Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1242/2024 23.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-2181/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq, birgə nikahlarından olan 11 iyun 2015-ci il təvəllüdlü X5 və 01 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində xidmət haqqı kimi ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 04 iyun 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikalarından 11 iyun 2015-ci il təvəllüdlü X5 və 01 avqust 2016-cı il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə münasibətlərinin pozulması səbəbindən o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 2(027)-2692/2017 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, 11 iyun 2015-ci il təvəllüdlü X5 və 01 avqust 2016-cı il təvəllüdlü X2 onun yanımda saxlanılmaları və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 31 oktyabr 2017-ci il tarixdən başlayaraq cavabdehin qazancının 1/3 hissəsi miqdarında və eyni zamanda hər ay hər uşağa görə 52 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh həmin qət edilmiş aliment məbləğini belə ödəməmişdir. Qət edilmiş aliment miqdarı ilə uşaqların saxlanılması çətin olduğu üçün o, alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-2181/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 2(027)-2692/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq hazırki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda qət edilmiş aliment miqdarı ilə uşaqlara baxmaq çətindir. Həmçinin qeyd etmişdir ki, qızı Selcan xəstədir. Ona hipertermiya uşaq serebral iflic, anemiya diaqnozu qoyulmuşdur. Hazırda qızı Selcan mütəmadi olaraq müayinə və müalicələr alır. Həmçinin uşaqları məktəblidir. Onların təhsillə bağlı xərcləri də vardır. O, bir ana kimi təkbaşına bu xərcləri qarşılamaqda çətinlik çəkir. Onun kimi övladlarına baxmaq cavabdehin də vəzifəsidir. O, ilkin olaraq cavabdehlə arasında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiyaya müraciət etmişdir. Lakin cavabdeh ilə aralarında heç bir razılığa gələ bilmədiyi üçün ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 07 mart 2024-cü il tarixli, MSQ-MT-027-2024-00091 nömrəli arayış verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Quba rayonu Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-2181/2019 saylı qətnaməsi ilə təyin edilmiş aliment üzrə də cavabdehin yığılmış borcları var. O, özü də heç bir yerdə işləmir, uşaqların maddi cəhətdən təmin edə bilmir. Bildirmişdir ki, uşaqlarından birində əqli gerilik qüsuru vardır. Onun müalicəsi üçün imkanı yoxdur. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, aliment borcu olmuş, maddi imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda işləmir. İddiaçının tələb etdiyi 600 manat sabit pul məbləğində alimenti ödəmək iqtidarında deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 558017 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X5 adlı övladları doğulmuşdur. İş materiallarında olan AZ-İİİ seriyalı 795657 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X4 adlı övladları doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-2181/2019 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Quba Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 2(027)- 2692/2017 nömrəli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq hər ay Cavabdeh hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 279095 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah xx.xx.2018-ci il tarixdə pozulmuş, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Neyrocərrahlıq xəstəxanasının 2505 nömrəli çıxarışından görünür ki, X3 posthemorragik tetraventrikulyar hidrosefaliya diaqnozu qoyulmuşdur. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-2181/2019 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün, Quba Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 2(027)-2692/2017 nömrəli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq hər ay Cavabdeh hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadıqlarıı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-2181/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay hər uşağa görə 220 (iki yüz) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Bununla yanaşı, Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən, həmçinin hər ay hər uşağa görə 300 manat olmaqla, ümumilikdə 600 manat tutularaq əlavə xərclərə görə ödənilməsi hissəsində tələb təmin edilməməldir. Çünki cavabdehin əlavə xərclərə cəlb edilməsi üçün zəruri vəsaitə malik olduğu təsdiq olunmalıdır. Lakin iddiaçı məkəmə baxışı zamanı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə m ünasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bununla yanaşı, iddiaçının ilkin mediasiya xidməti üçün ödədiyi 50 (əlli) manat pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11 iyun 2015-ci il təvəllüdlü X5 və 01 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-2181/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçının ilkin mediasiya xidməti üçün ödədiyi 50 (əlli) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1242/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1242/2024
23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver