Məhkəmə qərarları › İş №2(027)-1213/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1213/2020

23.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1213/2020 23.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı-nin direktoru X1 və cavabdeh X2 iştirakı ilə İddiaçı Cavabdeh “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh İddiaçı-nin xeyrinə 80,718.82 manat məbləğində zərərin tutulması barədə qətnamə xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də, İddiaçı iddia tələbinin həcminin artırılması ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh İddiaçı-nin xeyrinə 189,664,53 manat məbləğində zərərin tutulması barədə qətnamə xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək İddiaçı-nin direktoru və qanuni təmsilçisi vəzifəsində çalışmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh iştirakı ilə müəssisədə təsisçilərin ümumi yığıncağı keçirilmiş və iclasın nəticəsində təsisçilərin xx.xx.2019-cu il tarixli 1 saylı Qərarı qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh öz xahişi ilə tutduğu vəzifəsindən (qanuni təmsilçi funksiyasına malik direktor vəzifəsindən) azad edilməsi qərara alınmışdır. Bundan sonra şirkətin ağır maliyyə durumu barədə araşdırma aparılmış və araşdırma nəticəsində Cavabdeh qanuni təmsilçi funksiyalarını yerinə yetirdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək olan dövrə dair sənədlərdə bir sıra ciddi nöqsanlar aşkar edilmişdir. Cavabdeh Rusiya Federasiyasında yerləşən “Qruppa İlim” şirkətindən almış olduğu ümumi gömrük dəyəri 448,435,63 manat olan kağızların gömrük orqanında rəsmiləşdirilməsi üçün ödəməli olan 80,718,42 manat dəyərində pul vəsaitinin ödənilməsindənn yayınmışdır. Belə ki, Cavabdeh ilə yükü göndərən “Qruppa İlim” şirkəti arasında uydurma və həqiqətə uyğun olmayan xx.xx.2018-ci il tarixli “ 01 saylı Emal müqaviləsi “ və xx.xx.2018-ci tarixli “01 saylı Emal Müqaviləsinə əlavə” müqaviləsi tərtib edilmişdir. Bu uydurma müqaviləyə əsasən guya “Qruppa İlim” şirkəti tərəfindən göndərilmiş kağız yükü həmin vaxt Cavabdeh direktor olduğu İddiaçı tərəfindən emal edilərək karton qutular hazırlanıb geri qaytarılacaqdır. Lakin, cavabdehin bu uydurma müqaviləni düzəltməkdə məqsədi ona uyğun hüquq və vəzifələr əldə etmək yox, gələn yüklərin gömrük orqanında rəsmiləşdirmədən xüsusi gömrük proseduru altında emal rejmində saxlamaqla, idxal zamanı gömrük orqanına ödəməli olduğu 80,718,42 manat pul vəsaiti mənimsəmək olmasına əsaslı şübhələr vardır. Ən azı Cavabdeh şirkətdən uzaqlaşdırıldıqdan sonra aparılan araşdırmaların nəticələri bu qənaətə gəlməyə imkan verir. Cavabdeh vəzifəsindən kənarlaşdırıldıqdan sonra Bakı Baş Gömrük İdarəsindən bu məsələ ilə bağlı şirkkətə məlumat verilməklə emal praseduru altında saxlanılmış yüklərin dövlət rüsumları ödənilməklə sərbəst dövriyyəyə buraxılması tələb edilmişdir. Bundan sonra tərəflərindən vəziyyətdən çıxış yolu kimi həmin yüklərin bir qisminin gömrük ödənişləri edilərək sərbst dövriyyəyə buraxılmış və yerdə qalan yüklərin gömrük ödənişlərinin aparılmasının davam etdirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin direktoru X4 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o qeyd edilən müqavilələri gömrük ödəmələrindən yayınmaq məqsədilə rəhbərliyi tərəfindən ona edilən tələblərə görə hazırlatmışdır. Məqsədi gömrük ödəmələrindən yayınmaq və az ödəniş etmək olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş X3 qeyd etmişdir ki, İddiaçı şirkətində o, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək şirkətdə əvvəlcə anbardar, daha sonra isə direktor Cavabdeh müavini vəzifəsində çalışmışdır. Cavabdeh qarşı irəli sürülmüş iddia ilə bağlı bildirmişdir ki, iddia əsaslıdır. Belə ki, o, İddiaçı-də çalışdığı zaman emal müqaviləsi şirkətin direktoru və qanuni təmsilçisi vəzifəsini yerinə yetirən hazırki, iş mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmuş Cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq hazırlanmış və həmin elmal müqaviləsi saxtadır. Məhkəmə İddiaçı-nin direktorunun izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli 01 saylı “Emal” müqaviləsindən görünür ki, İddiaçı sabiq direktoru Cavabdeh ilə “Qruppa İlim” şirkəti arasında xx.xx.2020-ci il tarixədək ******* ABŞ dolları dəyərində emal müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 01 saylı “Emal” müqaviləsindən görünür ki, İddiaçı sabiq direktoru Cavabdeh ilə “Qruppa İlim” şirkəti arasında xx.xx.2020-ci il tarixədək ******* ABŞ dolları dəyərində emal müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 01 saylı “Emal” müqaviləsindən görünür ki, İddiaçı sabiq direktoru Cavabdeh ilə “ESATİS SANAT TATİS” şirkəti arasında xx.xx.2019-cu il tarixədək 150000 manat dəyərində emal müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 01 saylı “Emal” müqaviləsindən görünür ki, İddiaçı sabiq direktoru Cavabdeh ilə “TARKHİS GOSTARESHE SİROUS” şirkəti arasında xx.xx.2020-ci il tarixədək ******* ABŞ dolları dəyərində emal müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 01 saylı “Emal” müqaviləsinnə xx.xx.2018-ci il tarixli 01 saylı Əlavələr müqaviləsindən dən görünür ki, İstehsalçının gördüyü işlərin, müqavilənin predmetini təşkil edən malların ümumi dəyəri hər tona görə 700 (yeddi yüz) ABŞ dolları təşkil edir.Emal xidməti və əlavə görülən bütün işlərə görə hər tona görə 800(səkkiz yüz) ABŞ dolları təşkil edir. Tərəflər qarşılıqlı razılığa gəlirlər ki, "Sifarişçinin" emal üçün göndərdiyi məhsulu "İstehsalçı" qəbul edir və "İstehsalçı"-nın göndərdiyi hazır məhsulu "Sifarişçi" qəbul edir. İstehsalçının göstərilən miqdara görə, müqavilənin predmetini təşkil edən malların ümumi dəyəri hər tona görə 700 (yeddi yüz) ABŞ dolları təşkil edir. Xərclərin dəyişməsinin baş vermədiyi üçün dəyişiklik edilmir. Tərkibində mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10%-dən çox olmayan, 1 m2-nın kütləsi 80qr və ya daha çox olan kağız və karton "Ağ layner" rulonlarda. Miqdarı: 51000kq. Test-layner 1 m2-nın kütləsi 150qr və ya daha az olan rulonlarda təbaşirlənməmiş kağız və karton "Kraftlayner". Miqdarı: 45669kq. Rulonlarda təbaşirlənməmiş yarım sellülozdan büzmə üçün kağız "Flutinq", Miqdarı: 42630kq. Partiya üzrə məhsulların dəyəri 7150,7969,7741 nömrəli invoyslarda göstərilmişdir. Həmin müqavilə İddiaçı sabiq direktoru Cavabdeh ilə “Qruppa İlim” şirkətinin direktorunun imzaları ilə təsdiqlənmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-726/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 61658 (altmış bir min altı yüz əlli səkkiz) manat 23 (iyimir üç) qəpik gömrük ödənişlərinin məbləğinin 30 (otuz) faiz məbləğində, yəni 18497 (on səkkiz min dörd yüz doxsan yeddi) manat 47 (qırx yeddi) qəpik məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-727/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 8211 manat gömrük ödənişlərinin məbləğinin 30 (otuz) faiz məbləğində, yəni 2463,30 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-722/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, ünvan 1ünvanında qeydiyyatda olan İddiaçı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyərinin (241929.52 manat) 50% (əlli faiz) miqdarında, yəni 120964.76 (yüz iyirmi min doqquz yüz altmış dörd manat yetmiş altı qəpik) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-723/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın predmeti olan malın dəyərinin 30 (otuz) faiz miqdarında, yəni 23955 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-724/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın predmeti olan malın dəyərinin 30 (otuz) faiz miqdarında, yəni 19500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-725/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyərinin (8568 manat) 50 (otuz) faiz miqdarında, yəni 4284 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan **********3884 nömrəli, **********3987 nömrəli, **********9935 nömrəli, **********170 nömrəli, **********0635 nömrəli, **********3868 nömrəli, **********3784 nömrəli gömrük bəyannamələrindən görünür ki, bəyan edilmiş malların daxildə emal üçün İddiaçı-nin sabiq direktoru Cavabdeh hazırladığı qanunsuz və saxta emal müqaviləsi üzrə Azərbaycan Respublikası hüdudlarına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; (49.4.1.-ci maddə), hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi (49.4.2.-ci maddə), hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; (49.4.3.-cü maddə), hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; (49.4.4.-cü maddə), özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; (49.4.5.-ci maddə), səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması (49.4.6.-ci maddə) hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə hallarda məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan huquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə mudafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin mudafiəsi və yaxud təsdiqi uçun məhkəməyə muraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə araşdırmaları ilə sübuta yetirlmişdir ki, İddiaçı cavadeh Cavabdeh İddiaçı-nin xeyrinə 189,664,53 manat məbləğində zərərin tutulması barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı-nin sabiq direktoru və qanuni təmsilçisi vəzifəsini icra edən Cavabdeh İddiaçı-ni təsisçilərinin məlumatı olmadan saxta emal müqavilələri hazırlayaraq, Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən şirkətlərlə emal müqavilələri əsasında idxalçı qismində emal olunmalı malları qəbul etmişdir. Lakin, həmin malların idxalı zamanı gömrük orqanına ödəməli olduğu pul vəsaitini mənimsəmiş və bununlada İddiaçı nüfuzunu zədələnməsinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən inzibati xətanın törətməsinə və həmin maddə üzrə təqsirləndirilməsinə səbəb olmuşdur. Belə ki, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 3(002)-726/2020 saylı, xx.xx.2020ci il tarixli, 3(002)-727/2020 saylı, xx.xx.2020-ci il tarixli, Məhkəməsinin 3(002)-722/2020 saylı, xx.xx.2020-ci il tarixli, 3(002)-723/2020 saylı, xx.xx.2020-ci il tarixli, 3(002)-724/2020 saylı, xx.xx.2020-ci il tarixli və 3(002)-725/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarları ilə, İddiaçı Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ümumilikdə 189,664,53 manat məbləğində cərimələnmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Cavabdeh qarşı irəli sürülmüş iddianın əsaslı olduğunu və o, İddiaçı-də çalışdığı zaman emal müqaviləsi şirkətin direktoru və qanuni təmsilçisi vəzifəsini yerinə yetirən hazırki, iş mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmuş Cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq hazırlandığını və həmin elmal müqaviləsinin saxta olduğunu bildirmişdir. Bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq, Cavabdeh İddiaçı-də icra etdiyi direktoru vəzifəsindən və səlahiyyətlərindən sui-istifadə edərək, İddiaçı-yə zərər vurmuşdur. Beləliklə, Cavabdeh qanunsuz əməlləri nəticəsində İddiaçı-yə 189,664,53 manat məbləğində zərər dəyməsi sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh İddiaçı-nin xeyrinə 189,664,53 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı-nin xeyrinə 189,664,53 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar