Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1283/2021 18.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı X3, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X7 məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 24 oktyabr 2007-ci il təvəllüdlü X2 üçün tutulan alimentin məbləğinin artırılaraq, hər ay 170 manat sabit pul məbləğində məyyən edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X7 iddiasını onunla əsaslandırmışdır ki, o, X6 Cavabdeh ilə 2006-cı il tarixdə ailə quraraq nikahlarını 2007-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 24 oktyabr 2007-ci il təvəllüdlü X8 adlı bir qız övladları anadan olmuşdur. Quba rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli 2-(027)-4252/2016 saylı qətnaməsi ilə, Cavabdeh ilə onun araaında olan rəsmi nikah qeydi pozularaq, 24 oktyabr 2007-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehdən 90 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən sonra 5 il müddət keçmişdir. Bu müddət ərzində uşaqlarının tələbatları artmış, bazar qiymətləri də yüksəlmişdir. Uşağını təkbaşına çətinliklə saxlayır. İş yeri, qazancı yoxdur. Buna görə də hesab edir ki, övladı X2 üçün cavabdehdən tutulan alimentin məbləği artırılmalıdır. Məhkəmə iclasında iddiaçı X7 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, tərəflərin birgə ailə nikahlarından 24.10.2007-ci il təvəllüdlü X8 anadan olmuşdur. İş materillarında olan Quba rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli 2-(027)- 4252/2016 saylı qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında Quba RİHB-nın Amsar İƏV üzrə nümayəndəliyində 16.10.2007-ci il tarixdə 27 saylı aktla bağlanmış nikah qeydinin pozulması, 24.10.2007-ci il təvəllüdlü X2 və tərbiyə olunması üçün anası İddiaçı yanında saxlanılması, 24.10.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 18.06.2016-cı il tarixdən başlayaraq hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qərara alınımışdır . Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, iddiaçı təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən uşağının saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyi nəzərə alınaraq, Quba rayon Məhkəməsinin Quba rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli 2-(027)-4252/2016 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq 24.10.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 130 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 24.10.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli 2-(027)-4252/2016 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X5 verilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1283/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1283/2021
18.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver