Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1201/2025 23.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Quba rayonu Ağbil kəndində yerləşən 2 otaq, bir balkon və bir mətbəxdən ibarət yaşayış evindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh R.Mehrəliyeva ilə 2008-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmişdir. Birgə ər-arvad olaraq yaşadığı müddətdə uşağı olmamışdır. Aralarında olan narazılıqlara görə nikah X17 Xidmət mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi tərəfindən 30 avqust 2024-cu il tarixdə pozulmuşdur. O, cavabdehlə ailə qurub onun nənəsinə aid Quba rayonu Ağbil kəndində yerləşən evdə yaşayırdı. Birgə nikah dövründə həmin qəzalı vəziyyətdə olan evi sökərək yerində səkili 2 otaq, bir balkon və bir mətbəxdən ibarət yaşayış evi tikmiş və həmin evdə hal-hazıra kimi yaşayır. Cavabdeh ilə aralarında olan ailə münasibətləri pozulduqdan sonra birgə nikah dövründə inşa etdiyi evdən çıxıb gedərək öz ata evində yaşamağa başlamış və 20 sentyabr 2024-cü il tarixdə öz cehiz və birgə nikah dövründə əldə etdiyi əmlakları aparmışdır. Cavabdeh R. Mehrəliyeva cehiz əmlakını evdən apardıqdan sonra ona hədə-qorxu gələrək birgə nikah dövründə inşa etdiyi evdən çıxmağı tələb etmişdir. İddiaçı, cavabdehə öz iradını bildirmişdir.O isə evdən çıxmaq istəmədiyini bilərək, iddiaçıya bildirdi ki, - torpaq nənəsindən qalıb ona görə də o, evin daşlarını söküb aparsın. İddiaçının isə həmin evdən başqa yaşamağa digər evi və yaxud əmlakı yoxdur. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Nikahın pozulması haqqında şəhadətnamədən aşkar olur ki, xx.xx.2024-cü il tarixli qeyd edilən şəhadətnaməyə əsasən onun ilə cavabdeh R.Mehrəliyeva arasında olan nikah pozulmuşdur. Quba Ağbil bələdiyyəsinin xx.xx.2024-cü il tarixli № 29-li arayışından aşkar olur ki, o cavabdeh R.Mehrəliyeva ilə ər-arvad olaraq yaşadığı dövrdə Quba rayonu Ağbil kəndində səkili, 2 otaq bir balkon və bir mətbəxdən ibarət yaşayış evi inşa etmiş və həmin evdə hal-hazırda yaşayır. Fotoşəkillərdən aşkar olur ki, inşa etdiyi ev faktiki mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Quba rayonu Ağbil kəndində yerləşən 2 otaq, bir balkon və bir mətbəxdən ibarət yaşayış evindən istifadəsinə cavabdeh X3 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahş etmişdir. Cavabdeh X3 iddia tələbini qəbul etməyərək və iddia tələbinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsini əsassız hesab edir və Azərbaycan Respublikası MPM-nin 154-cü maddəsinin tələbinə uyğun olaraq etiraz edir. Belə ki, Quba rayon Ağbil kəndində təzə məhəllədə yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi Quba rayon 2-ci dövlət notariat kontorunun 26 fevral 2002-ci il tarixli reyestr 2-V-1/35 saylı vəsiyyətnaməsinə əsasən Quba rayon, Ağbil kəndində yaşayan anası X4 tərəfindən Cavabdeh Şıxheybət qızına vəsiyyətnamə əsasında verilmişdir. O, Cavabdeh Şıxheybət qızı İddiaçı ilə qarşılıqlı razılaşma əsasında Quba rayon, Ərməki kəndində qeydiyyatda olan,həmin kənd ərazisində İddiaçı məxsus 0,18 ha pay torpaq sahəsi və 0,16 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətində qalma şərti ilə razılaşaraq 09 fevral 2009cu il tarixdə nigaha daxil olaraq ona məxsus Quba rayon Ağbil kəndi təzə məhəllədə yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində tikilmiş mal saxlamaq üçün nəzərdə tutulmuş mal damına əl gəzdirdikdən sonra həmin mal damında yaşamaqla heyvan saxlamaqla məşğul olmuşlar. İddiaçı içki düşkünü olduğu və tüfeyli həyat yaşayaraq yaşadığı mal damını və həyətyanı torpaq sahəsini satmağa onu məcbur etməyə və təzyiq göstərdikdən sonra 30 avqust 2024-cü il tarixdə nigahları pozulmuşdur, (hər gün onu döyüb təhqir edirdi). İddiaçı Quba rayon, Ərməki kənd ərazisində olan 0,16 ha həyat yanı torpaq sahəsində özünə ev tikənə kimi müvəqqəti olaraq Ağbil kəndində mal damında qalması üçün ondan icazə istəmişdir. O, bir insan olaraq qarşıdan qışın gəlişini nəzərə alıb ona aprel 2025-ci ilə kimi, yəni özünə özünün dediyi kimi Ərməki kəndində ev tikənə kimi onun mülkiyyətində olan həyətyanı torpaq sahəsində və mal damında qalmasına möhlət vermişdir. İddiaçı içkiyə qurşanaraq nəinki özünə məxsus Ərməki kəndində olan 0,18 ha pay torpağından və 0,16 ha həyətyanı torpaq sahəsindən istifadə etməmiş, ona məxsus həyətyanı torpaq sahəsini və mal damını da ələ keçirərək satıb həmin pul vəsaitinidə içkiyə verməsi məqsədi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, iddiaçı onun həmkəndlisidir. Mübahisələndirilən fərdi yaşayış evi iddiaçı tərəfindən inşa edilmişdir. Belə ki, evin kərpicləri iddiaçı tərəfindən kəsilib hazırlanmışdır. Buna bütün kənd şahiddir. Ev inşa edilən zaman iddiaçının bacısı oğlu ona kömək edirdi. İddiaçının özü də evin inşa edilməsində iştirak etmişdir. Torpaq sahəsi cavabdehin mülkiyyətində olsa da, ev tərəflərin birgə nikahı zamanı iddiaçı tərəfindən inşa edilmişdir.Həmin vaxtdan da iddiaçı orada yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, iddiaçının bacısı oğludur . Torpaq sahəsi cavabdehin mülkiyyətində olsa da, ev tərəflərin birgə nikahı zamanı iddiaçı tərəfindən iddiaçının şəxsi vəsaiti hesabına inşa edilmişdir. Həmin ev inşa edilən zaman o da, iddiaçıya köməklik etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir: İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Quba rayon Ağbil Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı 2009-cu ildə X3 ilə ailə həyatı qurub. Birgə nikah dövründə Quba rayonu, Ağbil kəndində səkili 2 otaq, bir balkon və bir mətbəxdən ibarət yaşayış evi tikərək inşa etmişlər və halhazırda həmin evdə İddiaçı yaşayır. AZ-İ 488218 saylı “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 ilə X1 arasında nikaha xx.xx.2024-cü il tarixə xitam verilmişdir. xx.xx.2002-ci il tarixli vəsiyyətnaməyə əsasən Quba rayonu, Ağbil kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və JN6179 saylı Dövlət Aktına əsasən pay torpağı X4 tərəfindən Cavabdeh vəsiyyət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Ərməki kəndində yerləşən 0.16 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Beləliklə işin hallarından müəyyən olunur ki, tərəflər 16 may 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, ailə qurduqları vaxtdan cavabdehin nənəsinə məxsus fərdi yaşayış evində yaşamışlar. Sonradan həmin evin yerində, yəni birgə nikah dövründə, yeni tikili inşa edilmişdir. Daha sonra tərəflər arasında bağlanmış nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İddiaçı hazırda cavabdehlə birlikdə inşa etdiyi evdən istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, eyni zamanda həmin evə köçürülməsinin təmin edilməsi ilə bağlı məhkəmədə iddia tələbi irəli sürmüşdür. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə nəyatına, mənzilinə və yazışma sirrinə hörmət, hüququna malikdir. AR Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. AR Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xilamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşmmaz əmlaka-digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alımalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi Quba rayonu, Ağbil kəndində yerləşən mübahisəli ev mülkiyyət hüququ əsasında tərəflərin heç birinin adına xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydə alınmamışdır. Həmin evin yerləşdiyi torpaq sahəsi isə cavabdehə anası tərəfindən vəsiyyət edilmişdir. Lakin işin müəyyən edilmiş halı ondan ibarətdir ki, həmin ev məhz tərəflərin birgə nikahı dövründə tikilmişdir və həmin vaxtdan da iddiaçı sözügedən evdə yaşamışdır. Tikilinin yaşayış sahəsi olmasını isə iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görmək mümkündür. Əlavə olaraq qeyd edilməlidir ki, həmin işə əlavə edilmiş Ağbil bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 29 nömrəli arayışından, eyni zamanda məhkəmədə şahid qismində dindirilmiş şəxslərin ifadələrindən müəyyən olunur ki, ev tərəflərin birgə nikahı dövründə inşa edilmiş, onun inşa edilməsində həm vəsait, həm də digər baxımdan iddiaçının əməyi olmuşdur. İddiaçının mülkiyyətində olan 0.16 ha torpaq sahəsinə münasibətdə isə məhkəmə bildirir ki, xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin kateqoriyası “kənd təsərrüfatı təyinatlı torpaq” olaraq göstərilmişdir. AR Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri, meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir Həmin maddənin 4-cü bəndinə əsasən kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Məhkəmə hesab edir ki, mübahisəli ev tərəflərin iştirakı ilə inşa edildiyindən, iddiaçının başqa yaşayış yerinə malik olmaması və evlə daimi əlaqəsinin olmasına görə həmin evi onun mənzili adlandırmaq olar. İddiaçının həmin evə köçürülməsinə məhdudiyyətlər yaradılması mənzil hüququnu təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələblərinə ziddir. Beləliklə, məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olaraq iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, İddiaçı Quba rayonu Ağbil kəndində yerləşən iki otaq, bir balkon və bir mətbəxdən ibarət yaşayış evindən istifadəsinə cavabdeh X3 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və iddiaçı həmin evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı cavabdeh X3 ilə birgə nikah dövründə inşa edilmiş Quba rayonu, Ağbil kəndində yerləşən iki otaq, bir balkon və bir mətbəxdən ibarət yaşayış evinə köçürülsün. İddiaçı Quba rayonu Ağbil kəndində yerləşən iki otaq, bir balkon və bir mətbəxdən ibarət yaşayış evindən istifadəsinə cavabdeh X3 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Kamilli