Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1263/2022 01.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(027)-660/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq, 25.03.2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatandək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının dörddə bir hissəsi miqdarında alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdeh Şərafəddin oğlu ilə 2000-ci ildə rəsmi nikah qeyd etdirmədən el adəti üzrə ailə qurub, nikahlarını 16 dekabr 2003-cü il tarixdə rəsmiləşdiriblər. Cavabdehlə birgə nikahdan 28 iyun 2001-ci il tarixdə Səma, 06 avqust 2003-cü il tarixdə Səmra və 25 may 2005-ci il tarixdə Elşən adında üç uşağı doğulmuşdur. Cavabdehlə aralarındakı narazılıqlara görə rəsmi olaraq məhkəmə qaydasında boşanıblar. Uşaqların üçü də yanında saxlanılmış və hər uşağın saxlanılması üçün hər ay 130 manat olmaqla üç uşağa görə cavabdehdən cəmi 390 manat sabit pul məbləğində aliment alnıb ona ödənilməsi müəyyən edilmişdir. İddia əsasında Quba Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə almentin miqdarı hər uşağa görə cəmi 20 manat artırılaraq hər uşağa 150 manat müəyyən edilmiş, hər uşağın saxlanılması üçün hər ay 150 manat olmaqla iki uşağa görə cavabdehdən cəmi 300 manat sabit pul məbləğində aliment alnıb ona ödənilməsi qət edilmişdir. Həmçinin Quba Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artıralaraq 06 avqust 2003cü il tarixdə doğulmuş qızı Səmra və 25 may 2005-ci il tarixdə doğulmuş oğlu Elşənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat olmaqla iki uşağa görə cavabdehdən cəmi 340 manat sabit pul məbləğində aliment alnıb ona ödənilməsi qət edilmişdir. Hazırda uşaqlardan ikisi - 28 iyun 2001-ci ildə doğulmuş X5 və 06 avqust 2003-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatmışlar. 25 may 2005-ci il tarixdə doğulmuş oğlu Elşən hazırda himayəsindədir. Məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləği hazırki vəziyyətdə uşağının saxlanılmasına kifayət etmir, onun geyiminə, yeməyinə, müalicəsinə və digər maddi- məişət tələbatlarının ödənilməsinə çatmır. Hazırda iş yeri olmadığindan heç yerdə işləmir, uşaqlarına xidmət edir, uşağlar böyüdüyündən onların maddi təlabatı da artmış, maddi vəziyyəti çox ağırdır. Cavabdeh Şərafəddin oğlu isə Qusar şəhərində Fövqəladə Hallar Nazirliyinin bölməsində işləməklə yüksək əmək haqqı alır. O, yalnız almenti ödəməklə uşaqların saxlanılması üçün heç bir köməklik göstərmir. Cavabdehin buna maddi imkanı var, yüksək əmək haqqı almaqla, fərdi təsərrüfatı, başqa qazanc yerləri var, gündəlik gəliri olur. Lakin cavabdeh əldə etdiyi gəlirlərini gizlədir. Uşaq isə böyüdükcə ona yeməyə, geyimə və digər ehtiyaclara təlabatı artır, müəyyən olunmuş alimentin məbləği isə onun təlabatlarını ödəmir. Alimentin artırılması tələbi ilə əlaqədar mediasiya şurasına müraciəti edib, lakin tələbiylə bağlı cavabdehlə razılıq əldə olunmadığından alimentin miqdarının artırılması barədə yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, Quba Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(027)-660/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq, 25.03.2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatandək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının dörddə bir hissəsi miqdarında aliment tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh bildirdi ki, cavabdehlə aralarındakı nikah pozulduqdan sonra o uşaqlara görə müəyyən olunmuş alimenti və digər maddi tələbatlarını ödəyib, hal-hazırda qızları Səma və Səmra yetkinlik yaşına çatmış, oğlu Elşən hazırda anasının himayəsindədi, onunçün aliment ödəyir, lakin anası ona baxmır, oğlu üçün ödədiyi pulu anası ona xərcləmir, öz şəxsi mənafeyi üçün xərcləyir. Belə də alimentdən əlavə onun digər maddi xərclərini də o ödəyir. Buna baxmayaraq oğlu “Ləzzət” kafesində ofisant işləyir. O bunun əlehinədi. Bu səbələrdən iddianı qəbul etmir, onun qazancının dörddə bir hissədə tutulmasına razı deyil və məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında Quba rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, Cavabdeh İddiaçı birgə nikahından 25.05.2005-ci il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Qusar rayon X4 Hissəsinin 01 iyun 2022-ci il tarixli, 37/39-010 nömrəli arayışına əsasən məlum olur ki, Cavabdeh həqiqətən 2004-cü il mart ayının 1-dən etibarən Qusar rayon X4 Hissəsinin 100 nömrəli YMB-nin rəisi vəzifəsində xidmət edir. Vergilər və DSMF ödəmələri çıxılaraq aylıq əmək haqqı 828.63 (səkkiz yüz iyirmi səkkiz manat altmış üç qəpik ) təşkil edir. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(027)- 660/2021 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 2(027)-1093/2020 saylı qətnaməsi ə müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, 06 avqust 2003-cü ildə doğulmuş X3 və 25 may 2005-ci ildə doğulmuş X1 .etkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat olmaqla, iki uşağa görə hər ay 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda, yəni həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur: Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, iddiaçı təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən uşağının saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2022 -ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağın saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzə- almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyə' edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqları valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmas tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilənlərə əsasən məhkəmə iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyi nəzərə alaraq, hesab edir ki, iddia təmin edilərək, 25.05.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(027)-660/2021 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanıb Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 25.05.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(027)-660/2021 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulub, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1263/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1263/2022
01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver