Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1278/2020 06.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Cavabdeh2 mənə dəyimiş 1070 (bir min yetmiş) manat ziyan məbləğinin, ziyan məbləğinin hesablanması üçün «xxxxxxxx» MMC-nin hesabına ödədiyim 50 manat pulun və ödədiyim 30 manat dövlət rüsumunun alınıb mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Quba rayonu, İİ Nügədi kəndində yaşayır. “OPEL -ASTRA” minik markalı **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın ona məxsusdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ata-oğul olmaqla onları əvvəllər tanımamış, onlarla heç bir münasibətim olmamışdır. xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində özümə məxsus “OPEL - ASTRA” minik markalı 40 BS- 189 dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Quba - Qonaqkənd yolu ilə hərəkət edərkən Quba şəhəri, Dəvədabanı massivi ərazisində cavabdeh - Quba rayonu, Söhüb kəndində qeydiyyatda olan, faktiki olaraq Quba şəhəri, Dəvədabanı massivində yaşayan Cavabdeh2 nəzarətsiz saxladığı inək qəflətən idarə etdiyi avtomaşının qabağına çıxmış və nəticədə avtomaşınının qabaq hissələri - ön kapot, ön bufer, ön alın şüşəsi, ön üzlük və ön sağ fara zədələnərək sıradan çıxmışdır. Hadisə baş verən vaxt Cavabdeh2 onlara məxsus inəyi nəzrətsiz buraxdığına görə hadisənin baş verməsini etiraf etmiş və bildirmişdir ki, inək atasına məxsusdur, cərimə, ziyan ödəməyə imkanları yoxdur. Quba Rayon Polis Şöbəsinin Təhqiqat üzrə inspektoru X1 da bu şəbədən inzibati xəta haqqında İXP ******* saylı protokolu və onun əsasında TP ******* saylı qərarı hadisə vaxtı nəzarətsiz olan inəyin sahibi Cavabdeh1 adına tərtib etmişdir. Hesab edir ki, ata-oğul hər ikisi bu hadisədə cavabdehlik daşıyır. Baş vermiş hadisə zamanı ona məxsus avtomaşına 1070 manat dəyərində maddi ziyan dəymişdir. Avtomaşınına həmin məbləğdə maddi ziyan dəyməsi «xxxxxxxx» MMC-nin tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, 1694 saylı ziyan aktı ilə təsdiq olunur. Yol nəqliyyat hadisəsi nəticəsində avtomaşınına cavabdehlərin təqsirindən maddi ziyan dəydiyindən Cavabdeh1 barəsində inzibati xəta haqqında İXP ******* saylı protokol və onun əsasmda TP ******* saylı qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Cavabdehlər avtomaşınına dəymiş maddi ziyanı ödəməkdən qəsdən yayınırlar. Ziyanı ödəməsi barədə tərəfimdən cavabdehlərə dəfələrlə bildirməyinə baxmayaraq onlar, hal-hazıra kimi dəyimiş ziyandan ona heç bir məbləğ ödəməmişdir. Cavabdehlər heç cür mənimlə razilaşmaq istəmədiyindən o, mübahisəni yalnız qanuni – məhkəmə yolu ilə həll etməyə məcbur olmuşdur. Hesab edir ki, ona dəyimiş maddi ziyanın cavabdehlər X2 və Cavabdeh2 tərəfindən yetirilməsi olunduğundan tələb etdiyi ziyan məbləği və ödədiyi dövlət rüsumu cavabdehdən alınıb ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh1 Cavabdeh2 ona dəyimiş 1070 (bir min yetmiş) manat ziyan məbləğinin, ziyan məbləğinin hesablanması üçün «xxxxxxxx» MMC-nin hesabına ödədiyim 50 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədn xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, inək ona məxsus olub. Hadisə zamnı iddiaçının avtomobili zədələnmiş, onun isə inəyi ölmüşdür. Ona görə hesab edir ki, onun heç kimə borcu yoxdur. Ona qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, inək atasına məxsus olub və protokol onun barəsində tərtib edilib, həmin hadisənin ona aidiyyəti yoxdur. İddiaçı öz mülahizəsinə əsasən onu cavabdeh qismində cəlb edib. Göstərilənləri nəzərə alaraq ona qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu, 2-ci Nügədi kəndində yaşayır. İş materiallarında olan 1694 nömrəli xx.xx.2020-ci il tarixli “xxxxxxxx” MMC-nin ziyan aktına əsasən “Opel-Astra” minik markal **-BS-*** nömrəli avtomaşına 1070 manat ziyan dəymişdir. İş materialında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, “xxxxxxxx” MMCnə“OPEL -ASTRA” minik markalı **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına qiymətləndirilməsinə görə keçirilmiş baxışa görə 50 manat ödəniş edilmişdir. İş materiallarında olan TP ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsi ilə 40 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası MM-nin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddia tələbi qismən əsaslıdır, iddiaçıya ziyan dəymişdir. Məhkəmə iclasında cavabdeh iddiaçının tələbinə etiraz bildirsədə əsassızdır. İş üzrə Cavabdeh2 baş vermiş hadisə ilə əlaqəsi olmadığına görə məhkəmə hesab edir ki, ona qarşı verilmiş iddia tələbi ona nisbətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 dəyimiş ziyana görə 1070 (bir min yetmiş) manat, dəymiş ziyan məbləğinin hesablanması üçün «xxxxxxxx» MMC-nin hesabına ödənilmiş 50 manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qisməntəmin edilsin. Cavabdeh1 dəymiş ziyana görə 1070 (bir min yetmiş) manat, dəymiş ziyan məbləğinin hesablanması üçün «xxxxxxxx» MMC-nin hesabına ödənilən 50 (əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1278/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1278/2020
06.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver