Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-122/2023 30.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nə, X1 İdarəsinə, Azərbaycan Respublikası Melorasiya və Su Təsərrüfatı ASC-nin X3 İdarəsinə, “Sarıqaya” Sudan İstifadə edənlər Birliyinə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirlinə qarşı “sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılaraq, verilmiş icazəyə əsasən quraşdırılmış su nasos stansiyasının işinə maneələrin aradan qaldırılması, həmin nasos stansiyası vasitəsilə suvarma mövsümündə mülkiyyətlərində olan torpaq sahələrinin suvarılmasına maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nə, X1 İdarəsinə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirlinə qarşı “sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılaraq, verilmiş icazəyə əsasən quraşdırılmış su nasos stansiyasının işinə maneələrin aradan qaldırılması, həmin nasos stansiyası vasitəsilə suvarma mövsümündə mülkiyyətlərində olan torpaq sahələrinin suvarılmasına maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş materiallarından görünür ki, iddiaçılar sahibkarlıq fəaliyyətlərinə yaradılan maneələrin aradan qaldırılmsı üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. “Elektron məhkəmə informasiya sistemi”ndən görünür ki, hər iki iddiaçı vergi ödəyicisi olan fiziki şəxslər, cavabdehlər isə hüquqi şəxslərdir. Ərizənin məzmunundan həmçinin görünür ki, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılması barədədir. MPM-in 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.” Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nə, X1 İdarəsinə, Azərbaycan Respublikası Melorasiya və Su Təsərrüfatı ASC-nin X3 İdarəsinə, “Sarıqaya” Sudan İstifadə edənlər Birliyinə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirlinə qarşı “sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılaraq, verilmiş icazəyə əsasən quraşdırılmış su nasos stansiyasının işinə maneələrin aradan qaldırılması, həmin nasos stansiyası vasitəsilə suvarma mövsümündə mülkiyyətlərində olan torpaq sahələrinin suvarılmasına maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə 2(027)-122/2023 saylı mülki iş tərəflər vergi ödəyiciləri olduqlarından və mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi səbəbindən hazırki işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyat haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdlqdan sonra göndərilir. Hesab edirəm ki, 16(027)-21/2023 saylı iş məhkəmə aidiyyətı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Melorasiya və Su Təsərrüfatı ASC-nə, X1 İdarəsinə, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin X3 İdarəsinə, “Sarıqaya” Sudan İstifadə edənlər Birliyinə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirlinə qarşı “sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılaraq, verilmiş icazəyə əsasən quraşdırılmış su nasos stansiyasının işinə maneələrin aradan qaldırılması, həmin nasos stansiyası vasitəsilə suvarma mövsümündə mülkiyyətlərində olan torpaq sahələrinin suvarılmasına maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə 2(027)-122/2023 saylı mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-122/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-122/2023
30.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver