Məhkəmə qərarları › İş №2(102)-1598/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1598/2023

12.04.2023 · Müqavilələrin bağlanması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1598/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əlpənah oğlunun cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin bağlanmış hesab olunması, torpağa mülkiyyət hüququnun tanınması) Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(105)-2155/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Quba rayonun Aşağı-Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədli 3,34 hektar torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə həmin kəndin sakinləri X9 və onun ailə üzvləri olan Cavabdeh1, X2, X3 və X5 mülkiyyətinə verilmişdir. 2. 04 aprel 2000-ci il tarixdə Quba rayon X11 nümayəndələrinin iştirakı ilə tərtib olunmuş akta əsasən, X13 JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X21 əsasən 20715,36 kv.m əkin, 12680,54 kv.m bağ sahəsini ailə üzvlərinin razılığı ilə istifadə etməyə imkanı olmadığı üçün Aşağı Xuc kənd sakini İddiaçı Əlpənah oğluna daimi istifadə etmək üçün həvalə etmişdir. 3. 22 aprel 2000-ci il tarixli akta əsasən, X13 özünə məxsus 2 mərtəbəli şəxsi evini İddiaçı Əlpənah oğluna satarkən qarşılıqlı ödəniş zamanı sonuncunun satıcıya 3450 ABŞ dolları borcu qalmışdır. Qalan pulun qalan hissəsinin 2000-ci ilin sonuna qədər ödənilməsi razılaşdırılmışdır. 4. 24 aprel 2000-ci il tarixli əlyazma ərizəyə əsasən, Quba rayonu Aşağı-Xuc kənd sakini X13 özünə və ailə üzvlərinə məxsus JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X21 əsasən 20715,36 kv.m əkin, 12680,54 kv.m bağ sahəsini uzun müddət istifadə etmək imkanı olmadığından, dövlət rüsumlarının vaxtında ödəmək şərti ilə İddiaçı Əlpənah oğluna təmənnasız, həmişəlik istifadə etmək üçün həvalə etmişdir. X4 ilə yanaşı arvadı Cavabdeh1, qızları X6, X7 və X12 tərəfindən imzalanmışdır. 5. 26 aprel 2000-ci il tarixdə notarial qaydada təsdiq edilmiş müqavilə ilə X13 ona məxsus olan Quba rayon Aşağı Xuc kəndində yerləşən 2200 kv.m. torpaq sahəsini, iki mərtəbəli ümumi sahəsi 123,3 kv.metr ümumi sahəsi olan yaşayış evini İddiaçı Əlpənah oğluna 13000000 köhnə Azərbaycan manatına satmışdır.

6. X13 08 yanvar 2012-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Əlpənah oğlu cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlakın Dövlət Re yestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə JN-22T KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X21 əsasən Cavabdeh1, X2, X3 və X5 mülkiyyətinə verilmiş 3,34 hektar torpaq sahəsinə, bununla yanaşı həyətyanı torpaq sahəsinə və üzərində köhnə tikili olan mənzil münasibətdə cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması, daşınmaz əmlaka dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonun Aşağı-Xuc kəndinin sakini X8 və onun ailə üzvlərinın mülkiyyətinə 3,34 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi bağ və əkin hissədən ibarət olmaqla iki ayrı yerdə yerləşir. Təxminən 1998-ci ildə torpaq islahatından öncə torpaq sahəsinin 12680,54 ha bağ sahəsi hissəsi yanğın nəticəsində tamamilə yararsız vəziyyətə düşmüşdür. 2000-ci ildə X13 ilə söhbət zamanı sonuncu 3,34 ha torpaq sahəsini və əlavə olaraq yaşadığı mənzili sataraq Bakı şəhərində ev alaraq orada yaşayacağını bildirmişdir. İddiaçı həmin torpaq sahələrini və yaşayış evini almaq qərarına gəlmiş, X13 ilə aralarında alqı-satqı razılaşması olan vaxt ödəniləcək məbləğin çox hissəsini ona verməklə, aralarında qalan 3450 ABŞ dolları borcu 2000-ci ilin sonuna qədər ödəniş edəcəyi barədə razılığa gəlmişlər. İlkin olaraq X13 və onun ailə üzvlərinin iştirakı ilə 04 aprel 2000-ci il tarixdə Quba rayon X15 inzibati binasında pulun bir qisminin ödəniş etməklə, 3,34 ha bağ və əkin sahəsini ona satmaları barədə akt tərtib olunmuşdur. Bununla yanaşı, pulun bir hissəsini də 22 aprel 2000-ci il tarixdə qarşı tərəfə ödəniş etməklə, qarşılığında ona məxsus həyətyanı torpaq sahəsinin və üzərində olan köhnə tikili evin ona satmaları barədə Bələdiyyənin inzibati binasında cavabdeh X13 və onun ailə üzvlərinin iştirakı ilə akt tərtib olunmuşdur. İddiaçılara olan 3450 ABŞ dolları borcu 2000-ci ildə tam şəkildə ödəməklə, heç bir borcu qalmamışdır. 3,34 ha torpaq sahəsinə aid olan JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X22 əsli ona təqdim olun muşdur. 12680,54 ha bağ sahəsi hissəsi yanğın nəticəsində yararsız vəziyyətə düşdüyündən, orada bağ salmaq məqsədi ilə meyvə ağacları əkməsinə baxmayaraq ağaclar qurumuşdur. Bir neçə il fasilə verdikdən sonra, 2014-cü tarixdə təxminən 300 ədəd gilas ağacı əkmiş, maddi xərc çəkərək əsil bağ sahəsi yaratmışdır. Həmin torpaq sahələri iyirmi bir ildir ki, onun istifadəsindədir. Cavabdehlərin bu illər ərzində həmin torpaq sahələri ilə əlaqədar heç bir pretenziyaları olmamışdır.

9. Birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi, vəkili Vəkil1 iddiaya etiraz edərək göstərmişdir ki, X13 ona və ailə üzvlərinə məxsus olan 3,34 ha əkin sahəsini iddiaçıya daimi istifadəyə verilməsi barədə akta imza etmişdir. Həmin aktda torpağın satılması və onun əvəzində pulun verilməsi göstərilməmişdir. T ərtib olunmuş akt qanunsuz və əsassızdır, çünki həmin vaxt aktda adları qeyd olunan X7, X12 tam mülki hüquq fəaliyyət qabiliyyəti, yəni 18 yaşa çatmamışdır. Evin alqı-satqısı notarial qaydada bağlanmış və bu əmlaka münasibətdə etirazları yoxdur.

10. Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(027)-123/2022 nömrəli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı Əlpənah oğlunun cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dai r iddia ərizəsinin Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 3,34 hektar, bununla yanaşı həyətyanı torpaq bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlaka dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi hissəsinə, mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilmiş, İddiaçı Əlpənah oğlunun cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin cavabdeh X9 və onun ailə üzvlərinə verilmiş JN-22T KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X21 əsasən Cavabdeh1, X6, X10 və X5 mülkiyyətinə Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq sahəsinin və üzərində köhnə tikili olan mənzilin cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 28.2, 30.1, 152.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77, 217.4-cü maddələri, “N.Məm mədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı Əlpənah oğlu apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(027)-123/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(105)-2155/2022 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Məmmədovun və İ.K.Dəmirovun iştirakı ilə) apellyasiya şikayəti qism ən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(027)-123/2022 nömrəli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək, iddianın təmin olunmaması qət edilmişdir.

14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək eyni qətnamə ilə iddia tələbinin bir hissəsinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam vermiş, digər hissədə isə iddia tələbini rədd etmişdir. Halbuki, iddianın əsasını təşkil edən alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair tələbin rədd edilməsi ilə ondan doğan ikinci tələb öz əhəmiyyətini itirdiyindən əlavə olaraq həmin hissədə iddia tələbinə xitam verməyə zərurət də qalmır.

15. Apellyasiy a instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlsə də, işin faktiki hallarına uyğun maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə iddianı rədd edərkən mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, yəni tərəflər arasında mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olan Mülki Məcəllənin normaları əvəzinə, 01 sentyabr 2000-ci il tarixdən sonra qüvvəyə minmiş, yəni hüquq münasibətlərinin yarandığı zaman mövcud olmayan Mülki Məcəllənin maddələrinə istinad etmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə tamamilə ziddir. İddiaçı tələbin əsası kimi torpaq sahəsinin istifadəyə verilməsinə dair 0 4 aprel 2000-ci il tarixli akta istinad edir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri həmin tarixdən yaranmışdır. Beləliklə, onlar arasında hüquq münasibətləri bu tarixdə yarandığı üçün mübahisə həmin vaxt qüvvədə olan Mülki Məcəllənin normalarına uyğun həll edilməlidir.

16. Azərbaycan Respublikası 2000-ci il sentyabr ayınadək qüvvədə olan Mülki Məcəlləsinin 43-cü maddəsinə və 25 iyun 1999-cu il tarixdən qüvvədə olan Torpaq Məcəlləsinin 56-cı maddəsinin 9-cu bəndinə istinad edən apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçının istinad etdiyi 04 aprel 2000-ci il tarixdə Quba rayon X15 inzibati binasında tərtib edilmiş aktdan və 24 aprel 2000-ci il tarixli ərizədən görünür ki, cavabdehlər və mərhum X13 onlara məxsus 3,34 ha torpaq sahəsini istifadə etmək imkanları olmadığından İddiaçı Əlpənah oğluna daimi istifadə etmək üçün həvalə etmişlər. Başqa sözlə, həmin aktda mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə heç bir razılaşma yoxdur. Beləliklə, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair heç bir razılaşma olmadığından həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia da əsaslı sayıla və təmin edilə bilməz.

17. İddia tərəfinin akt bağlanan dövrdə akta “alqı-satqı” sözünün yazıla bilməməsi, torpaqların özgəninkiləşdirilməsinin mümkün olmaması barədə dəlillərini məhkəmə qəbul etməmiş və göstərmişdir ki, həmin dövrdə də qüvvədə olan Torpaq Məcəlləsinin 56-cı maddəsində xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsinin qaydaları müəyyən edilmişdir.

18. Bundan əlavə, işdən göründü yü kimi iddia tələbinin bir hissəsi də cavabdehlərin mərhum ataları, Cavabdeh1 əri Yaqub Yaqubova məxsus fərdi yaşayış evinə dair alqısatqının bağlanmış hesab edilməsi barədədir. İşdə olan notarial qaydada təsdiq edilmiş 26 aprel 2000-ci il tarixli müqavilənin surətindən görünür ki, X13 ona məxsus olan Quba rayon Aşağı Xuc kəndində yerləşən iki mərtəbəli ümumi sahəsi 123,3 kv.metr olan yaşayış evini İddiaçı Əlpənah oğluna 13000000 manata satmışdır. Belə olan halda, artıq notarial qaydada bağlanmış müqavilənin yenidən bağlanmış hesab edilməsi tələbi absurddur. Digər tərəfdən həmin müqavilə ilə bir daha sübut olunur ki, tərəflər arasında həqiqətən də mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair razılaşma olsaydı, onda həmin müqavilə də eyni qaydada notarius tərəfindən təsdiq ed ilmiş olardı.

19. Daha sonra, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3-cü maddələrinə istinad apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər mübahisəli torpaq sahəsinin mülkiyyətçiləridir və onların mülkiyyət hüququ qorunmalıdır. Bununla yanaşı, işin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin özlərinin razılığı ilə mülkiyyətlərində olan torpaq sahəsində iddiaçı tərəfindən xeyli vəsait və əmək sərf edilərək çoxillik əkmələr əkilməsinə şərait yaradılmışdır. Əslində tərtib olunmuş aktın özündən də görünür ki, onlar həmin torpaq sahəsini özlərinin becərmək imkanları olmadığından iddiaçıya daimi istifadə üçün vermişlər. Həmin aktda istifadə hüququ hər hansı müddətlə məhdudlaşdırılmam ışdır. Belə olan halda iddiaçı tərəfindən həmin sahədə bağ salınması təbiidir. Doğrudur, mübahisəli torpaq sahəsinə dair tərəflər arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə cavab verməsə də, hər bir halda bu razılaşma baş tutmuşdur və cavabdehlərin özləri də bu faktı inkar etmirlər. Buna görə də, apellyasiya məhkəməsi iddiaçıya izah etmişdir ki, onun iddiasının rədd edilməsi, iddiaçının cavabdehlərə qarşı mübahisəli torpaq sahəsinin yararlı hala gətirməsi, orada artıq məhsul vermək üzrə olan bağ sahəsi salması ilə bağlı çəkdiyi xərcin qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

20. İddiaçı Əlpənah oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(105)-2155/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsi, 111, 112-ci maddələri, hazırkı Mülki Məcəlləsinin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinin, Mülki Məcəllənin 148.2, 157.1-ci maddələrinin, Mülki Prosessual məcəlləsinin 77.1, 88, 217.3, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur.

22. Belə ki, məhkəmə iclasında müəyyən edilmiş sübutlarla mübahisəsiz qaydada təsdiq edilmişdir ki, iddiaçı 2000-ci il aprel ayının 24-də mübahisəli hesab edilən torpaq sahəsinin mülkiyyətçisi X13 ilə ara larında olan razılaşmaya əsasən həmin torpaq sahəsini və X8 yaşadığı evi həyətyanı torpaq sahəsi ilə birlikdə 13000000 AZM məbləğində pula almışdır. Bu alqı-satqını həmin vaxt qəbul olunmuş ümumi qaydaya əsasən rəsmiləşdirmək üçün tərəflər, yəni hazırki iş üzrə İddiaçı və torpağın mülkiyyətçisi Yaqub Yaqubov ailə üzvləri ilə birlikdə yaşadıqları ərazi üzrə Quba rayonu Aşağı Xuc bələdiyyəsinə müraciət etmişlər. Həmin tarixdə Aşağı Xuc bələdiyyəsində 5 nəfər bələdiyyə üzvünün, o cümlədən bələdiyyə sədrinin, bələdiyyə sədrinin müavininin, bələdiyyə katibinin, bələdiyyənin mühasibinin və bir nəfər sıravi üzvünün iştirakı ilə akt tərtib edilərək təsdiq edilmişdir. Birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin iclaslarında tərəflərin verdikləri izahatlarla tam təsdiq edilmişdir ki, 22 ildən artıq bir müddətdir ki, İddiaçı mərhum Yaqub Yaqubovdan və onun ailə üzvlərindən aldığı torpaq sahəsinə və yaşayış evinə dair mülkiyyət hüquqlarını, öz mülkiyyəti kimi fasiləsiz, vicdanla və etirazsız şəkildə həyata keçirir. Cavabdeh tərəf qeyd olunan torpaq sahəsinin və evin İddiaçı satışından əldə etdikləri pula Bakı şəhərində mənzil alaraq həmin mənzildə yaşayırlar. Ötən 22 il dövr ərzində onların İddiaçı qarşı sözügedən torpaq sahəsi və yaşayış evinə dair heç bir tələbləri, iradları və etirazları olmamışdır.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mü lki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. Kassator apellya siya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin: 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. 43-cü maddəsinin 2-ci hissəsinə əsasən, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əmə l olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 56-cı maddəsinin 9-cu bəndinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnam ə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılm alıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğu n araşdırmalar aparılmış, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır.

32. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 43-cü maddəsinə istinad etmiş və hesab etmişdir ki, tərəflərin mübahisəli torpaq sahəsinin alqı-satqına dair razılaşdırılmanın olması sübut olunmur. Belə ki, iddiaçının sübut kimi təqdim etdiyi 04 aprel 2000-ci il tarixli aktdan və 24 aprel 2000-ci il tarixli ərizədən görünür ki, cavabdehlər və onların ailə başçıları olmuş məhrum X13 3,34 ha torpaq sahəsini İddiaçı Əlpənah oğluna daimi istifadə etmək üçün əvəzsiz olaraq vermi şlər. Halbuki, alqı-satqı müqaviləsinin anlayışına görə əmlakın alıcının mülkiyyətinə verilməsi müqabilində sonuncu satıcıya onun dəyərini (müəyyənləşdirilmiş pul məbləğini) ödəməlidir.

33. İddiaçı cavabdehlərə pul ödəməsini iddia etsə də, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında yalnız fərdi yaşayış evinə görə pulun verilməsi razılaşdırılmış və həmin əmlakla bağlı ayrıca notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlanmışdır.

34. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kolle giyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Odur ki, məhk əmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Əlpənah oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(105)-2155/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar