Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1201/2024 09.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2799 manat pulun, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 48 manat dövlət rüsumunun və vəkil xidmətindən istifadə etməyə görə Qusar Rayon Vəkil Bürosunun hesabına ödədiyi 50 (əlli) manat hüquqi yardım haqqının alınaraq mənə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində onunla əsaslandırılmışdır ki, Cavabdeh Qusar rayonunun Aşağı Ləgər kəndində torpaq sahələrini icarəyə götürüb hər il pomidor məhsulunu yetişdirmək və satmaqla məşğul olurdu. O, da Qusar rayonunun Aşağı Ləgər kəndində yaşamaqla Cavabdeh ilə danışıb razılığa gələrək müəyyən muzd müqabilində cavabdehin əkdiyi pomidor sahəsində başqa qadınlarla birlikdə fəhlə kimi işləmişdir. Onun Cavabdeh ilə tanışlığı belə olmuşdur. Cavabdeh bir neçə il Aşağı Ləgər kəndində sahələrdə pomidor əkmişdir. 2023-cü ildə Cavabdeh ona bildirmişdir ki, pomidor əkməklə əlaqədar çəkdiyi xərcləri bağlaya bilməmiş və xeyli ziyana düşmüşdür. Ona görə də cavabdeh ondan borca 3000 manat pul istəmişdir. Cavabdeh vəziyyətinin pis olduğunu və bankdan kredit götürüb ona verməsini xahiş etmişdir. O, Cavabdeh dürüst bir adam hesab edib, ona inanıb 20 aprel 2023-cü il tarixdə "xxxx"ın Qusar filialından 6000 (altı min) manat kredit götürmüş və həmin puldan 3000 (üç min) manatı Cavabdeh borca vermişdir. Cavabdeh ona bildirmişdi ki, aldığı 6000 manat kreditdən 3000 manatı üstünə gələn faizlərlə birlikdə o, ödəyəcəkdir. Cavabdeh ilə razılaşdığları kimi o, 6 ay kredit üzrə özünün üzərinə düşən məbləğləri, hər ay 156 manat olmaqla cəm 936 (doqquz yüz otuz altı) manat ödəmişdir. Lakin sonradan ödənişləri dayandırmışdır. O, bununla əlaqədar Cavabdeh müraciət etdikdə cavabdeh əvvəlcə ona maddi vəziyyətinin pis olduğunu, pulu düzəldib bir yerdə ödəyəcəyini demişdir. Lakin sonradan cavabdeh ondan aldığı pulu guya ona qaytardığını bildirərək borcu inkar etməyə başlamışdır. Halhazırda Cavabdeh ondan aldığı 3000 manatdan 936 manatı ons qaytarmış, bank faizləri ilə birlikdə ona 2799 manat borclu qalmışdır. Cavabdeh ona olan həmin borcu qaytarmadığı üçün həmin 2799 manat pul məhkəmə qaydasında Cavabdeh alınaraq ona qaytarılmalıdır. Bundan əlavə məhkəmədə iddia qaldırmaqla əlaqədar o, 48 manat dövlət rüsumunu, vəkil xidmətindən istifadə etməyə görə Qusar Rayon Vəkil Bürosunun hesabına 50(əlli) manat haqq ödəmişdir. Həmin xərclər də əlavə olaraq Cavabdeh məhkəmə qaydasında alınaraq ona qaytarılmalıdır Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbinə etiraz etmir. O, həmin pulu verməkdən boyun qaçırmır, hal-hazırda maddi imkanı çətindir, borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan QFS-8855 saylı xx.xx.2023-cü il tarixli kredit müqavləsindən görünür ki, İddiaçı "xxxx" ASC-dən 6000 (altı min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qrafikindən görünür ki, İddiaçı 24 ay müddətinə hər ay 311.26 manat ödəmək şərti ilə 6000 manat mələğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən etmək olur ki, İddiaçı tərəfindən 50 (əlli) hüquqi yardım haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən etmək olur ki, İddiaçı tərəfindən 48 (qırx səkkiz) manat rüsum ödənilmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildimişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. İddiaçı həmçinin iddia tələbi ilə bağlı ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi ilə bağlı ödədiyi 50 (əlli) manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, iddia tələbi ilə bağlı 48 (qırx səkkiz) manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsi ilə bağlı 50 (əlli) manat vəsait cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2799 (iki min yeddi yüz doxsan doqquz) manat borc, iddia tələbi ilə bağlı 48 (qırx səkkiz) manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsi ilə bağlı 50 (əlli) manat vəsait, cəmi 2897 (iki min səkkiz yüz doxsan yeddi) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1201/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1201/2024
09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver