Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1258/2022 08.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh ASC-nin 1 nömrəli Regional Sukanal İdarəsi və Cavabdehnə qarşı “mülki hüquq pozuntusu (delikt) nəticəsində vətəndaşa vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh ASC-nin 1 nömrəli Regional Sukanal İdarəsi və Cavabdehnə qarşı “mülki hüquq pozuntusu (delikt) nəticəsində vətəndaşa vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə iddia ərizəsindən göründüyü kimi, cavabdeh kimi qoyulan Cavabdeh ASCnin 1 nömrəli Regional Sukanal İdarəsi və Cavabdeh hüquqi şəxs Cavabdeh ASC-nin törəmə müəssisələridir. Məhkəmə hesab edir ki, belə olduğu halda iddia tələbi Cavabdeh ASC-nin hüquqi ünvanı üzrə (Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67) məhkəmədə baxılmalıdır. Bundan savayı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı şəxs istehlakçı olduğu üçün və ünvan 2 ünvanında yaşadığı üçün öz yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ da vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, qeyd edilənləri nəzərə alıb məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh ASC-nin 1 nömrəli Regional Sukanal İdarəsi və Cavabdehnə qarşı “mülki hüquq pozuntusu (delikt) nəticəsində vətəndaşa vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə belə hesab edir ki, İddiaçı izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan müvafiq iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh ASC-nin 1 nömrəli Regional Sukanal İdarəsi və Cavabdehnə qarşı “mülki hüquq pozuntusu (delikt) nəticəsində vətəndaşa vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1258/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1258/2022
08.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver