Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1276/2021 08.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı Ərdəbilli (Cəfərova) Ülkər Həsən qızının nümayəndəsi və vəkili X6 iştirakı ilə Ərdəbilli (Cəfərova) Ülkər Həsən qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərdəbilli (Cəfərova) Ülkər Həsən qızı məhkəməyə alimentin miqdarının artırılmasına dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 04 iyun 2005-ci il tarixdə doğulmuş X11, 04 fevral 2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay minimum məbləğdə alimentin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Ərdəbilli (Cəfərova) Ülkər Həsən qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 04 iyun 2005-ci il tarixdə doğulmuş X11 və 04 fevral 2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin ödənilməsi və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 100 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərdəbilli (Cəfərova) Ülkər Həsən qızının nümayəndəsi X9 iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, təmsil etdiyi iddiaçı Ərdəbili (Cəfərova) Ülkər Həsən qızı keçmiş həyat yoldaşı Cavabdeh ilə 1 avqust 2005-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşlar. Tərəflərin birgə nigahlarından 04 iyun 2005ci tarixdə X11 və 04 fevral 2007-ci il tarixdə X7 adlı uşaqları doğulmuşdur. Quba rayon Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlınamış nikah pozulmuş və hər uşağa 90 manat olmaqla iki uşaq üçün hər ay 180 manat aliment Ülkər Cəfərovanın xeyrinə təyin olunmuşdur. Uşaqlar iddiaçının öhdəsindədir və indiki şəraitdə 180 AZN məbləğlə övladlarının minimum yaşayışını təmin etməkdə çətinlik çəkir. Əlavə olaraq bildirir ki, uşaqlardan X11 2-ci dərəcəli skalioz xəstəliyindən əziyyət çəkir və onun mütəmadi müalicəsi üçün xeyli vəsait tələb olunur. Ona görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iddiaçının nümayənədəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında Quba Rayon Məhkəməsinin 2(027)-2417/2017 saylı 24.10.2017-ci il tarixli qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh arasında 01 avqust 2005-ci il tarixdə bağlanmış 191№li nikahın pozulması, 04 iyun 2005-ci il tarixdə doğulmuş X11 və 04 fevral 2007-ci il tarixdə doğulmuş X2 anaları X3 yanında saxlanması və 04 iyun 2005-ci il tarixdə doğulmuş X11 və 04 fevral 2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa ayda 90 manat olmaqla iki uşaq üçün hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq, X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Quba Dövlət Sosial İqtisad Kollecinin 21.06.2021-ci il tarixli, 111 №li arayışından görünür ki, X4 Dövlət Sosial İqtisad Kollecinin “Mühasibat uçotu” ixtisası üzrə əyani şöbənin 1–ci kursunda təhsil alır. İş materiallarında olan Quba şəhər 2№li məktəb-liseyin 21.06.2021-ci il tarixli, 1875 №li arayışından görünür ki, X1 şəhəri, A.Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin Vİİİ sinifində oxuyur. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilə onun vəkili arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən vəkilə 22.06.2021-ci il tarixli mədaxil qəbzi ilə 100 manat pul ödənilməsi göstərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən iddiaçı Ərdəbilli (Cəfərova) Ülkər Həsən qızının qızının xeyrinə iki uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmaqla, hər ay hər uşaq üçün 140 manat olmaqla iki uşaq üçün ayda cəmi 280 manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının yüksəlməsi, aliment təyin edilən 24.10.2017-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 136,6 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması və bu xüsusda uşaqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının artırılması üçün qanunda göstərilən əsaslar kimi qəbul edilməlidir. Belə ki, azyaşlılar Əli və Suğra Cəfərovların saxlanması üçün Quba Rayon Məhkəməsinin 24.10.2017-ci il tarixli, 2(027)-2417/2017 nömrəli qətnaməsi ilə təyin edilmiş aliment həmin uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi onu ödəyən valideyn (cavabdeh) üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, bu zaman tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia hər uşağa ayda 140 manat olmaqla iki uşaq üçün hər ay 280 manat alimentin artırılması tələbi hissəsində təmin edilməli, bu 280 manatdan artıq alimentin artırılması tələbi hissəsində isə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin hər uşaq üçün 200 manat olmaqla iki uşaq üçün hər ay 400 manat aliment ödəməli olmasını təsdiq edən hər hansı faktoloji və hüquqi əsasların olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbini 280 manatdan artıq alimentin artırılması tələbi hissəsində sübut edə bilməmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də alimentin artırılması hazırkı qətnamənin qanuni qüvvəyə minməsi günündən hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 24.10.2017-ci il tarixli, 2(027)-2417/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, 04 iyun 2005-ci il tarixdə doğulmuş X11 və 04 fevral 2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə sabit pul məbləğində 140 (bir yüz qırx) manat olmaqla, iki uşağa görə hər ay 280 (iki yüz səksən) manat məbləğində aliment tutularaq, iddiaçı Ərdəbilli (Cəfərova) Ülkər Həsən qızına verilməli, həmçinin Cavabdeh hüquqi yardım ilə əlaqədar 100 manat məbləğində pul alınaraq iddiaçı Ərdəbilli (Cəfərova) Ülkər Həsən qızına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X10” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Quba Rayon Məhkəməsinin 24.10.2017-ci il tarixli, 2(027)-2417/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, 04 iyun 2005-ci il tarixdə doğulmuş X11 və 04 fevral 2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə sabit pul məbləğində 140 (bir yüz qırx) manat olmaqla, iki uşağa görə hər ay 280 (iki yüz səksən) manat məbləğində aliment tutularaq, iddiaçı Ərdəbilli (Cəfərova) Ülkər Həsən qızına verilsin. Cavabdeh hüquqi yardım ilə əlaqədar 100 manat məbləğində pul alınaraq iddiaçı Ərdəbilli (Cəfərova) Ülkər Həsən qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1276/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1276/2021
08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver