Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1259/2021 16.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddaçı İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ** EU *** dövlət nömrə nişanlı, MİTSUBİSHİ PAJERO MİNİK markalı minik avtomobilinin təmir xərcləri üçün lazım olan 6000 (altı min) manat, ekspertizanın keçirilməsinə və ekspert rəyinin hazırlanmasına tərəfindən ödənilmiş 50 manat vəsait və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınıb (ümumilikdə 6080 manat) ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AR DİN BDYP Xaçmaz RQİ TBŞ idarəsinin verdiyi 177350 nömrəli, 23.03.2018-ci il tarixli texniki pasporta əsasən ** EU *** dövlət nömrə nişanlı, MİTSUBİSHİ PAJERO MİNİK markalı avtomaşını 31.08.2020-ci il tarixdə verilmiş ƏN-V N2 340905 saylı etibarnamə ilə idarə etmişdir. 10.04.2021-ci ildə təxminən saat 22:00 radələrində Quba rayonu, Heydər Əliyev prospektində Alekseyevka kəndi istiqamətində idarə etdiyi avtomaşınla hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan ** BR *** dövlət nömrə nişanlı, VAZ 2107 markalı avtomaşınla yol-nəqliyyat hadisəsi baş vermişdir. İdarə etdiyi avtomobilin sürəti təxminən 70 km/saat olmaqla yolun sol, yəni 3-cü zolağında hərəkətdə olmuşdur. Qeyd olunan yol həm düzünə hərəkət, həm də sola dönmək üçün yolayrıcı olan yoldur. Yol-nəqliyyat hadisəsi baş verən zaman VAZ 2107 markalı avtomaşını idarə edən Cavabdeh 3 zolaqlı yolun hərəkətdə olduğu 1-ci zolağından, yəni sağ zolağından qəflətən, xəbərdaredici işıqları yandırmadan və sol tərəfdəki maneəni gözləmədən sola - 3-cü zolağa keçməyə, oradan da yolayrıcından dönməyə cəhd etmiş, nəticədə idarə etdiyi avtomaşını yan hissədən vurmuşdur. Zərbənin təsiri nəticəsində idarəetməni itirdiyindən avtomaşın yoldan çıxaraq yolun ortasında yerləşən təxminən 20 metr məsafədə işıq dirəyinə çırpılmış və əks yola çıxmışdır. Prospektin sağ və orta zolağındakı yol yalnız düzünə hərəkət üçün nəzərdə tutulmuşdur. Cavabdeh avtomaşını ilə qəza törətdikdən sonra düzünə hərəkət üzrə hərəkətini davam etdirərək hadisə yerindən yayınmışdır. Qeyd olunan qəza hadisəsi Quba rayonu, Heydər Əliyev prospektində quraşdırılmış təhlükəsizlik kameraları vasitəsilə qeydə alınmış və inzibati xətanın mövcudluğunu təsdiq etmişdir. Cavabdeh inzibati tənbeh edilməsinə dair İXP ******* nömrəli, 01.05.2021-ci il tarixli İnzibatı xəta haqqında protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Quba RPŞnin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Cəlal Hacıyev tərəfindən verilmiş 01 may 2021-ci il tarixli Qərarında tanınmışdır. “xxxx” MMC tərəfindən 13.04.2021-ci il tarixdə verilmiş 1792 nömrəli ziyan aktına əsasən, idarə etdiyi ** EU *** dövlət nömrə nişanlı, MİTSUBİSHİ PAJERO MİNİK markalı avtomaşın yol-nəqliyyat hadisəsi nəticəsində qiymətinin 100% miqdarında əmtəəlik görünüşünü itirmişdir, bu da ekspertin rəyinə əsasən 6000 manat təşkil edir. Cavabdehin avtomobilinin icbari sığortasının olmaması səbəbindən vurulmuş maddi ziyanla əlaqədar cavabdeh tərəfindən hər hansı ödəniş imkanının olmaması bildirilmişdir. Artıq cavabdehin niyyəti ona bəlli olduğundan, yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04.13.2021-ci il tarixli ziyan aktından görünür ki, ** EU *** dövlət nömrə nişanlı, MİTSUBİSHİ PAJERO MİNİK markalı avtomobilinə yolnəqliyyat hadisəsi zamanı ümumilikdə 6000 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. İş materillarından görünür ki, “** EU *** dövlət nömrə nişanlı, MİTSUBİSHİ PAJERO MİNİK markalı avtomobil etibarnamə əsasında iddiaçı idarə edir. İş materiallarında olan 02.06.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ** EU *** dövlət nömrə nişanlı, MİTSUBİSHİ PAJERO MİNİK markalı avtomobilinin qiymətləndirilməsinə görə 50 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan İnzibati Xəta haqqında İXP ******* saylı protokolun surətindən gğrünür ki, Cavabdeh İXM-nin 327.6, 342.2.3 və 332.4-cü maddələrində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-405/2021 saylı, 06.05.2021-ci il tarixli qərarı ilə, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 342.2.3 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 332.4-cü maddədə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran Cavabdeh təqsirli olması sübuta yetirilmişdir. Bundan başqa, iş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı ** EU *** dövlət nömrə nişanlı, MİTSUBİSHİ PAJERO MİNİK markalı avtomobilinin qiymətləndirilməsinə görə 50 manat məbləğində pul ödəmişdir. Məhkəmə qeyd edilənərə əsasən hesab edir ki, Cavabdeh İddiaçı sahibliyində olan ** EU *** dövlət nömrə nişanlı, MİTSUBİSHİ PAJERO MİNİK markalı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 6000 manat məbləğində və “** EU *** dövlət nömrə nişanlı, MİTSUBİSHİ PAJERO MİNİK markalı avtomobilinin qiymətləndirilməsinə görə ödənilmiş 50 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı sahibliyində olan ** EU *** dövlət nömrə nişanlı, MİTSUBİSHİ PAJERO MİNİK markalı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 6000 manat məbləğində və ** EU *** dövlət nömrə nişanlı, MİTSUBİSHİ PAJERO MİNİK markalı avtomobilinin qiymətləndirilməsinə görə ödənilmiş 50 manat məbləğində pul alınaraq iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1259/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1259/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver