Məhkəmə qərarları › İş №2(027)-1264/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1264/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1264/2023 05.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 31 dekabr 2022-ci il tarixdə baş vermis yol nəqliyyat hadisəsi nəticəsində ** OT *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobilə dəymiş ziyan olaraq 6365 (altı min üç yüz altmış beş manat) məbləğində pulun, yol nəqliyyat hadisəsi zamanı “Hyundai Genesis” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərlə bağlı ödədilmiş cəmi 1000 manat məbləğində pulun, “Hyundai Genesis” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin sığorta məbləğindən artıq qalan hissəsi olan 1105 manat məbləğində pulun, ziyan aktının alınması ilə bağlı ödənilmiş 50 manat məbləğində pulun, hüquqi yardım xərci olan 300 manat məbləğində pulun və 115 manat məbləğində dövlət rüsumu kimi məhkəməyə ödənilmiş pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ** OT *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra minik” markalı nəqliyyat vasitəsi atası Süleymanov Paşa Əliabbas oğlunun mülkiyyətində olsa da, 7E-713406 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli etibarnamə ilə onun qanuni sahibliyindədir. Qeyd edilən avtomobil etibarnamə ilə onun qanuni sahibliyində olduğu müddətdə xx.xx.2022-ci il tarixdə Quba şəhəri, Mövlud Qonaq küçəsindən keçərkən anidən qarşına Cavabdeh idarə etdiyi “Hyundai Genesis” markalı, X263BA152 Rusiya dövlət qeydiyyat nişanlı avtomobil çıxmışdır. O qəza törətməmək üçün maşını getdiyi istiqamətin sol tərəfinə çəkmiş və bu zaman da qarşıdan gələn “Hyundai Genesis” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb Cavabdeh onun idarə etdiyim Hyundai Elantra markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq manevr etmə qaydalarını pozması olmuş və bununla bağlı Quba rayon Polis Şöbəsinin YPX əməkdaşları tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 60 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi baş verərkən onun idarə etdiyi avtomobillə yanaşı, “Hyundai Genesis” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı X5 idarə etdiyi avtomaşına da zərər vurulmuşdur. Yol nəqliyyat hadisəsindən sonra Quba rayon Polis Şöbəsinin təhqiqatçısı İlkin Rəhimov tərəfindən qəbul edilmiş 23 yanvar 2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da iş üzrə Cavabdeh “X6” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələblərini pozaraq dönmə işığını yandırıb qarşı istiqamətdən maşın gəlmədiyini görüb sola dönərək qarşıdan gələn onun idarə etdiyim Hyundai Elantra markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxdığı qeyd edilmişdir. “VAZ” Kooperativi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair SMETA (haqqı hesab) aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi ** OT *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı avtomaşına dəymiş maddi ziyan 6365 manat təşkil edir. Eyni zamanda yol nəqliyyat hadisəsi zamanı zərər görmüş “Hyundai Genesis” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyan “Atəşgah” Sığortanın Qüsur Aktı ilə 7105 manat məbləğində müəyyən edilmişdir. Sığorta təşilatı qeyd edilən məbləğdən 5000 manat qədərini qanunvericiliklə ödəyə bilər. Qalan 2105 manat məbləğində pulu isə digər zərərçəkən Elnur Əliyev ondan tələb edir. O, hal-hazırda “Hyundai Genesis” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyana görə xx.xx.2023-cü il tarixdə 500 manat məbləğində pul X3, xx.xx.2023-cü il tarixdə 500 manat məbləğində pul X2 hesabına göndərmişdir. Göründüyü kimi Cavabdeh təqsirli əməli nəticəsində o hal-hazırda ziyana düşmüşdür. Ona vurulmuş zərərlə Cavabdeh təqsirli hərəkətləri arasında səbəbli əlaqə mövcuddur. Belə ki, əgər Cavabdeh yol hərəkəti qaydalarını pozaraq onun qarşısına çıxmasaydı, yol nəqliyyat hadisəsi baş verməz və o da ziyana düşməzdi. Ona vurulmuş zərərin ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh həmin ziyanı ödəməkdən imtina edir. Bundan əlavə ziyan aktının tərtib edilməsinə görə 50 manat, hüquqi yardım xərcinə görə 300 manat və 115 manat məbləğində iddia ərizəsinin məhkəməyə verilməsinə görə dövlət rüsumu ödəməli olmuşdur. Qeyd edilən məbləğlər də cavabdehdən alınaraq ona verilməlidir. Cavabdehlə aralarında olan mübahisəni məhkəmədənkənar qaydada həll etməklə bağlı cəhdləri nəticəsiz qalmışdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə əsasında nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri 48 saylı notariat ofisinin notariusu X4 ƏN-V 660489 nömrəli nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Süleymanov Paşa Əliabbas oğlu HYUNDAİ ELENTRA markalı **-TO-*** qeydiyyat nişanlı avyomobilin idarə edilməsi üçün xx.xx.2030cu ilə kimi səlahiyyətləri İddiaçı vermişdir. İş materiallarına əlavə edilmiş 07 fevral 2023-cü il tarixli, TP-5552204 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İddiaçı barəsində Azərbaycan Respublikası İXMnın 327.2-ci maddəsinin tələbini pozduğu üçün (təhqiqat qərarına əsasən) 60 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən İddiaçı və Cavabdeh barəsində cinayət işinin başlanılmasının rədd edilməsi qərarı qəbul edilmiş və hər ikisi barəsində Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nın DYPB-na göndərilmişdir. Həmin qərarda İddiaçı yol nəqliyyat hadisəsi törətməsinin səbəbi Cavabdeh idarə etdiyi Hyundai Genesis markalı 99PF-633 qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi avtomobilin qarşısına çıxması olmuşdur. İş materiallarında olan 21 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı avtomaşına dəymiş ziyanın müəyyən edilməsi üçün VAZ Kooperativinə 50 manat məbləğində ödəmişdir. İş materiallarında olan “e-Manat” ödəmə məntəqəsində ödənilmiş xx.xx.2023.-cü il tarixli, 19356 nömrəli və xx.xx.2023-cü il tarixli 22857 nömrəli qəbzlərdən görünür ki, Süleymanov Əliabbaş Paşa oğlu baş vermiş yol nəqliyyat hadisəsinə görə X3 və X5 hesabına cəmi 1000 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 23 avqust 2023-cü il tarixli, 9/4827 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan Qusar “VAZ” kooperativ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Hyundai Elentra” minik markalı 90-OT-99 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6205 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Hyundai Genesis” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6625 manat təşkil edir. İş materiallarında olan 08 may 2023-cü il tarixli, 263 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı hüquqi yardımın göstərilməsi ilə bağlı İstiqlal vəkil bürosunun hesabına 300 manat məbləğində pul ödəmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı ** OT *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra minik” markalı avtomobillə xx.xx.2022-ci il tarixdə Quba şəhəri, Mövlud Qonaq küçəsindən keçərkən anidən qarşına Cavabdeh idarə etdiyi “Hyundai Genesis” markalı, X263BA152 Rusiya dövlət qeydiyyat nişanlı avtomobil çıxmış, o qəza törətməmək üçün maşını getdiyi istiqamətin sol tərəfinə çəkmiş və bu zaman da qarşıdan gələn X5 “Hyundai Genesis” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə “Hyundai Genesis” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş, dəymiş ziyan 6625 (altı min iki yüz iyirmi beş) manat məbləğində qiymətləndirilmiş, İddiaçı həmin puldan 1000 (bir min) manatı ödəmiş, İddiaçı ** OT *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra minik” markalı avtomobilə dəymiş ziyan isə 6205 (altı min iki yüz beş) manat məbləğində qiymətləndirilmiş, ziyan vuran Cavabdeh idarə etdiyi “Hyundai Genesis” markalı, X263BA152 Rusiya dövlət qeydiyyat nişanlı avtomobil olduğundan, həmin avtomobilin icbari sığortası olmadığından İddiaçı həm özünün idarə etdiyi avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı, həm də Elnur Əli oğlunun idarə etdiyi avtomobilə dəymiş ziyandan ödədiyi 1000 (bir min) manat məbləğində pulun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin o da müəyyən olundu ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 115 (bir yüz on beş) manat məbləğində dövlət rüsumu, mütəxəsis rəyinin alınması ilə bağlı “VAZ” kooperativinə 50 manat məbləğində, hüquqi yardımın göstərilməsi ilə bağlı “İstiqlal” vəkil bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair 18 dekabr 2017-ci il tarixli qərarında da qeyd olunur ki, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1) Zərər vurulmalıdır. 2) Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3) Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarına əsasən “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddasinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği 5000 manat müəyyən edilir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 52–1.1. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 52–1.2-ci maddəsinə əsasən zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı iddiası qismən təmin edilməli, İddiaçı idarə etdiyi **-OT-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı avtomobilə dəymiş ziyan olaraq 6205 (altı min iki yüz beş manat) məbləğində pul, yol nəqliyyat hadisəsi zamanı X5 idarə etdiyi “Hyundai Genesis” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərlə bağlı ödənilmiş cəmi 1000 manat məbləğində pul, ziyan aktının alınması ilə bağlı ödənilmiş 36 manat (iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq) məbləğində pul, hüquqi yardım xərci olan 216 manat məbləğində pul (iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq) və 82 manat məbləğində dövlət rüsumu kimi məhkəməyə ödənilmiş pul (iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq) Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbi qismən təmin edildiyi üçün iş üzrə ekspertiza xərcini təşkil edən 36 manatı (iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq) Cavabdeh, 14 manat İddiaçı (iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq) alınaraq X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı idarə etdiyi **-OT-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı avtomobilə dəymiş ziyan olaraq 6205 (altı min iki yüz beş manat) məbləğində pul, yol nəqliyyat hadisəsi zamanı X5 idarə etdiyi “Hyundai Genesis” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərlə bağlı ödənilmiş cəmi 1000 manat məbləğində pul, ziyan aktının alınması ilə bağlı ödənilmiş 36 manat (iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq) məbləğində pul, hüquqi yardım xərci olan 216 manat məbləğində pul (iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq) və 82 manat məbləğində dövlət rüsumu kimi məhkəməyə ödənilmiş pul (iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq) Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbi qismən təmin edildiyi üçün iş üzrə ekspertiza xərcini təşkil edən 36 manatı (iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq) Cavabdeh, 14 manat İddiaçı (iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq) alınaraq X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar