Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1198/2021 24.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14 avqust 2019-cu il tarixli, QUFS-3033_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 707,54 (yeddi yüz yeddi manat 54 qəpik) manat, faiz borcuna görə 4,3 (dörd manat 30 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 711,84 (yeddi yüz on bir manat 84 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2019-cu il tarixli, QUFS-3033_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 711,74 (yeddi yüz on bir tam yüzdə yetmiş dörd) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 14 avqust 2019-cu il tarixdə İddiaçı-nin Quba filialı ilə digər cavabdeh(lər) Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 14 avqust 2019-cu il tarixli, QUFS-3033_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə brilikdə məsuliyyət daşıyır. 14 avqust 2019-cu il tarixli, QUFS-3033_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfərlərlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 14 avqust 2019-cu il tarixli, QUFS- 3033_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında , hər ayın 14-dən gec olmayaraq hər ay 12.17 (on iki manat 17 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 14 avqust 2019-cu il tarixli, QUFS-3033_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə görə 707,54 (yeddi yüz yeddi manat 54 qəpik) manat, faiz borcuna görə 4,3 (dörd manat 30 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 711,84 (yeddi yüz on bir manat 84 qəpik) manat təşkil edir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış 14 avqust 2019-cu il tarixli, QUFS-3033_KMP saylı kredit müqaviləsinə əsasən Bank borcalana 60 ay müddətinə illik 1% ödəmək şərtilə 711.74 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan 27.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 İddiaçı-yə 707.54 manat əsas, 4.3 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 711.84 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan 30.04.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən, 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının ödənilməsini tələb etdiyi borcun məbləği onun tərəfindən məhkəməyə təqdim olunmuş “Arayışı” ilə təsdiq olunur. Həmin arayışdan görünür ki, Cavabdeh1 hazırda ödənilməmiş 711.74 manat borcu qalmışdır. Cavabdeh irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425 və 427-ci maddələrinin göstərişinə uyğun olduğundan əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh1 və Cavabdeh2 14 avqust 2019-cu il tarixli, QUFS-3033_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 707,54 (yeddi yüz yeddi manat 54 qəpik) manat, faiz borcuna görə 4,3 (dörd manat 30 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 711,84 (yeddi yüz on bir manat 84 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçınin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1198/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1198/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver