Məhkəmə qərarları › İş №2(027)-1249/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1249/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1249/2025 03.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 nisyə satılmış qızıl-ziynət əşyalarının dəyərinin ödənilməmiş qalan 2790 manat məbləğində borcun qaytarılması və ödənilmiş 48 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun cavabdehlə ailəvi dostluğu övladları vasitə ilə baş vermişdir. Belə ki, hər ikisi övladları bir yerdə Siyəzən şəhəri 3 nömrəli tam orta məktəbində oxuyurlar və bu səbədəb aralarında rəfıqəlik münasibətləri, o,cümlədən onda ona qarşı etibar yaranmışdır. Cavabdeh elə bu etibardan sui-istifadə edərək ondan 4000 manat dəyərində dəyərini hissə-hissə ödəmək şərti ilə nisyə aldığı qızıl-ziynət əşyalarının ödənilməmiş qalan 2790 manat məbləğini qaytarmaqdan imtina edir. Cavabdehə qarşı tələbin faktiki halları əsasən aşağıdaklardan ibarətdir. Belə ki, onların ailəsi çox uşaqlı ailədən, 4 azyaşlı uşaqdan ibarətdir, çox çətin maddi şəraitdə yaşayırlar. Həyat yoldaşı "xxxx" MMC-də minumum əmək haqqı müqabilində fəhlə işləyir, o, isə işsizdir. Yay mövsümündə meyvə bağlarında günə muzd əmək haqqı ilə işləyir. Elə bu şəbədən 4 azyaşlı uşağı saxlamaq üçün qanunla qadağan olunmayan hər bir işlə məşğul olmuş və ona xoş münasibəti olanlar bu vəziyyətini görüb ona hər hansı vasitə ilə köməklik etmək istəyirdilər. Bu vasitələrdən biri də ona hərdən qızl-ziynət əşyalarının satılması təklifi idi ki, bu satışdan azda olsa gəlir əldə etmişdir. Hərdən bu işlə məşqul olduğunu eşidən cavabdeh, ona da, olanda qızılziynət əşyalarını satmasını təklif etmişdir və onun ona etibarı olduğu üçün ona da sərfəli idi ki, qızılları ona satmışdır. Çünki ona görə böyük məbləğdə qızıl əşyalarının tanımadığı şəxsə verilməsi təhlükəli idi. Beləliklə cavabdehə qızıl-ziynət əşyalarını, birinci dəfə 2023-cü ilin yanvar ayında, dəyəri 2000 manat, çəkisi-20 qram.əyarı-583 (Rusiya istehsalı) 1 ədəd qızıl-zəncir (boyunbağı) dəyərinin hər ay 300 manat olmaqla hissə-hissə ödəməklə nisyə satmışdır. Növəti ay, yəni ödəniş vaxtı cavabdeh razılaşdıqları kimi 300 manat məbləği ödəmiş, cavabdehin aralarında bağlanmış şərtə əməl etdiyini görüb, bir aydan sonra cavabdehə,digər qızılları, dəyəri 1000 manat, çəkisi-10 qram.əyarı-583 (Rusiya istehsalı) 1 ədəd qızıl- kişi üzüyü, Eyni vaxtda, dəyəri 1000 manat çəkisi- 7.0 qram (bürülyant qaşlı), əyarı-583 (Rusiya istehsalı) 1 ədəd qızıl-zənc (boyunbağı) cəmi 4000 manat dəyərində qızıl-ziynət əşyaları satılmışdır. Lakin cavabdeh 4000 manat dəyərində əşyaların dəyərini hər ay 300 manat olmaqla ödənilməsini üzərinə götürdüyü öhdəliyi icra etməyərək, bu məbləğdən 920 manat, dəfələrlə tələb edildikdən sonra 2024-cü ilin iyun ayında 290 manat, beləliklə cəmi 1210 manat ödəmiş və ödənilməmiş yerdə qalan 2790 manat məbləğ vədələşdiyi vaxtda və məbləğdə borcu qaytarmaqdan imtina etmişdir. Bundan sonra cavabdehə dəfələrlə borcun ödənməsi xatırlanmış, lakin sonuncu borcu ödəməkdən imtina edərək, hətta onun ona qarşı məhkəmədə iddia qaldırmaq kimi niyyətinə ciddi yanaşmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı məhkəməyə ərizə müraciət edərək, cavabdeh X1 nisyə satılmış qızıl-ziynət əşyalarının dəyərinin ödənilməmiş qalan 2280 manat məbləğində borcun qaytarılması və ödənilmiş 48 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh onun da aldadıldığını, lakin bunda iddiaçının təqsirinin olmadığını, iddia tələbini qəbul edərək, təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alğı-satqı barədə razılıq əldə olunmuş, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflər müqavilənin predmeti qismində mallar cavabdehə təhvil verilmiş, cavabdeh isə həmin malın dəyərini şərtləşdirilmiş müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçı qarşısında öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, 2280 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia etiraf edildiyindən və bu məhkəmə tərəfindən təsdiq edildiyindən məhkəmə iddiaçının irəli sürdüyü 2280 manat borcun tutulmasına dair iddianın təmin olunması qənaətinə gəlir. İddiaçı həmçinin iddia tələbi ilə bağlı ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, iddia tələbi ilə bağlı 48 (qırx səkkiz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2280 (iki min iki yüz səksən) manat borc və ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar