Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-123/2022 05.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı vəkili X19, cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X8, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X8, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdeh X20 və onun ailə üzvlərinə verilmiş JN-22T KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X43,əsasər Cavabdeh2, X13, X21 və X9 mülkiyyətinə Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq sahəsinin və üzərində köhnə tikili olan mənzilin cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması, daşınmaz əmlaka dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili X33 iddanı müdafiə etdiyini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, yaşadığı Quba rayonun Aşağı-Xuc kəndində eyni kənd sakini X20 və onun ailə üzvlərinə verilmiş JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X43 əsasən Cavabdeh2, X13, X14 və X9 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi bağ və əkin hissədən ibarət olmaqla iki ayrı yerdə yerləşir. Təxminən 1998-ci il tarixdə torpaq islahatından öncə ümumi sahəsi 3.34 ha olan torpaq sahəsinin 1,2680.54 ha bağ sahəsi hissəsi yanğın nəticəsində alma ağacları ilə birgə tamamilə yararsız vəziyyətə düşmüşdür. Həmin sözü gedən torpaq sahəsi X29 və onun ailə üzvülərinin adına təhkim edilməsindən öncə artıq torpaq sahəsi yararsız vəziyyətdə olub. 2000-ci il tarixdə əvvəldən tanıdığı X29 ilə söhbət zamanı 3.34 ha torpaq sahəsini və əlavə olaraq yaşadığı mənzillə birgə sataraq Bakı şəhərində ev alaraq orada yaşayacağını bildirib. Bir neçə gün keçdikdən sonra həmin torpaq sahələrini və yaşayış evini almaq qərarına gəlib. İlkin olaraq X29 ilə aralarında alqı-satqı razılaşması olan vaxt ödəniləcək məbləğin çox hissəsini ona verməklə aralarında qalan qalıq 3450 dollar borcu 2000-ci ilin sonuna qədər ödəniş edəcəyi barədə razılığa gəlib. Bundan sonra ilkin olaraq cavabdeh X29 və onun ailə üzvlərinin iştirakı ilə xx.xx.2000-ci il tarixdə Quba rayon X31 inzibati binasında pulun bir qisminin ödəniş etməklə 3.34 ha bağ və əkin sahəsini ona satmaları barədə akt tərtib olunmuşdur. Bununla yanaşı pulun bir hissəsinidə xx.xx.2000-ci il tarixdə qarşı tərəfə ödəniş etməklə qarşılığında ona məxsuz həyətyanı torpaq sahəsinin və üzərində olan köhnə tikili evin ona satmaları barədə Bələdiyyənin inzibati binasında cavabdeh X29 və onun ailə üzvlərinin iştirakı ilə akt tərtib olunmuşdur. Bildirir ki, iş üzrə iddiaçılara olan 3450 dollar borcu 2000- ci il tarixdə tam şəkildə ödənişin etməklə qarşı tərəfə heç bir borcu qalmamışdır. Bununla yanaşı 3.34 ha torpaq sahəsinə aid olan JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X45 əsili ona təqdim olunmuşdur. 1998-ci il tarixdə torpaq islahatından öncə ümumi sahəsi 3.34 ha olan- torpaq sahəsinin 1,2680.54-ha bağ sahəsi hissəsi yanğın nəticəsində alma ağacları ilə birgə torpaq sahəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən bir-neçə dəfə bağ salmaq məqsədi ilə meyvə ağacları əkməyinə baxmayaraq ağaclar qurumuşdur. Bu səbəbdən bir neçə il fasilə verdikdən sonra yenidən 2014-cü tarixdə təxminən 300 ədəd gilas ağacı əkib. Həmin tarixdən bu vaxta kimi maddi xərc çəkərək əsil bağ sahəsi yaratmışdır. Artıq gələn il həmin ağacların meyvə, gətirəcəyini ümüdlə gözləyir. Artıq həmin torpaq sahələri iyirmi bir ildir ki, onun istifadəsindədir. Cavabdehlərin bu illər ərzində həmin torpaq sahələri ilə əlaqədar heç bir pirtenziyaları olmamaqla yanaşı ümumiyyətlə onlarla heç rastlaşmayıb. Cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X8, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil bildirdi ki, onlar iddianı qəti qəbul etmirlər, beləki, iddiaçı hazırki işlə bağlı məhkəməyə əsaslı sübut təqdim etməmişdir. X29 ona və ailə üzvlərinə məxsus olan 3.34 ha əkin sahəsini iddiaçıya daimi istifadəyə verilməsi barədə akta imza etmişdir. Həmin aktda torpağın satılması və onun əvəzində pulun verilməsi göstərilməyib.Tərtib olunmuş akt qanunsuz və əsassızdır, çünki həmin vaxt aktda adları qeyd olunan X14, X25 tam mülki hüquq fəaliyyət qabiliyyəti, yəni 18 yaşa çatmamış onlar tərəfindən bu sənəd imzalana bilməzdi. Əlavə olaraq bildirdi ki, evin alqı-satqısı notarial qaydada bağlanıb, etiraz etmirlər gedib çıxarışı ala bilərlər. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndənin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X43 əsasən, Quba rayonun Aşağı-Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 3,34 hektar torpaq sahəsi Quba rayonu Aşağı-Xuc kənd sakinləri X20 və onun ailə üzvləri- Cavabdeh2, X13, X14 və X9 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2000-ci il tarixdə Quba rayon X31 inzibati binasında Quba rayonu Aşağı-Xuc kənd sakinləri Yaqubov Yaqub, İddiaçı, bələdiyyə üzvləri, Əliyev Fuad, Kamilov Etibar, Pirməmmədov İsa, Adgözəlov Əlyar və Şükürov Mövlan tərəfindən tərtib edilmiş aktdan məlum olur ki, həmin akta əsasən X29 JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X43 əsasən 20715.36 kvm əkin, 12680.54 kvm bağ sahəsini ailə üzvlərinin razılığı ilə istifadə etməyə imkanı olmadığı üçün Aşağı Xuc kənd sakini İddiaçı daimi istifadə etmək üçün həvalə edir. Aktın doğruluğu iştirakçıların imzalarıyla imzalanıb və bələdiyyənin möhürü ilə təsdiq edilib. İş materiallarına əlavə edilmiş xx.xx.2000-ci il tarixli əl yazma ərizədən görünür ki, Quba rayonu Aşağı-Xuc kənd sakini X29 özünə və ailə üzvlərinə məxsus JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X43 əsasən 20715.36 kvm əkin, 12680.54 kvm bağ sahəsini uzun müddət istifadə etmək imkanı olmadığından, İddiaçı təmənnasız, həmişəlik istifadə etmək üçün həvalə edir. Ərizənin doğruluğunu ailə üzvlərilə birlikdə təsdiq edir. İş materialında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2000-ci il tarixli müqavilənin surətindən görünür ki, X29 ona məxsus olan Quba rayon Aşağı Xuc kəndində yerləşən iki mərtəbəli ümumi sahəsi 123.3 kv.metr olan yaşayış evini İddiaçı 13000000 AZM satmışdır. İş materiallarında olan AZ-İİ 109139 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2012-ci ildə vəfat edib və ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 922 nömrə ilə qeydiyyataa alınıb. İş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə Cavabdeh2 məxsusdur. O xx.xx.1955-ci il tarixində doğulub. İş materiallarında olan İİİ-ЖГ seriya və nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 X29 ilə nikaha daxil olmuş və “Yaqubova” soyadını qəbul etmişdir. İş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə X6 məxsusdur. O xx.xx.1982-ci il tarixində doğulub. İş materiallarında olan AZ-İ 246932 seriya və nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Abuzər Tahir oğlu ilə nikaha daxil olmuş və “Bədəlova” soyadını qəbul etmişdir. İş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə X10 məxsusdur. O xx.xx.1986-cı il tarixində doğulub. İş materiallarında olan AZ-İ 318857 seriya və nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Rüstəm İsmixan oğlu ilə nikaha daxil olmuş və “Məmmədova” soyadını qəbul etmişdir. İş materiallarında olan AZE 18404867 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə X5 məxsusdur. O xx.xx.1983-cü il tarixində doğulub. İş materiallarında olan AZ-İ 498901 seriya və nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Anar Vahid oğlu ilə nikaha daxil olmuş və “Ulubəyova” soyadını qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, sübuetmə yükü baxımından İddiaçı cavabdeh X20 və onun ailə üzvlərinə verilmiş JN- 22T KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X43 əsasən Cavabdeh2, X13, X21 və X9 mülkiyyətinə Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq sahəsinin və üzərində köhnə tikili olan mənzilin cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması, daşınmaz əmlaka dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını tələb etsə də, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının iistinad etdiyi xx.xx.2000-ci il tarixdə tərtib edilmiş akta əsasən cavabdeh X29 JN 221 KOD 30327058 saylı Torpağa Mülkiyyət X4rın mülkiyyətinə verilmiş 20715.36 kv.metr əkin, 12680.54 kvm bağ sahəsini İddiaçı daimi istifadə etmək üçün həvalə edib. Lakin həmin akt digər mülkiyyətçilər, Cavabdeh2, X13, X14 və X25 tərəfindən imzalanmamışdır. xx.xx.2000-ci il tarixli əl yazma ərizənin tərtib edilməsində tərəf olan Cavabdeh3 17, Cavabdeh4 14 yaşlarında olması və onların yetkinlik yaşına çatmadığı halda qanunvericiliyin tələblərinə uyğun hüquqmüyyənedici sənədlərin imzalarıyla təsdiq etmək hüququnun olmadığı və X16 ona məxsus olan Quba rayon Aşağı Xuc kəndində yerləşən iki mərtəbəli ümumi sahəsi 123.3 kv.metr olan yaşayış evini xx.xx.2000-ci il tarixdə notarius vasitəsi ilə İddiaçı 13000000 AZM satdığı məhkəmə tərəfindən müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla (14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə: 30.2.1. öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin; 30.2.2. elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin; 30.2.4. xırda məişət əqdləri və bu Məcəllənin 29-2-ci maddəsində nəzərdə tutulan digər əqdlər bağlasın. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayanların kooperativ üzvü olmaq ixtiyarı da vardır.) əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Göstərilənlərə əsasən, məhkəmə işdə olan sübtlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X8, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin, cavabdeh X20 və onun ailə üzvlərinə verilmiş JN-22T KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X43,əsasər Cavabdeh2, X13, X21 və X9 mülkiyyətinə Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq sahəsinin və üzərində köhnə tikili olan mənzilin cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X8, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin, Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlaka dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ərazi idarəsinə həvalə edilməsi hissəsinə, mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X8, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin, Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlaka dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ərazi idarəsinə həvalə edilməsi hissəsinə, mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, xitam verilsin. İddiaçı cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X8, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin, cavabdeh X20 və onun ailə üzvlərinə verilmiş JN-22T KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X43,əsasər Cavabdeh2, X13, X21 və X9 mülkiyyətinə Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq sahəsinin və üzərində köhnə tikili olan mənzilin cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-123/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-123/2022
05.08.2022 · Müqavilələrin bağlanması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver