Məhkəmə qərarları › İş №2(027)-1286/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1286/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1286/2021 16.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 12.12.2019-cu il tarixli 011A********** saylı və 12.12.2019-cu il tarixli, 011A********** saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh 12.12.2019-cu il tarixli 011A********** saylı kredit müqavilsi üzrə 2620 (iki min altı yüz iyirmi ) manat 74 qəpik məbləğində kredit borcu, 35 (otuz beş) manat 38 qəpik faiz borcu, 1195.78 (bir min yüz doxsan beş) manat 78 qəpik cərimə borcu olmaqla, cəmi 3851(üç min səkkiz yüz əlli bir) manat 90 qəpik borc və 12.12.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsi üzrə 1300 (bir min üç yüz) manat 06 qəpik kredit borcu, 17 (on yeddi ) manat 57 qəpik faiz borcu, 590 (beş yüz doxsan) manat 40 qəpik cərimə borcu, cəmi 1908 (bir min doqquz yüz səkkiz) manat 03 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək yaranmış zərurətlə bağlı İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddiası üzrə mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı QSC-nin Cavabdeh qarşı iddia ərizəsində göstərmişdir ki, İddiaçı QSC Cavabdeh ilə 12.12.2019-cu il tarixdə bağladığı 011A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə cavabdeh 2620.74 (iki min altı yüz iyirmi) manat məbləğində kredit götürmüşdür.O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 14.01.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır.O, götürdüyü kredit borcundan 0 manat ödəniş etmiş və onun iddiaçıya 2620.74 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 15.04.2021-ci il tarixə 457 gün üçün hesablanmış faiz borcu 35.38 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1 % artıq olmaması şərti ilə cərimə ödəməlidir. 15.04.2021-ci il tarixə 457 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1195.78 manat təşkil edir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə 12.12.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1300.06 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 14.01.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 0 manat ödəniş etmiş və onun iddiaçıya 1300.06 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 15.04.2021-ci il tarixə 457 gün üçün hesablanmış faiz borcu 17.57 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1 % artıq olmaması şərti ilə cərimə ödəməlidir. 15.04.2021-ci il tarixə 457 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 590.40 manat təşkil edir.Göründüyü kimi cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh arasında bağlanmış 12.12.2019-cu il tarixli 011A********** saylı və 12.12.2019-cu il tarixli, 011A********** saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh 12.12.2019-cu il tarixli 011A********** saylı kredit müqavilsi üzrə 2620 (iki min altı yüz iyirmi ) manat 74 qəpik məbləğində kredit borcu, 35 (otuz beş) manat 38 qəpik faiz borcu, 1195.78 (bir min yüz doxsan beş) manat 78 qəpik cərimə borcu olmaqla, cəmi 3851(üç min səkkiz yüz əlli bir) manat 09 qəpik borc və 12.12.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsi üzrə 1300 (bir min üç yüz) manat 06 qəpik kredit borcu, 17 (on yeddi ) manat 57 qəpik faiz borcu, 590 (beş yüz doxsan) manat 40 qəpik cərimə borcu, cəmi 1908 (bir min doqquz yüz səkkiz) manat 03 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12.12.2019-cu il tarixli 011A********** saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə 2620.74 mnat məbləğində kredit verilmişdir. İş materiallarında olan 12.12.2019-cu il tarixli 011A********** saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə 1300.06 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, borclu Cavabdeh banka 12.12.2019cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə 15.04.2021-ci il tarixinə hesablanmış 2620.74 manat əsas məbləğ üzrə borc, 35.38 manat faiz borcu, 1195.78 manat cərimə borcu olmaqla, cəmi 3851.90 manat məbləğində borc təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, borclu Cavabdeh banka 12.12.2019cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə 15.04.2021-ci il tarixinə hesablanmış 1300.06 manat əsas məbləğ üzrə borc, 17.57 manat faiz borcu, 590.40 manat cərimə borcu olmaqla, cəmi 1908.03 manat məbləğində borc təşkil edir İş materiallarında olan AZE ******** süriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və MAPS arayışdan məlum olur ki, Cavabdeh Quba rayonu İsnov kəndində qeydiyyatdadır. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, Cavabdeh üzərlərinə düşən öhdəliyin icra edilməsi üçün bank tərəfindən xəbərdarlığ edilmışdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, bank qarşısındakı öhdəliyi üzərinə götürməyinə baxmayaraq, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı QSC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, 12.12.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh 15.04.2021-ci il tarixli maliyə arayışına əsasən son hesablanmış 2620.74 manat əsas məbləğ üzrə borca 1195.78 manat cərimə borcu hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 95.78 manat, 12.12.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh 15.04.2021-ci il tarixli maliyə arayışına əsasən son hesablanmış 1300.06 manat əsas məbləğ üzrə borca 590.40 manat cərimə borcu hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 40.40 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 12.12.2019-cu il tarixli 011A********** saylı və 12.12.2019-cu il tarixli, 011A********** saylı kredit müqavilələri ləğv edilməli, Cavabdeh 12.12.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə 2620 (iki min altı yüz yetmiş dörd) manat 74 qəpik məbləğində kredit borcu, 35(otuz beş) manat 38 qəpik faiz borcu, 95 (doxsan beş) manat 98 qəpik cərimə borcu, cəmi 2751(iki min yeddi yüz əlli bir) manat 09 qəpik borc və 12.12.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsiüzrə 1300 (bir min üç yüz) manat 06 qəpik kredit borcu, 17(on yeddi) manat 57 qəpik faiz borcu, 40 (qırx) manat 40 qəpik cərimə borcu, cəmi 1358 (bir min üç yüz əlli səkkiz) manat 03 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 12.12.2019-cu il tarixli 011A********** saylı və 12.12.2019-cu il tarixli, 011A********** saylı kredit müqavilələri ləğv edilsin. Cavabdeh 12.12.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə 2620 (iki min altı yüz yetmiş dörd) manat 74 qəpik məbləğində kredit borcu, 35(otuz beş) manat 38 qəpik faiz borcu, 95 (doxsan beş) manat 98 qəpik cərimə borcu, cəmi 2751(iki min yeddi yüz əlli bir) manat 09 qəpik borc və 12.12.2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsiüzrə 1300 (bir min üç yüz) manat 06 qəpik kredit borcu, 17(on yeddi) manat 57 qəpik faiz borcu, 40 (qırx) manat 40 qəpik cərimə borcu, cəmi 1358 (bir min üç yüz əlli səkkiz) manat 03 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ QUBA RAYON MƏHKƏMƏSİ AZ 4000,Quba şəhəri, Heydər Əliyev prospekti Tel: (02333) 5-62-62, Faks: (02333) 5- 62-63 www.gubacourt.gov.az mailto:contact@gubacourt.gov.azElektron ünvan 16 iyul 2021-ci il 2(027)-1286/2021 İddiaçı QSC-nə Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3, məhəllə 1033 Cavabdeh: Cavabdeh Ünvan: Quba rayonu İsnov kəndi Quba Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(027)-1286/2026 №-li qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamə 03 vərəq. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar