Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1262/2021 01.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********89519 olan X1 8 markalı telefon üçün 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə; . 16.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38684 olan Samsung galaxy A10 markalı telefon üçün 282 (iki yüz səksən iki) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə; Ümumilikdə 696 manat borc, 30 manat dövlət rüsumu, Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə 11.11.2019-cu il və 16.02.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********89519 olan X1 8 markalı telefon, İMEİ kodu **********38684 olan Samsung galaxy A10 markalı telefon almış və nəticədə 696 (altı yüz doxsan altı) manat borc yaranmışdır. Cavabdeh 11.11.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 468 (dörd yüz altmış səkkiz) manat (yəni 12 ay x 39 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********89519 olan X1 8 markalı telefon üçün ümumilikdə 386 (üç yüz səksən altı) manat olmaqla ondan 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35 (otuz beş) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 16.02.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 316 (üç yüz on altı) manat (yəni 12 ay x 23.5 manat + 34 manat ilkin ödəniş) olan İMEİ kodu **********38684 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 310 (üç yüz on) manat olmaqla ondan 282 (iki yüz səksən iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 151 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş sənədlərini hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin sənədlərində olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11.11.2019-cu il tarixli, 01044791 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı “X2 83/32G” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 39 manat olmaqla, cəmi 468 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16.02.2020-ci il tarixli, 20108396 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı “Samsung galaxy A10” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 23,5 manat olmaqla, cəmi 316 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 04.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11.11.2019-cu il tarixli müqaviləyə əsasən 04.05.2021-ci il tarixə əsas borca görə ödənilməmiş 351 manat, cərimə borcuna görə 35 manat, 16.02.2020-ci il tarixli müqaviləyə əsasən 04.05.2021-ci il tarixə əsas borca görə ödənilməmiş 282 manat, cərimə borcuna görə 28 manat, cəmi 696 manat borcu qalmışdır. İş materiallarında olan 28 oktyabr 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan 05.05.2021-ci il tarixli, mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vasitədən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 11.11.2019-cu il tarixli, 01044791 saylı müqavilə üzrə 04.05.2021-ci il tarixinə yaranmış 351 manat əsas borc, 35 manat cərimə borcu 16.02.2020-ci il tarixli, 20108396 saylı müqavilə üzrə 282 manat əsas, 28 manat cərimə, ümumilikdə 696 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı-nə ödənilməsi barədə tələb əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 11.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********89519 olan X1 8 markalı telefon üçün 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə, 16.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********38684 olan Samsung galaxy A10 markalı telefon üçün 282 (iki yüz səksən iki) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə olmaqla, ümumilikdə 696 manat borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1262/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1262/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver