iddianı qəbul edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə İddiaçı-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 20 dekabr 2019cu il tarixli, QUFS-3906_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 6217,41 (altı min iki yüz on yeddi) manat 41 qəpik məbləğində Cavabdeh1 kredit verilmişdir. İş materiallarında olan İddiaçı-nin 27.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X3 20 dekabr 2019-cu il tarixli, QUFS-3906_KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 6121 (altı min yüz iyirmi bir) manat 81 qəpik, faiz borcuna görə 10 (on) manat 03 qəpik, cəmi 6131 (altı min yüz otuz bir) manat 84 qəpik məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında imzalanmış 20 dekabr 2019-cu il tarixli, QUFS-3906_KMP saylı zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr üzrə zamin 20 dekabr 2019-cu il tarixli, QUFS-3906_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan 29.04.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı iddia ərizəsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Quba rayonu, Hacıqayıb kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Quba rayonu, Hacıqayıb kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 Quba rayonu, Hacıqayıb kəndində qeydiyyatdadır. İş materiallarında olan bildirişlərin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Ərzuman Qəhrəman oğluna Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 20 dekabr 2019-cu il tarixli, QUFS-3906_KMP kredit müqaviləsi üzrə İddiaçınin Quba filialı illik 1 % (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə müddətinə 6217,41 (altı min iki yüz on yeddi) manat 41 qəpik məbləğində cavabdehə kredit vermiş, lakin Cavabdeh1 müqavilə öhdəliklərini yerinə yetirməyərək, hazırki tarixə ona əsas borca görə 6121 (altı min yüz iyirmi bir) manat 81 qəpik, faiz borcuna görə 10 (on) manat 03 qəpik, cəmi 6131 (altı min yüz otuz bir) manat 84 qəpik məbləğində borc hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 20 dekabr 2019cu il tarixli, QUFS-3906_KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 6121 (altı min yüz iyirmi bir) manat 81 qəpik, faiz borcuna görə 10 (on) manat 03 qəpik, cəmi 6131 (altı min yüz otuz bir) manat 84 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 20 dekabr 2019-cu il tarixli, QUFS-3906_KMP saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 6121 (altı min yüz iyirmi bir) manat 81 qəpik, faiz borcuna görə 10 (on) manat 03 qəpik, cəmi 6123 (altı min yüz otuz bir) manat 84 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “İddiaçı" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1187/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1187/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver