Məhkəmə qərarları › İş №2(027)-1194/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1194/2020

05.08.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1194/2020 05.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı və onun İddiaçı etibarnamə əsasında nümayəndəsi Yusifova Nəzakət iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən fərdi yaşayış evinin ona məxsus ½ hissəsindən istifadə etməyinə və həmin fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi üzrə ona məxsus ½ hissəsi də daxil olmaqla tikmiş olduğu fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması məqsədi ilə müayinə aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıiddia tələbinin dəqiqləşdirilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Quba rayonu 2-ci Nügədi kəndində yerləşən fərdi yaşayış evinin ona məxsus ½ hissəsindən istifadə etməyinə və həmin fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi üzrə ona məxsus ½ hissəsi də daxil olmaqla tikmiş olduğu fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması məqsədi ilə müayinə aparılmasına və həmin yaşayış evinin qarşısında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx xxxx 2018-ci il tarixli, 1254 nömrəli arxiv arayışına əsasən X1 adına olan 0,05 ha torpaq sahəsinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Quba rayonu, 2ci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı (ümumi sahəsi 102,2 kv.m , yaşayış sahəsi 61,2 kv.m )yaşayış evinin ½ hissəsi şəxsi mülkiyyət hüququ əsasında Quba rayon notariat kontorunun xx xxxx 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun adına xx xxxx 2001-ci il tarixdə 2 nömrəli reyestr kitabında 438a reyestr nömrəsi ilə qeydə alınmışdır. Qeyd edilən evdə onun ailəsi ilə yanaşı, Cavabdeh öz ailəsi ilə birlikdə yaşayır. Mülkiyyət hüququ əsasında evin ½ hissəsi, yəni 2 otağı (hər mərtəbədə 1 otaq olmaqla) onun olsa da, cavabdehin qanunsuz hərəkətləri nəticəsində özünə məxsus otaqlardan sadəcə bir otaqdan istifadə edə bilir. İkinci mərtəbədə olan otağa giriş-çıxış yolu cavabdeh tərəfindən qanunsuz olaraq bağlandığından həmin otaqdan istifadə edə bilmir. Uzun illərdir ki, cavabdehlə qeyd edilən fərdi yaşayış evi ilə bağlı aralarında mübahisələr davam edir. Cavabdeh ona qarşı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək anası tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsinə əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən ona məxsus evə çıxarışın verilməsi və İddiaçı adına verilmiş şəhadətnamənin və çıxarışın ləğv edilməsi və bizim evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Quba Rayon Məhkəməsinin “13” aprel 2018-ci il tarixli, 2(027)-237/2018 saylı qətnaməsi ilə Cavabdeh ona qarşı “çıxarışın verilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi və evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra da cavabdeh öz hərəkətlərindən əl çəkməyərək faktiki olaraq mülkiyyətində olmayan fərdi yaşayış evinin ½ hissəsində yaşamaqla yanaşı, onun mülkiyyətində olan evin ½ hissəsinə də qanunsuz müdaxilə edərək onun öz mülkiyyətindən sərbəst surətdə istifadə etməsinə maneələr yaradır. Halhazırda adına olan qeydiyyat vəsiqəsinə əsasən fərdi yaşayış evimə Quba rayon İcra Hakimiyyəti Başçısının razılığını almaqla və lahiyəni təsdiq etdirməklə tikinti işləri aparmış və hal-hazırda qeyd edilən fərdi yaşayış evinin ½ hissəsi də daxil olmaqla, digər artırmalara da mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7 müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın əməkdaşları fərdi yaşayış evinin ona məxsus hissəsini müayinə edərkən cavabdeh maneə yaratmağa başlamış və bununla da müayinə işlərinin aparılması mümkün olmamış və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Qeyd etmək istəyir ki, cavabdehin hazırda yaşadığı fərdi yaşayış evinin ½ hissəsi üzərində hüquqları müvafiq orqanlarda qeydiyyatdan keçməmişdir, cavabdeh qeyd edilən evdə mülkiyyətçi olmasa da, həmin evin ½ hissəsindən istifadə etməklə yanaşı, ona mülkiyyət hüququ əsasında məxsus olan hissəyə də qanunsuz iddialar irəli sürməklə onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə əsasında nümayəndəsi X9 iddianı müdafiə edərək təmin edilməsini, əlavə olaraq bildirdi ki, yaşadıqları evin həyətyanı sahəsi 0,16 hektardır. Həmin sahənin 0,11 hektarına dair Torpağın Mülkiyyətə Verilməsinə dair JN-557F KOD 30319018 saylı şəhadətnamə vardır, qalan 0,05 ha hissəsinə yalnız arxiv arayışı vardır. Onlar həmin torpaq sahəsinin 0,05 ha hissəsində istifadə edirlər, 0,11 ha hissəsindən isə cavabdehlə istifadə edir. Məhkəmə iclasında iştirak edən cavabdeh İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və onun etibarnamə əsasında nümayəndəsinin, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayonu Dövlət Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx xxxx 2001-ci il tarixli 438a reyestr nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Quba rayonu İİ kəndində yerləşən iki mərtəbəli dörd otaqlı (ümumi ahəsi 102,2 kv.m, yaşayış sahəsi 61,2 kv.m olan) yaşayış evinin ½ hissəsi İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 xx.xx.2019-cu il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, təqdim edilmiş sənədlərin müayinəsi zamanı fərdi yaşayış evinin üzərində mübahisə mövcud olduğu üçün müayinə işlərinin aparılması mümkün olmamışdır. İş materiallarında olan Quba rayon İİ Nügədi Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 46 nömrəli arayışdan görünür ki, İİ Nügədi bələdiyysəinin 2 nömrəli “X10”nın 165-cı səhifəsinə əsasən mərhum anası X2 mülkiyyətində, istifadəsində 0,16 ha həyətyanı torpaq sahəsi olmuş, lakin həmin həyətyanı torpaq sahəsinin 0,11 hektarı 557 nömrəli şəhadətnamə ilə mərhum X2 adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin 0,05 hektarının rəsmiləşdirilməsi barədə bələdiyyədə heç bir məlumat yoxdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-237/2018 nömrəli, xx xxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı “çıxarışın verilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi və evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, Quba rayonu Dövlət Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx xxxx 2001-ci il tarixli 438a reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Quba rayonu İİ kəndində yerləşən iki mərtəbəli dörd otaqlı (ümumi ahəsi 102,2 kv.m, yaşayış sahəsi 61,2 kv.m olan) yaşayış evinin ½ hissəsi İddiaçı məxsus olmuş, həmin evin qarşısında olan mərhum X2 adına olmuş 0,05 ha torpaq sahəsindən iddiaçı ailə üzvləri ilə birlikdə istifadə etmiş, iddiaçı həmin yaşayış evini təmin etmişdir. Bundan sonra o yenidən çıxarış alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7 müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 Quba ərazi şöbəsinin əməkdaşları onların yaşadıqları fərdi yaşayış evini ölçən zaman mübahisə yaranmış, ona görə də onlara verilmiş xx.xx.2019-cu il tarixli, **********93 nömrəli imtina məktubuna əsasən fərdi yaşayış evinə dair çıxarış verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli, Cavabdeh Quba rayonu Dövlət Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx xxxx 2001-ci il tarixli 438a reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Quba rayonu İİ kəndində yerləşən iki mərtəbəli dörd otaqlı (ümumi ahəsi 102,2 kv.m, yaşayış sahəsi 61,2 kv.m olan) yaşayış evinin ½ hissəsindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması, həmin evə mülkiyyət hüquqlarının həyata keçirilməsinə və hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Quba rayonu Dövlət Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx xxxx 2001-ci il tarixli 438a reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Quba rayonu İİ kəndində yerləşən iki mərtəbəli dörd otaqlı (ümumi ahəsi 102,2 kv.m, yaşayış sahəsi 61,2 kv.m olan) yaşayış evinin ½ hissəsindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması, həmin evə mülkiyyət hüquqlarının həyata keçirilməsinə və hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar