Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1258/2021 16.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Manqallı Fastfood ( Köhnə Praqa ) restoranına qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı qiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 1570 (bir min beş yüz tetmiş) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və hüquqi yardımın göstərilməsinə görə 50 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdeh2 ilə 20 dekabr 2016-cı il tarixdə aralarında rəsmi nikah bağlatdıraraq ailə qurub. Birgə nikahdan 03 oktyabr 2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdeh X4 ailəli olarkən onu məcbur “xxxx” MMC-yə apararaq buradan öz adına kondisioner almağı tələb etmişdir. Burada “xxxx” MMC- ilə onun arasında 22.06.2018-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi imzalayıb və dəyəri 1540 AZN məbləğində kondisioner alınmışdır. O, həmin kondisioneri almaq istəməsə də Cavabdeh2 onu buna məcbur etmişdir. Cavabdeh kondisionerin pulunu özü ödəyəcəyini bildirmişdir. Bundan sonra aralarında olan münasibətlər daha da pisləşmiş, Quba Rayon Məhkəməsinin 11 fevral 2021-ci il traixli 2(027)- 529/2021 saylı qətnaməsi ilə aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş 03 oktyabr 2017-ci i təvəllüdlü X3 onun yanımda saxlanılması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Cavabdehlə faktiki ailə münasibətləri pozulduğu üçün azyaşlı övladı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Bu yaxınlarda “xxxx” MMC ona qarşı borcun qaytarılınası tələbi ilə məhkəməyə müraciət elmişdir. Quba Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli. 2(027)-876/2021 saylı qətnaməsi ilə Melikova (Sultanzadə) Xəyalə Şahin qızından “xxxx” MMCnin xeyrinə 22.06.2018-ci il traixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1540 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1570 manat pulun tutulması qət edilmişdir. Cavabdeh pulu ödəyəcəyini bildirsə də aralarında bağlanmış nikah pozulduğu üçün Cavabdeh2 qərəzli surətdə ödəmələri etməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh2 1570 (bir min beş yüz tetmiş) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və hüquqi yardımın göstərilməsinə görə 50 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər, Cavabdeh2, Cavabdeh1 və Manqallı Fastfood (Köhnə Praqa) restoranı lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəməyə gəlməmiş və bu barədə heç bir üzrlü səbəb məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Manqallı Fastfood (Köhnə Praqa) restoranının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Мəhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(027)- 876/2021 saylı qətnaməsindən görünür ki, Melikova (Sultanzadə) Xəyalə Şahin qızından “xxxx” MMC-nin xeyrinə 22.06.2018-ci il traixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1540 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1570 manat pulun tutulması qət edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 11 fevral 2021-ci il traixli 2(027)-529/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 ilə Melikova (Sultanzadə) Xəyalə Şahin qızı arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş 03 oktyabr 2017-ci i təvəllüdlü X1 (Sultanzadə) Xəyalə Şahin qızının yanında saxlanılması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat məbləğində alimentin cavabdehdən alınaraq Melikova (Sultanzadə) Xəyalə Şahin qızına verilməsi qət edilmişdir. İş materiallarında olan 22.06.2018-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə ilə Melikova (Sultanzadə) Xəyalə Şahin qızı “xxxx” MMC-dən dəyəri 1540 AZN məbləğində kondisioner almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qösurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmədə müəyyən edildi ki, Melikova (Sultanzadə) Xəyalə Şahin qızı ilə Cavabdeh2 birgə nikah vaxtı Melikova (Sultanzadə) Xəyalə Şahin qızının adına 22.06.2018-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi ilə “xxxx” MMC-dən dəyəri 1540 manat məbləğində kondisioner alınıb. Quba Rayon Məhkəməsinin 11 fevral 2021-ci il traixli 2(027)-529/2021 saylı qətnaməsi ilə onların arasında olan nikah qeydinin pozulması qət edilib. İddiaçının verdiyi izahatından görünür ki, həmin kondisioneri sonradan Melikov X2 Fastfood ( Köhnə Praqa) restoranında çalışan Cavabdeh1 satıb. Buna baxmayaraq cavabdehlərə məhkəmə tərəfindən qanunamüvafiq qaydada məlumat verilsədə, onlar iş üzrə heç bir irad bildirməmiş, məhkəməyə sübut təqdim etməmişdilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə belə qənaetə gəlir ki, cavabeh Cavabdeh2 1570 (min beş yüz yetmiş) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh2 1570 (min beş yüz yetmiş) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1258/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1258/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver