Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1217/2021 09.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.07.2005-ci il təvəllüdlü X4 və 26.02.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 170 (yüz yetmiş) manat olmaqla, iki uşağa görə 340 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X12 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 2003-cü ildə faktiki nigah münasibətlərinə girərək ailə qurub, faktiki nikahdan 10.07.2005-ci il təvəllüdlü X8 və 26.02.2007-ci ıl təvəllüdlü X9 anadan olmuşlar. Cavabdehlə bir müddət mehriban yaşamış, lakin sonralar ailə münasibətləri pozulmuş, birgə yaşamağı mümkünsüz olmuşdur. Hal-hazırda da cavabdehlə birgə təsərrüfat aparmır, ayrı yaşayır. Valideynlərinin himayəsindədir, heç yerdə işləmir. Cavabdehin uşaqların saxlanılması üçün heç bu maddi köməklik göstərmədiyi üçün Abşeron Rayon Məhkəməsinə müraciət edib. 04.10.2013-cü il tarixində Abşeron Rayon Məhkəməsi iddia tələbini qismən təmin etmiş, 10.07.2005-ci il tarixdə anadan olmuş Ramilənin, 26.02.2007-ci il tarixdə anadan olmuş Lamiyəınin 18 yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 93 manat, cəmi 186 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsinə dair 2(012)-2128/2013 saylı, 04.10.2013-cü il tarixli Qətnamə qəbul edilmişdir. Uşaqlar böyüyüb, onların normal yaşaması, gündəlik tələbatının təmin edilməsi ticun müəyyən olunmuş aliment kifayət eləmir. Buna görə də digər xərclərin ödənilməsi ümün alimentin artırılması zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, 10.07.2005-ci il təvəllüdlü X4 və 26.02.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 170 (yüz yetmiş) manat olmaqla, iki uşağa görə 340 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, onun tələb olunan məbləği ödəməyə maddi imkanı yoxdur, ailə qurub, üç övladı var, onların da ehtiyaclarını ödəməlidi, hər uşağa görə 100 manat ödəməyə razıdır. Sonradan məhkəmə çıxışları zamanı hər uşağa görə 150 manat ödəmək iqtidarında olduğunu bildirib iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X7 və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 742440 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, 10.07.2005-ci il təvəllüdlü X1 rayonu Mehdiabad qəsəbəsində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ 742438 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, 26.02.2007-ci il təvəllüdlü X2 rayonu Mehdiabad qəsəbəsində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 04.10.2013-cü il tarixli 2(012)- 2128/2013 saylı qətnaməsi ilə 10.07.2005-ci il təvəllüdlü X4 və 26.02.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 93 (doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZE 0******* şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Tərtər rayonu Buruc kəndində qeydiyyatdadır. Belə ki məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından 10.07.2005-ci il təvəllüdlü X8 və 26.02.2007-ci ıl təvəllüdlü X9 anadan olmuşdur və hazırda onlar, anası ilə yaşayır. Abşeron Rayon Məhkəməsinin 04.10.2013-cü il tarixli 2(012)-2128/2013 saylı qətnaməsi ilə 10.07.2005-ci il təvəllüdlü X4 və 26.02.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 93 (doxsan üç) manat sabit pul məbləğində alimentin İddiaçı verilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi təyin edilmiş alimentin uşağın tələbatlarını ödəmədiyindən uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşağların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 170 ( yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh buna etirazını bildirərək, maddi imkanı olmadığını, hər uşağa görə 150 manat məbləğində alimenti ödəyə biləcəyini bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 04.10.2013-cü il tarixli 2(012)-2128/2013 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, 10.07.2005-ci il təvəllüdlü X4 və 26.02.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə 300 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 04.10.2013-cü il tarixli 2(012)-2128/2013 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, 10.07.2005-ci il təvəllüdlü X4 və 26.02.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə 300 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1217/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1217/2021
09.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver