Məhkəmə qərarları › İş №2(027)-1221/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1221/2020

10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1221/2020 10.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona borclu olduğu 5000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, 2018-ci ilin aprel ayında yaxın tanışı Şamxal Quşqari ona Cavabdehla tanış edib bildirmişdi ki, yaxın tanışları var, Quba şəhəri Dəvədabani yaşayış massivində sotu 1.000 manatdan torpaq təşkil edə bilər. O, Cavabdehla Şamxalın evində görüşüb 5 sot torpaq almağa razılaşaraq, xx.xx.2019-cu il tarixdə Şamxalın evində Cavabdeh 5000 manat pul vermişdir. Bir müddət keçdikdən sonra Cavabdeh torpağı və sənədləri tələb etmiş və o, müxtəli bəhanələr ilə nə sənədi nədə ki, pulu qaytarmırdı. Cavabdeh onu və digər şəxsləri aldadıb dələduzluq etdiyinə görə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ona borclu olduğu 5000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən müəyyən edilir ki, Cavabdehİddiaçı etibarından sui-istifadə edərək aldatma yolu ilə, ona Quba şəhəri Dəvədabani yaşayış massivindən 0,05 ha torpaq sahəsi alacağını vəd edib aldadaraq ünvan 1 ünvanında yerləşən evdə İddiaçı 5.000 (beş min) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AzərbaycanRespublikasıMPM-nin 82.4-cümaddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinəəsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. İş materialında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən müəyyən edilir ki, Cavabdehİddiaçı etibarından sui-istifadə edərək aldatma yolu ilə, ona Quba şəhəri Dəvədabani yaşayış massivindən 0,05 ha torpaq sahəsi alacağını vəd edib aldadaraq ünvan 1 ünvanında yerləşən evdə İddiaçı 5.000 (beş min) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə işdə olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünü nəzərə alaraq hesab edir ki, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olaraq 5.000 (beş min) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən müvafiq olaraq hərbir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinəəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 82.4, 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olaraq 5.000 (beş min) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar