Məhkəmə qərarları › İş №2(027)-1255/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1255/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1255/2021 18.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 4000 (dörd min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsalandırmışdır ki, Aysənəm və Cavabdeh2lərlə həmkəndlidir. 2020-d ilin ortalarında onlar ona yaxınlaşıb xəstələri olduğunu, təcili olaraq 4000 manat pul lazım olduğunu bildiriblər, o da dar günü üçün topladığı 4000 manat pulu onlara borc verib və onların iştirakı ilə iltizam yazıb imza ediblər. Cavabdehlərlə olan şifahi razılığ əsasında onlar pulu 3-4 ay müddətində ona qaytarmalı idilər, müddət qurtardıqdan sonra onlardan verdiyi pulu tələb etdikdə onlar müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina ediblər, son nəticədə çarəsiz qalıb məhkəməyə müraciət etməli olub. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 4000 (dörd min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsylərinin səbəbləri haqqında məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 oğlu arasında əlyazma ilə tərtib edilmiş qəbzdən görünür ki, Quba rayonu, İspik kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 oğlu İddiaçı 4000 (dörd min) manat borc pulu alıb və qəbzi imzalarıyla təsdiq olunub. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu iddia tələbi lə bağlı Azərbaycan Respublikası MPM-nin 154-cü maddəsinin tələbinə əsasən etiraz ərizəsilə məhkəməyə müraciət edərək, bildirmişdilər ki, onlar İddiaçı onlara pul lazım olması barədə müraciət ediblər, İddiaçı 4000 manat pulu verəcəyi barədə verib, lakin pulu almamışlar. X5 vasitəsi ilə iddiaçıdan 1000 manat bir və 1300 manat məbləğdə pul götürüb. Pul qaytarıldıqdan sonra Tural onların iştirakı olmadan birneçə dəfə yenə pul götürüb. İddiaçı onlara iltizam yazdırıb, imza etdirsə də, dediyi məbləği onlara verməmişdir. Onlara qarşı qaldırılan iddia tələbi əsassızdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı onlara qarşı “pul tələbinə” dair iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdilər. İş materiallarında olan Quba rayonu İspik İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş06.05.2021-ci il tarixli, 84 nömrəli arayışdan və AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, İspik kənd sakini olub, hal-hazırda həmin kənddə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iclasında müəyyən edildi ki, X1 rayonu, İspik kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 oğluna 4000 (dörd min) manat borc pul verib və öz aralarında bu barədə qəbz yazıb, imzalarıyla təsdiq edilib. Cavabdehlər məhkəməyə ünvanladıqları etiraz ərizəsində istinad etdikləri hallar barədə sübutları məhkəməyə təqdim etməmişlər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan, müştərək qaydada, 4000 (dörd min) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan, müştərək qaydada, 4000 (dörd min) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar