Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1261/2021 05.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03.04.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 69 (altmış doqquz) manat məbləğində ödənilməmiş hissə, 6 (altı) manat məbləğində cərimə, 17.09.2019-cu il il tarixli müqavilə üzrə əsas borca görə 80 (səksən) manat mələğində ödənilməmiş hissə, 8 (səkkiz) manat məbləğində cərimə, 12.10.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 588 (beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə olmaqla, ümumilikdə 809 (səkkiz yüz doqquz) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı-nin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.04.2019-cu il tarixli müqavilə əsasında sonuncu ilkin ödənişsiz 11 ay müddətinə hər ay 69 (altmış doqquz) manat ödəmək şərtilə 759 (yeddi yüz əlli doqquz) manat dəyərində “Hascevher” markalı tava və qazan, “Mehtap” markalı tava, “Tutku” markalı qazan, “Philips” markalı epilyator, “BABYLİSS” markalı epilyator, 17.09.2019-cu il tarixli müqavilə əsasında 2 (iki) manat ilkin ödəniş etməklə 09 ay müddətinə hər ay 16 (on altı) manat ödəmək şərtilə 146 (bir yüz qırx altı) manat dəyərində “Xiaomi” markalı qulaqlıq, 12.10.2019-cu il tarixli müqavilə üzrə ilkin ödənişsiz 15 ay müddətinə hər ay 49 (qırx doqquz) manat ödəmək şərtilə 146 (bir yüz qırx altı) manat dəyərində İMEİ kodu **********02610 olan “Samsung Galaxy A30s” markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.04.2019-cu il tarixli müqavilə üzrə “Hascevher” markalı tava və qazan, “Mehtap” markalı tava, “Tutku” markalı qazan, “Philips” markalı epilyator, “BABYLİSS” markalı epilyator üçün 69 (altmış doqquz) manat məbləğində ödənilməmiş hissə, 6 (altı) manat məbləğində cərimə borcu, 17.09.2019-cu il il tarixli müqvilə üzrə 80 (səksən) manat mələğində ödənilməmiş hissə, 8 (səkkiz) manat məbləğində cərimə borcu, 12.10.2019-cu il tarixli müqavilə üzrə 588 (beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə borcu yaranmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Quba rayonu, Alpan kəndində yaşayır; 03.04.2019-cu il tarixli 00596347 nömrəli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, İddiaçı ilkin ödənişsiz 11 ay müddətinə hər ay 69 manat ödəmək şərtilə ümumi dəyəri 759 (yeddi yüz əlli doqquz) manat olan “Hascevher” markalı tava və qazanı, “Mehtap” markalı tavanı, “Tutku” markalı qazanı, “Philips” markalı epilyatoru, “BABYLİSS” markalı epilyatoru Cavabdeh satmışdır; 17.09.2019-cu il tarixli 00919545 nömrəli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, İddiaçı 02 (iki) manat ilkin ödənişlə 09 ay müddətinə hər ay 16 (on altı) manat ödəmək şərtilə 146 (bir yüz qırx altı) manat dəyərində olan “Xiaomi” markalı qulaqlığı Cavabdeh satmışdır; 12.10.2019-cu il tarixli 00975835 nömrəli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, İddiaçı ilkin ödənişsiz 15 ay müddətinə hər ay 49 (qırx doqquz) manat ödəmək şərtilə 146 (bir yüz qırx altı) manat dəyərində olan İMEİ kodu **********02610 olan “Samsung Galaxy A30s” markalı telefonu Cavabdeh satmışdır; 04.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ödənişləri gecikdirməsi ilə müqavilə şərtlərini pozduğuna görə müqavilələrin ödəniş cədvəli üzrə 03.04.2019-cu il tarixli 00596347 nömrəli müqavilə üzrə əsas borca görə 69 (altmış doqquz) manat məbləğində ödənilməmiş hissə, 6 (altı) manat cərimə, 17.09.2019-cu il tarixli 00919545 nömrəli üzrə əsas borca görə 80 (səksən) manat mələğində ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, 12.10.2021-ci il tarixli 00975835 nömrəli müqavilə üzrə əsas borca görə 588 (beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə hesablanmışdır; xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; 05.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan 13.04.2019-cu, 17.09.2019-cu və 12.10.2019-cu il tarixli müqavilələrin münasibətlərindən göründüyü kimi, tərəflər əşyaların nisyə alınıbsatılması barədə razılığa gəlmişlər. Cavabdeh müqavilələrə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyların dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilələrin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 03.04.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 69 (altmış doqquz) manat məbləğində ödənilməmiş hissə, 6 (altı) manat məbləğində cərimə, 17.09.2019-cu il il tarixli müqavilə üzrə əsas borca görə 80 (səksən) manat mələğində ödənilməmiş hissə, 8 (səkkiz) manat məbləğində cərimə, 12.10.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 588 (beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə olmaqla, ümumilikdə hesablanmış 809 (səkkiz yüz doqquz) manat və Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pul İddiaçı-nin xeyrinə tutulsun. Qətnamə, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1261/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1261/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver