Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1240/2021 13.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qafarov Niyamədin Nurəddin oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borc və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 15 yanvar 2020-ci il tarixli, 300840-179764/2 nömrəli kredit müqaviləsi üzrə 894,76 manat məbləğində əsas borc, 192,70 manat məbləğində faiz borcu olmaqla, cəmi 1087,46 (bir min səksən yeddi manat, qırx altı qəpik) manat və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi, eyni zamanda tutmanın Bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına (N°179764\1) əsasən ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş 2 ədəd qızıl-zinət əşyası (583 əyarlı 1 ədəd qadın dəsti, 1 ədəd sırğa (qaş çıx 4.8 qr) yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli, 300840-179764/2 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi üçün 12 ay müddətinə, illik 28% dərəcəsi ilə 1100 (bir min bir yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, bankla Cavabdeh arasında 15 yanvar 2020-ci il tarixli, 300840-179764/2 nömrəli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh tərəfindən 2 ədəd qızıl zinət əşyası (583 əyarlı 1 ədəd qadın dəsti, 1 ədəd sırğa (qaş çıx 4.8 qr) 24 iyul 2019-cu il tarixli, 179764/1 nömrəli aktla banka saxlanca qəbul edilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 19 aprel 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 894.76 manat məbləğində əsas borc, 192.70 manat məbləğində faiz borcu olmaqla, cəmi 1087.46 (bir min səksən yeddi manat, qırx altı qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı-nin nümayəndəsi Ziya Kazımov məhkəməyə ərizə göndrərək, məhkəmə prosesinin İddiaçı-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Qafarov Niyamədin Nurəddin oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-185.4-cü maddələrinə əsasən hazırki mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 15.01.2020-ci il tarixli, 300840-179764/2 saylı Kredit müqaviləsindən, kassa məxaric orderindən, faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, İddiaçı tərəfindən 12 ay müddətinə illik 28% ödəmək şərti ilə Qafarov Niyamədin Nurəddin oğluna 1100 (bir min yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 15.01.2020-ci il tarixli, 300840-179764/2 saylı Girov Müqaviləsindən və həmin müqaviləyə girovun təkrar qiymətləndirilməsi aktından görünür ki, Qafarov Niyamədin Nurəddin oğlu kredit müqaviləsinin təminatı olaraq 462 manat dəyərində 583 əyarda 11 qram çəkidə 1 ədəd qadın dəsti və 1 ədəd sırğadan (qaş çıx 4.8 qr) ibarət qızıl-zinət əşyalarını İddiaçı-yə girov qoymuşdur. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, İddiaçı tərəfindən cavabdehə 5 gün müddətində banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan İddiaçı-nin Maliyyə arayışından görünür ki, Qafarov Niyaməddin Nurəddin oğlunun 19.04.2021-ci il tarixə İddiaçı-yə olan əsas borcu 894,76 manat, faiz borcu 192,7 manat olmaqla cəmi 1087,46 manat borcu mövcuddur. İş materiallarında olan 20.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlarla İddiaçı ilə Cavabdeh arasında 15 yanvar 2020-ci il tarixli, 300840-179764/2 saylı kredit müqaviləsinin bağlanması və bank tərəfindən Cavabdeh 12 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 1100 (bir min yüz) manat məbləğində kreditin verilməsi, 15 yanvar 2020-ci il tarixli, 300840-179764/2 saylı Girov Müqaviləsi ilə Cavabdeh kredit müqaviləsinin təminatı olaraq özünə məxsus 462 manat dəyərində 583 əyarda 2 ədəd 11 qram çəkidə, 1 ədəd qadın dəsti və 1 ədəd sırğadan (qaş çıx 4.8 qr) ibarət qızıl-zinət əşyalarını İddiaçı-yə girov qoyması, cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməyərək, iddiaçı təşkilata 894,76 manat əsas borc və 192,70 manat faiz borcu olmaqla ümumilikdə 1087,46 manat borcunun qalması və hazırki iddianın qaldırılması üçün İddiaçı-nin 30 manat dövlət rusumu ödəməsi müəyyən olunmuşdur. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı-nin xeyrinə 15 yanvar 2020-ci il tarixli, 300840-179764/2 kredit müqaviləsi üzrə 894,76 manat məbləğində əsas borc və 192,70 manat məbləğində faiz borcu olmaqla, cəmi 1087,46 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, tutma bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına (N°179764\1) əsasən ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş 2 ədəd 583 əyarlı, 1 ədəd qadın dəsti və 1 ədəd sırğadan (qaş çıx 4.8 qr) qızılzinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı-yə olan 894,76 manat əsas borc və 192,70 manat faiz borcu olmaqla cəmi 1087,46 manat borcu və 30 manat dövlət rüsumu ödənilməli, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi girov qoyan Cavabdeh verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; Cavabdeh İddiaçı-nin xeyrinə 15 yanvar 2020-ci il tarixli, 300840-179764/2 kredit müqaviləsi üzrə 894,76 manat məbləğində əsas borc və 192,70 manat məbləğində faiz borcu olmaqla, cəmi 1087,46 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun; tutma Bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus, saxlanca qəbul edilmə aktına (N°179764\1) əsasən ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş 2 ədəd 583 əyarlı, 1 ədəd qadın dəsti və 1 ədəd sırğadan (qaş çıx 4.8 qr) qızıl-zinət əşyalarına yönəldilsin; həmin əşyalar açıq hərracda satılsın və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı-yə olan 894,76 manat əsas borc və 192,70 manat faiz borcu olmaqla cəmi 1087,46 manat borcu və 30 manat dövlət rüsumu ödənilsin; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi girov qoyan Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1240/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1240/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver