Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1215/2024 29.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)- 268/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş 160 manat məbləğində alimentin miqdarının dəyişdirilərək, 20 may 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadak saxlanılması üçün Cavabdeh oglundan hər ay 235 manat sabit pul məbləğində alimentin, ödədiyi 60 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci tarixli 2(027)-268/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə X11 arasında xx.xx.2017-ci il tarixdə Quba rayon Qeydiyyat Şöbəsinə nikahın bağlanması haqqında akt qeydləri kitabında 278 nömrəsi ilə qeydə alınmış nikah qeydi pozulmuş, nikah pozulandan sonra xx.xx.2018-ci il təvəllüdlü X10 anası X7 yanında saxlanılmış, xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019cu il tarixdən başlayaraq, hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh oglundan tutularaq, X8 verilməsi qət edilmişdir. Həmin məbləğin müəyyən olunmasından artıq 4 il keçmişdir. 160 manat məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. 2024-cü il üçün yaşayış minimumu haqqında Azarbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün 235 manat nəzərdə tutulmuşdur. Qeyd olunan məbləğ hazırki bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, geyimini və digər maddi təlabatlarını ödəmir. Bu müddat ərzində uşağın gündəlik xərcləri və maddi təlabatları artmışdır. Övladının maddi talabatlarını çətinliklə qarşılayır. Cavabdeh gəmidə işləyir, aldığı əmək haqqı 2000 manat civarındadır. Qazancı və gəliri kifayət qədər yüksək olmasına baxmayaraq, övladının mənafeyi, dolanışığı, maddi təlabatları ilə maraqlanmır. Maddi cəhətdən imkanı olduqca pisdir. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına mürəciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat mediasiyaya dair xarc tərəfindən ödənilmişdir. Cavbdeh Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o iddianı qəbul etmir. O, heç bir yerdə işləmir. Uşağın saxlanılması üçün üzərinə qət edilmiş alimenti cətinliklədə olsada yaşlı valideyinlərinin köməyliyi ilə ödəyir. Hazırda iddiaçının tələb etdiyi məbləği ödəmək iqtidarında deyil. Onun üzərinə 18 fevral 2020-ci il tarixli qətnaməyə əsasən 160 manat aliment kəsilmişdir. Həmin vaxtdan hazırki günədək onun gəlirləri artmamışdır. Əksinə həmin vaxt fərdi işlərlə məşğul olmuş və indiki vaxta nisbətdə daha çox gəlir əldə etmişdir. İddiaçı alimentin artırılması barədə ərizəsində onun qəlirləri olduğunu göstərmişdir. Lakin bu barədə heç bir sübut təqdim etməmişdir. Bundan başqa uşağın saxlanılması üçün hər ay müəyyən edilmiş minimum hədd olan 235 manat hər iki valideyininin üzərinə düşən öhdəlikdir. O, özünə aid öhdəliyi ayda 160 manat ödəməklə kifayət qədər yerinə yetirir. Qalan hissə iddiaçının öz üzərinə düşən öhdəlikdir. İddiaçının özünün uşaq üçün üzərinə düşən öhdəliyi yerinə yetirməyə imkanı var. İddiaçı Quba Asan Xidmətində mühafizəçi vəzifəsində işləyir və onun yüksək əmək haqqısı vardır. Lakin iddiaçı uşağa aid bütün öhdəlikləri aliment şəkilində onun üzərinə qoymaq istəyir. Cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, cavabdeh gəmidə işləyir, bundan başqa alma və gilas bağları var, həmçinin maldarlıqla da məşğul olur. İddia edilən məbləği ödəniş etmək qabiliyyətindədir, İl ərzində 20 000 manatdan çox gəliri olur. Məhkəmə iclaslarınin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)- 268/2020 saylı qətnaməsindən göründüyü kimi, Cavabdeh ilə X11 arasında xx.xx.2017-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 278 nömrəsi ilə qeydə alınmış nikah qeydi pozulması, nikah pozulandan sonra xx.xx.2018-cı il təvəllüdlü X10 anası X7 yanında qalmması, xx.xx.2018-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X8 verilməsi qət edilmişdir. İş materiallarında olan “Nikahın pozulması haqqında şəhadətnamə”dən görünür ki, Cavabdeh oğu ilə İddiaçı arasında Quba rayon Qeydiyya şöbəsi tərəfindən bağlanmış nikah xx.xx.2020-ci il tarixində pozulmuşdur. İş materiallarında olan AZ-İV 106139 seriyalı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, tərəflərin nikahından 20 may 2018-ci il təvəllüdlü X10 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan X3 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞQ-MT-027-2024-00427 saylı arayışına əsasən, İddiaçı ilə Cavabdeh arasında razılıq əldə olunmadığından prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Mediasiya xərci üçün nəzərdə tutulan 60 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-268/2020 saylı qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə uşaq üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşağın gündəlik tələbatının artmasını əsas götürərək, aliment məbləğinin artırılaraq hər ay uşağın saxlanılması üçün 235 manat alimentin Cavabdeh tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşağın aylıq xərcinin 235 manat olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halqa qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun bir müddət keçməsini, bu halın isə uşaqların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşaqların üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə iddiaçının müntəzəm xarakterli əmək haqqına malik olmasını və uşaqların maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, alimentin 200 manat məbləğində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı həmçinin mediasiya prosesi zamanı 60 (altmış) manat məbləğində xidmət haqqının iddiaçıdan tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia üçün ödənilməli rüsum mediasiya rüsumu ilə əhatə olunduğundan, Cavabdeh dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-268/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 20 may 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İlkin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1215/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1215/2024
29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver