Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1254/2024 08.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi X10 iştirakı ilə, Ərizəçi X16 Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb olunmaqla şəxsin itkin düşmüş hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X16 ərizə ilə müraciət edərək, Quba rayonu Talabıqışlaq kənd sakini X2 itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X3 təxminən 2003-cü ildə yaşadığı Quba rayonu Talabıqışlaq kəndində yerləşən evindən çıxaraq işləmək məqsədilə Rusiya Federasiyasının İvanov şəhərinə getmişdir. Həmin vaxtdan sonra ondan ölüsündən, dirisindən heç bir xəbər almamışdır. Bununla bağlı oğlu X6 xx.xx.2022-ci il tarixdə atasının uzun müddətdir itkin düşməsi ilə bağlı Quba rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Qeyd olunan ərizəyə əsasən Quba rayon Polis Şöbəsi tərəfindən X3 barəsində xx.xx.2022-ci il tarixli 560147 saylı axtarış işi açılmışdır. Hələki heç bir nəticə yoxdur. Daşınmaz əmlakla bağlı sənədləşmə işlərinin aparılması üçün yoldaşının itkin düşmə faktının təsdiqi lazımdır. Ona görə də, qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi X16 ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs1 nümayəndəsi X20 məhkəmə iclasnda izahatında bildirmişdir ki, ərizədə göstərilən məsələnin həlli ilə bağlı etirazları yoxdur. Ərizənin təmin olunmasını qanunvericiliyin tələbinə əsasən məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, Hüseynov Əhmədağa qardaşıdır, 2003-cü ildən Rusiyaya işləməyə gedib, ondan sonra ondan xəbər yoxdur. 7-8 il əvvəl oğlu da əmisinin axtarışını aparıb, amma bu günə kimi də xəbər yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, Əhmədağa Hüseynov onun həmkəndlisi, həm də qonşusu olub. 20 ildən artıqdır ki, Rusiyaya gedib qayıtmayıb, ailəsilə kənddə hal-hazırda da qonşudur. Ondan xəbər gəlməyəndən sonra ailəsi onu çox araşdırmış, tapılması üçün çox işlər görmüş, amma nəticəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində bildirmişdir ki, X12 əri olub. Onların 3 qız, 3 oğlan övladı olub, onlardan ikisi vəfat edib. Kənddə qapı qonşudurlar. Axırıncı dəfə Əhmədağanı Rusiyada görüb, sonradan eşitdiyinə görə sağlamlığı çox pis olub və tutulub. Ondan sonra daha onu görə bilməmiş və xəbər də almamışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon PŞ-nin X5 ünvanlanmış, xx.xx.2022-ci il tarixli məlumatına əsasən, xx.xx.1951-ci il təvəllüdlü yaxın qohumları ilə əlaqələri itirmiş şəxs X2 axtarılmasına dair xx.xx.2022-ci il tarixli 560147 nömrəli iş açılmış və şəxsin tapılması üçün axtarış tədbirləri davam etdirildiyi qeyd olunmuşdur. İş materiallarında olan AZ-İ 250516 seriyalı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.1951-ci ildə doğulmuşdur. İş materiallarında olan A3 233672 seriyalı “Evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 ilə X18 arasında xx.xx.1972-ci il tarixdə Quba rayonu talabı kən sovetliyində nikah bağlanmış, akt qeydləri kitabında 07 nömrə ilə qeydiyyata alınmışdır. Nikahdan sonra qadına “Hüseynova” soyadı verilmişdir. İş materiallarına əlavə olunan Quba rayon ƏSMM-nin 019644 və 019643 nömrəli vəsiqələrin surətlərindən məlum olur ki, X3 və X16 şəhid ailəsi olmaqla, şəhid ailələri üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmək hüququ əldə etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Qeyd edilən Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Məhkəmə araşdırması mötəbər sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.1951-ci il təvəllüdlü X2 olduğu yer məlum deyildir və uzun müddətdir ki, yaşayış yerində görünməmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli və xx.xx.1951-ci il təvəllüdlü X3 2003-cü ildən itkin düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9-cu maddəsinin 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd edilən Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1951-ci il təvəllüdlü X3 2003-cü ildən itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1254/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1254/2024
08.08.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver