Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1251/2021 20.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Sultanağa qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sultanağa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 828 (səkkiz yüz iyirmi səkkiz) manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər onun həmkəndliləridir və daima yaxşı münasibətləri olmuşdur. 2020-ci ilin ortalarında cavabdehlərin 1000 manat məbləğində pula ehtiyacları olmuşdur. Oda yaxın münasibətləri olduğu üçün cavabdehlərə 828 manat məbləğində borc pul vermişdir. Borc pulu verən zaman cavabdehlərində iştirakı ilə iltizam hazırlanmış və onlar tərəfindən imzalanmışdır. Cavabdehlərlə aralarında olan şifahi razılığa görə onlar pulu 3-4 ay müddətində ona qaytarmalı idilər. Müddət bitdikdən sonra, cavabdehlərdən pulunu istədikdə onlar müxtəlif bəhanələr gətirərək, pulu ödəməkdən boyun qaçırmışlar. Ona görə də, həmin pulun alınıb verilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdeh X1 iddianı qəbul etməyərək, iddiaçıya hər-hansı borcunun olmadığını və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, İddiaçı Sultanağa qızı və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan yazılı iltizamdan görünür ki, Cavabdeh1 və İsayeva X4 Gülnar Sultanağa qızından 828 manat məbləğində pul almış və iltizama imza etmişlər. İş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə-xətşünaslıq ekspertizasının 4/937 saylı, 05.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, mülki işin 6-cı vərəqində olan iltizamın aşağı hissəsində “Cavabdeh1” yazılarının qarşısında olan imza – X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki işin 6-cı vərəqində olan iltizamın aşağı hissəsində “Cavabdeh2” yazılarının qarşısında olan imza – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarından görünür ki, məhkəmə zamanı keçirilmiş ekspertiza xərci 124 manat təşkil edir. Belə ki, sübuetmə yükü baxımından İddiaçı Sultanağa qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona 828 manat məbləğində borclu olmasını sübut etməlidir. İddiaçı cavabdehlərin ona 828 manat məbləğində pul borclu olmasının sübutu kimi yazılı iltizam məhkəməyə təqdim etsə də, Məhkəmə-xətşünaslıq ekspertizasının 4/937 saylı, 05.08.2021-ci il tarixli ekspert rəyi ilə, mülki işin 6-cı vərəqində olan iltizamın aşağı hissəsində “Cavabdeh1” yazılarının qarşısında olan imza – X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmadığı və mülki işin 6-cı vərəqində olan iltizamın aşağı hissəsində “Cavabdeh2” yazılarının qarşısında olan imza – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmadığı müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya 828 manat məbləğində pul borclu olmaları öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtlərindən görünür ki, iddiaçı ilk növbədə cavabdehlərin ona 828 manat pul borclu olmasını sübut etməlidir. Lakin məhkəmə iclasında cavabdehlərin iddiaçıya 828 manat pul borclu olmasını təsdiq edən sübut təqdim edilmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Həmçinin iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat İddiaçı Sultanağa qızından tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sultanağa qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat İddiaçı Sultanağa qızından tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1251/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1251/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver