Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1267/2020 05.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıiddia ərizəsi iləməhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 1785,15 (bir min yeddi yüz seksən beş manat on beş qəpik) manat məbləğində kredit borcu, 6,26 (altı manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu və 161,14 (bir yüz altmış bir manat on dörd qəpik) məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1952, 55 (bir min doqquz yüz əlli iki manat əlli beş qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı-nin nümayəndəsi X3 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh İddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağladığı 011A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 1785,15 (bir min yeddi yüz seksən beş manat on beş qəpik) manat məbləğində kredit götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi əsasında üzərinə düşən öhdəlikləri icra etməyərək, götürdüyü kredit məbləğindən 0 manat ödəniş etməklə, müqavilənin tələblərini pozmuşdur. Nəticədə cavabdehin banka 1785,15 (bir min yeddi yüz seksən beş manat on beş qəpik) manat məbləğində kredit borcu qalmış, krediti qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 94 gün üçün 6,26 (altı manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu hesablanmışdır. Hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02% məbləğində cərimə ödəməli olduğu üçün, xx.xx.2020-ci il tarixə 94 gün üçün 161,14 (bir yüz altmış bir manat on dörd qəpik) məbləğində cərimə borcu hesablanmışdır. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı-nin xeyrinə 1785,15 (bir min yeddi yüz seksən beş manat on beş qəpik) manat məbləğində kredit borcu, 6,26 (altı manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu və 161,14 (bir yüz altmış bir manat on dörd qəpik) məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1952, 55 (bir min doqquz yüz əlli iki manat əlli beş qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı-nin nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 1785,15 (bir min yeddi yüz seksən beş manat on beş qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı-yə 1785,15 (bir min yeddi yüz seksən beş manat on beş qəpik) manat məbləğində kredit borcu, 6,26 (altı manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu və 161,14 (bir yüz altmış bir manat on dörd qəpik) məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1952, 55 (bir min doqquz yüz əlli iki manat əlli beş qəpik) manat məbləğində borcu qalmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh banka borcu olması, borcu ödəməyəcəyi təqdirdə barəsində məhkəmə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, əsas borc 1785,15 (bir min yeddi yüz seksən beş manat on beş qəpik) manat məbləğində təşkil etdiyi halda, 161,14 (bir yüz altmış bir manat on dörd qəpik) məbləğində cərimə borcu hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 11,14 (on bir manat on dörd qəpik) manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh 1785,15 (bir min yeddi yüz seksən beş manat on beş qəpik) manat məbləğində kredit borcu, 6,26 (altı manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu və 11,14 (on bir manat on dörd qəpik) məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1802, 55 (bir min səkkiz yüz iki manat əlli beş qəpik) manat məbləğində borc İddiaçı-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğindədövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1785 (bir min yeddi yüz seksən beş) manat on beş qəpik məbləğində kredit borcu, 6 (altı) manat iyirmi altı qəpik məbləğində faiz borcu və 11 (on bir) manat on dörd qəpik məbləğində cərimə borcu, ümumilikdə 1802 (bir min səkkiz yüz iki) manat əlli beş qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğindəpul vəsaiti İddiaçı-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1267/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1267/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver