Məhkəmə qərarları › İş №2(027)-1250/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1250/2020

29.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1250/2020 29.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 mənzil 9 ünvanında yerləşən ümumi sahəsi 63,9 kv.m olan mənzilinin tavanına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən vurulmuş ziyanın ödənilməsi ziyanın baş verməsinə səbəb olan halın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aradan qaldırılması yəni Cavabdeh1 məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 2 mənzil 12 ünvanında yerləşən hamam və sanitar qovşağın döşəməsi və döşəməaltı borularının mənin iştirakı ilə cavabdehlər tərəfindən təmir edilməsi, cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş 20000 (iyirmi min manat) manat məbləğində mənəvi ziyanın, ödənilmiş 30 manat məbləğində dövlət rüsumun, hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2. mənzil 9 ünvanında yerləşən ümumi sahəsi 63,9 kv.m an mənzil Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən erilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ona məxsusdur. O, həmin mənzildə qızı ilə birgə yaşayır. Yaşadığı mənzil 2 mərtəbəli binalardır. Bir neçə il bundan qabaq mənzilin hamamının damının islandığını görmüş, bunun təsadüf olduğunu düşünmüşdür. Lakin get- gedə su ilə islanan sahə daha da böyümüşdür. Bunun nədən olduğunu öyrənmək üçün evə usta çağırmışdır. Ustanın bildirdiyinə görə hamamın damının islanmasının və getdiksə bu sahənin böyüməsinin səbəbi üst mərtəbədə hamamının və digər sanitar qovşağının döşməsinin və ya döşəmənin altındakı suvaqaltı borularının sıradan çıxmasıdır. Bu barədə qonşusu ünvan 1 mənzil 12 ünvanında yaşayan Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 bildirmişdir. İlk vaxtlar hamamı və digər sanitar qovşaqlarını təmir edəcəklərini bildirdilər. Hətta bunun üçün usta çağırdıqlarını bildirdilər. Lakin get-getə damda islanan sahənin daha da böyüdüyünü və çatların əmələ gəldiyi görmüşdür. Bir gün evdə olarkən hamamdan gurultu səs gəldiyini, sanki binanın uçurulmasını hiss etmişdir. Təcili olaraq hamama getdikdən hamamda damın üst hissəsinin armaturlara kimi qopub yerə düşdüyünü görmüşdür. Əgər həmin vaxt o, və ya qızı həmin ərazidə olsaydıq yəqin ki, uçqun nəticəsində cəsarət ala və ya ölər bilərdilər. Bundan sonra o, yenidən qonşusuna bu barədə bildirsələr də, bunun heç bir nəticəsi olmamışdır. Hətta qonşusuna icazə versə mənzilinə su gəlməməsi üçün oranı o, edəcəyini bildirmişdir. Lakin qonşusuna ona əhəmiyyət verməmiş, dediklərini isə qulaq ardına vurmuşdur. Mənzilində günlər keçdikcə islanan sahənin da böyüməsini, islanan sahənin ayaqyolu və dəhlizə kimi uzandığını görmüşdür. İstənilən vaxt ayaqyolunda və dəhlizdə çökmə baş verə bilər. Baş verənlər barədə Quba Mənzil İstismar sahəsinə müraciət etmişdir. Quba Mənzil İstismar sahəsinin əməkdaşları tərtib etdikləri aktda da bu faktı təsdiq etmişlər. Onun 72 yaşı var. Evdə qızı ilə birlikdə yaşayır. Faktiki olaraq cavabdehlərin hərəkətlərindən onlar evdə yaşanılmaz vəziyyətə gəlmişlər. Cavabdehlər hamam və digər sanitar qovşaqlarının döşəməaltı borularını keyfiyyətli təmir etsəydilər bu vəziyyətə gəlib çıxmazdılar. Cavabdehlər qonşuları Quba rayonu Susayqışlaq kənd orta məktəbində müəllim kimi işləmələrinə baxmayaraq, birgə yaşayış qaydalarına əməl etmirlər. Onun mənzilinə dəymiş ziyan cavabdehlərin hərəkətləri və ya hərəkətsizlik nəticəsində baş verdiyi üçün onlar tərəfindən ödənilməli, bundan başqa Cavabdeh1 məxsus mənzil yenidən ona məxsus mənzilə ziyan dəyməməsi üçün onun iştirakı ilə cavabdehlər tərəfindən hamam və digər sanitar qovşağın döşəməsi və döşəmənin suvaqaltı boruları təmir edilməlidir. Təmirdə onun iştirakı ona görə vacibdir ki, cavabdeh bundan əvvəl mənə boruları təmir etdiyini bildirmiş, hətta bildirdiyinə görə usta çağırmışdır. Lakin, göründüyü kimi təmir etməmişdir.Yenə də, boruları təmir etməz, onun mənzilinə yenidən ziyan dəyər və faktiki olaraq məhkəməyə verdiyini iddianın heç bir nəticəsi olmaz. Bundan başqa, o, iki ildir ki, cavabdehlərin bu əməlləri nəticəsində evin tavanın daia başına uçacağı qorxusu ilə və streslə yaşayır. Yuxarıda qeyd etdityi kimi 72 yaşı var və qızı ilə yaşayır. Cavabdehlərin bu əməlləri nəticəsində artıq əsəb xəstəsi olmuşdur. Bu qoca vaxtında idarələrin yoluna düşmüşdür. Cavabdehlərin bu əməlləri nəticəsində onun əsəbləri pozulduğu üçün cavabdehlər ona mənəvi ziyan vurmuşlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, digər cavabdeh onun arvadıdır və mənzil arvadının mülkiyyətindədir. Həmin evi 2016-cı ildə almışlar. Evinin hamam və sanitar qovşağını təmir etdirmişdir. Onun mənzilində heç bir sızıntı yoxdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmiş və mülki işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün ghesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Quba Mənzil İstismar Sahəsinin əməkdaşları tərəfindən evə baxış keçirilən zaman evə məxsus sanitar qovşağının qavanının yarı hissəsi bərbad vəziyyətdə qalaraq yerə çökməsi, qalan hissəsinin də yerə çökmək üzrə olması və bu prosesin dəhlizə qədər yol açması müəyyən edilmişdir. Bunlara səbəb isə həmin mənzilin üst mərtəbəsində yaşayan Cavabdeh2 məxsus olan 12 nömrəli mənzilin sanitar qovşağının döşəməsi və döşəmənin suvaqaltı boruları sıradan çıxmış çirkab sular alt qata vermişdir. İş materiallarında olan RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 5 mənzil 9 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 5 mənzil 12 ünvanında yerləşən mənzil Cavabdeh1 mülkiyyətindədir. İş materillarında olan Hüquqi yardım göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 300 manat məbləğində hüquqi yardım almışdır. İş materillarında olan Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 129 saylı binanın 9 saylı mənzilində susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməl təmirbərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 92 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1111.1-1111.2-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehlərin qanunsuz hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran cavabdehlərin təqsirli olması öz təsdiqni tapmışdır. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hərəkətsizliyi nəticəsində İddiaçı mənzilinə keçirilmiş Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd edildiyi kimi 92 manatməbləğində zərər dəymişdir. Ona görə də, cavabdehlərdən müştərək qaydada 92 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, işin faktiki hallarından görünür ki, iddiaçının mənəvi sarsıntı keçirməsi, stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etsə də, bununla bağlı məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. Ona görə də, iddiaçının iddiası mənəvi zərər tələb hissəsində təmin edilə bilməz. Belə ki, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X2 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X2 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd edilən Qərarın 8ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tərəflər arasında bölünməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 50%-i iddiaçıya, 50%-i cavabdehlərə aid edilməli, cavabdehlərdən müştərək qaydada 15 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, iddiaçının hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat məbləğinə pulun 50%-i cavabdehlərə aid edilməli, cavabdehlərdən müştərək qaydada 150 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Ekspertiza xərci olaraq 50 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1iddiaçının mülkiyyətində olan mənzilinə susızma zamanı vurulmuş zərərin əvəzi kimi 92 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 50%-i iddiaçıya, 50%-i cavabdehə aid edilsin. Cavabdehlərdən müştərək qaydada 15 manat məbləğində pul alınaraq, iddiaçıya verilsin. İddiaçının hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat məbləğinə pulun 50%-i cavabdehlərə aid edilsin. Cavabdehlərdən müştərək qaydada 150 manat məbləğində pul alınaraq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olaraq 50 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Kodu: 210005, VÖEN **********,MH:AZ41NABZ********************,SFİFT:CTREAZ22,Hesab:AZ34CTRE******************* *) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar