Məhkəmə qərarları › İş №2(027)-120/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-120/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-120/2020 20.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 458.45 AZN (dörd yüz əlli səkkiz manat 45 qəpik) əsas borc, 639.02 AZN (altı yüz otuz doqquzmanat 02 qəpik) faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 82.14 AZN (səksən iki manat 14 qəpik ) faiz olmaqla, cəmi 1179.61 (bir min yüz yetmiş doqquz manat 61 qəpik) AZN və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu tutularaq ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə verilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin nümayəndəsi X3 iddialarını müdafiə edərək göstərdi ki, “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti Quba Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 2091 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik faiz dərəcəsi 28% ödənilmək şərtilə 1600 AZN (bir min altı yüz manat) məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş pul borcu 458.45 AZN (dörd yüz əlli səkkiz manat 45 qəpik) əsas borc, 639.02 AZN (altı yüz otuz doqquzmanat 02 qəpik) faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 82.14 AZN (səksən iki manat 14 qəpik ) faiz olmaqla, cəmi 1179.61 (bir min yüz yetmiş doqquz manat 61 qəpik) AZN təşkil edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 458.45 AZN (dörd yüz əlli səkkiz manat 45 qəpik) əsas borc, 639.02 AZN (altı yüz otuz doqquzmanat 02 qəpik) faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 82.14 AZN (səksən iki manat 14 qəpik ) faiz olmaqla, cəmi 1179.61 (bir min yüz yetmiş doqquz manat 61 qəpik) AZN və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu tutularaq ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Мəhkəmə iddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin nümayəndəsi X2 dinləyib, iiş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən тəmin edilməlidir. Belə ki, işdə olan 2091 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, ki, Cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti Quba Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 2091 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik faiz dərəcəsi 28% ödənilmək şərtilə 1600 AZN (bir min altı yüz manat) məbləğində kredit vəsaiti verilmişdir. məbləğində kredit verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh “xxxxxxxxx” ASC-nə borcu xx.xx.2018-ci il tarixə əsas borc üzrə 458,45 manat, faiz borcu üzrə 85,84 manat məbləğində təşkil edir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qösurlarla və ya öhdəliyin məzmunu ilə möəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rösumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh 458.45 AZN (dörd yüz əlli səkkiz manat 45 qəpik) əsas borc, 85,84 (səksən beş) manat 84 qəpik faiz borcu, cəmi 544,29 (beş yüz qırx dörd) manat 29 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutularaq ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin hesabına ödənilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 458.45 AZN (dörd yüz əlli səkkiz manat 45 qəpik) əsas borc, 85,84 (səksən beş) manat 84 qəpik faiz borcu, cəmi 544,29 (beş yüz qırx dörd) manat 29 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub ləğv prosesində olan“xxxxxxxxx” ASC-nin hesabınaödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar