Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1296/2021 08.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.11.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 7 (yeddi) manat məbləğində cərimə, 25.11.2019-cu il il tarixli müqavilə üzrə əsas borca görə 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 7 (yeddi) manat məbləğində cərimə, 31.12.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 416 (dörd yüz on altı) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə olmaqla, ümumilikdə hesablanmış 623 (altı yüz iyirmi üç) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı-nin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18.11.2019-cu il tarixli müqaviləyə əsasən sonuncu 3 (üç) manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 7 (yeddi) manat ödəmək şərtilə 87 (səksən yeddi) manat dəyərində “CASİO LTP” markalı saat, 25.11.2019-cu il tarixli müqaviləsinə əsasən ilkin ödənişsiz 18 ay müddətinə hər ay 5 (beş) manat ödəmək şərtilə 90 (doxsan) manat dəyərində “Modem TP” cihazı, 31.12.2019-cu il tarixli müqaviləsinə əsasən ilkin ödənişsiz 18 ay müddətinə hər ay 28 manat ödəmək şərtilə 504 (beş yüz dörd) manat dəyərində “Apple Airpods 2” markalı qulaqlıq almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə “CASİO LTP” markalı saat üçün 76 (yetmiş altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat cərimə, “Modem TP” cihazı üçün 76 (yetmiş altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat cərimə, “Apple Airpods 2” markalı qulaqlıq üçün 416 (dörd yüz on altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41 (qırx bir) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 113 manat təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Quba rayonu, Qəçrəş kəndində yaşayır; 18.11.2019-cu il tarixli 01060414 nömrəli müqavilədən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı 3 (üç) manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 7 (yeddi) manat ödəmək şərtilə 87 (səksən yeddi) manat dəyərində “CASİO LTP” markalı saatı Cavabdeh satmışdır; 25.11.2019-cu il tarixli 01074637 nömrəli müqavilədən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı ilkin ödənişsiz 18 ay müddətinə hər ay 5 (beş) manat ödəmək şərtilə 90 (doxsan) manat dəyərində “Modem TP” cihazı Cavabdeh satmışdır; 31.12.2021-ci il tarixli 01181483 nömrəli müqavilədən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı ilkin ödənişsiz 18 ay müddətinə hər ay 28 manat ödəmək şərtilə 504 (beş yüz dörd) manat dəyərində “Apple Airpods 2” markalı qulaqlığı Cavabdeh satmışdır; 07.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ödənişləri gecikdirməsi ilə müqavilə şərtlərini pozduğuna görə müqavilələrin ödəniş cədvəli üzrə 18.11.2019-cu il tarixli 01060414 nömrəli müqavilə üzrə əsas borca görə 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə, 25.11.2019-cu il tarixli 01074637 nömrəli üzrə əsas borca görə 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə, 31.12.2021-ci il tarixli 01181483 nömrəli müqavilə üzrə əsas borca görə 416 (dörd yüz on altı) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə hesablanmışdır; xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; 10.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan 18.11.2019-cu, 25.11.2019-cu və 31.12.2019-cu il tarixli müqavilələrin münasibətlərindən göründüyü kimi, tərəflər əşyaların nisyə alınıbsatılması barədə razılığa gəlmişlər. Cavabdeh müqavilələrə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyların dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilələrin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18.11.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 7 (yeddi) manat məbləğində cərimə, 25.11.2019-cu il il tarixli müqavilə üzrə əsas borca görə 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 7 (yeddi) manat məbləğində cərimə, 31.12.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 416 (dörd yüz on altı) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə olmaqla, ümumilikdə hesablanmış 623 (altı yüz iyirmi üç) manat və Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pul İddiaçı-nin xeyrinə tutulsun. Qətnamə, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1296/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1296/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver