Məhkəmə qərarları › İş №e-2(012)-3913/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3913/2022

31.10.2022 · Müqavilələrin bağlanması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3913/2022 31.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək mənzilin mülkiyyətə verilməsi tələbinə dair mülki işə 31 oktyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək mənzilin mülkiyyətə verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış olan 24 dekabr 2018-ci il tarixli müqavilə ilə ona məxsus olan mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək, həmin ünvan 1 ünvanında inşa olunan 5 bloklu 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbə, 1 otaqlı, 19 saylı mənzilin mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında inşa olunan 5 bloklu 15 mərtəbəli yaşayış binasının 3-cü blok 5-ci mərtəbə 1 otaqlı 19 saylı mənzil iddiaçı tərəfindən 34463 manat pul ödənilməklə alınmışdır. Buna 24 dekabr 2018-ci il tarixli cavabdehə məxsus maliyyə arayışı da təsdiq edir. Eyni mənzilə dair cavabdeh ilə aralarında mənzilin tikintisi haqqında 54 saylı, 24 dekabr 2018-ci il tarixli müqavilə bağlanmışdır. Bundan əlavə 24 dekabr 2018-ci il tarixli, ƏXZ nömrəli kassa mədaxil orderi qəbzindən də göründüyü kimi 34463 manat həmin mənzilə dair pay tam şəkildə iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşin materiallarında olan icraçı "xxxx" MTK-nın direktoru X1 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 54 saylı müqavilənin təsdiq olunmuş surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə ünvan 2 ünvanında 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 53,02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 19 saylı mənzili payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 650 manat təşkil edir. cəmi 34463 (otuz dörd min dörd yüz altmış üç) manat ödənilməlidir. İşin materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışının təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında inşa olunan 5 (beş) bloklu 15 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi Cavabdehnə məxsusdur. Bu binanın 3-cü blok, 5-ci mərtəbəsində, ümumi sahəsi 53,02 kv.m olan 1 otaqlı 19 saylı mənzilin dəyəri 34463 (otuz dörd min dörd yüz altmış üç) manat İddiaçı tərəfindən ödənilmişdir, MTK-ya heç bir borcu yoxdur. İşin materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə verilmiş Kassa məxaric orderinin qəbzin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı tərəfindən pay haqqı 34463 (otuz dörd min dörd yüz altmış üç) manat ödənilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh MTK tərəfindən verilmiş Kassa mədaxil orderindən görünür ki, ünvan 4 ünvanında yerləşən 3-cü blok, 5-ci mərtəbədə yerləşən sahəsi 53,02 kv.m olan 1 (bir) otaqdan ibarət 19 saylı mənzilin dəyəri 34463 (otuz dörd min dörd yüz altmış üç) manat İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmənin sorğusuna əsasən Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, ünvan 5 ünvanında fəaliyyət göstərən Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 3-cü blok, 5-ci mərtəbədə yerləşən 53,2 m2 olan 19 saylı mənzillə, 2-ci blok 5-ci mərtəbədə yerləşən 96,0 m2 olan 19 saylı mənzil tam fərqli mənzillərdir. 3-cü blok, 5-ci mərtəbədə yerləşən 53,2 m2 olan 19 saylı mənzil həqiqətən də İddiaçı məxsusdur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixli 54 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh MTK ünvan 2 ünvanında 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 53,02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 19 saylı mənzili payçı İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 34463 (otuz dörd min dörd yüz altmış üç) manat İddiaçı tərəfindən ödənilmişdir. Onun MTK-ya heç bir borcu yoxdur. Mənziin dəyəri tam ödənilsə də ,Cavabdeh MTK tərəfindən mənzilin iddiaçıya təhvil verilməsi nəzərdə tutulsa da bu günə kimi mənzil iddiaçıya təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 54 saylı müqaviləyə əsasən Cavabdeh MTK Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə ünvan 2 ünvanında 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 53,02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 19 saylı mənzilə dair İddiaçı sahiblik və istifadə hüququ tanınmalı, mənzil onun sahiblik və istifadəsinə verilməlidir. İddia tələbinin qalan hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisəli mənzilə dair xx.xx.2018-ci il tarixli 54 saylı müqavilə mövcuddur. Həmin müqavilənin yenidən bağlanmış hesab edilməsinə zərurət yoxdur..Mənzilin mülkiyyətə verilməsi isə məhkəmənin səlahiyyətinə aid deyildir.MTK mənzillərinin mülkiyyətə xerilməsinin xüsusi prosedur qaydaları mövcuddur. Odur ki, bu hissələrdə iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 54 saylı müqaviləyə əsasən Cavabdeh MTK Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə ünvan 2 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 53,02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 19 saylı mənzilə dair İddiaçı sahiblik və istifadə hüququ tanınsın, mənzil onun sahiblik və istifadəsinə verilsin. Cavabdeh MTK–dan 50 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar